26 Fevral 2026 10:03
209
SİYASƏT
A- A+
Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir

      Heç vaxt Cənubi Qafqazda dövləti olmayan  ermənilər himayədarlar taparaq, onların sayəsində əvvəlcə Azərbaycan ərazisində məskunlaşmış, bizim dədə-baba torpaqlarımızda Ermənistan adlı respublika yaratmışlar. Azərbaycan xalqı  son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Xalqımız tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. 

Azərbaycanlılara qarşı ermənilərin törətdikləri terror aktlarından  biri də Xocalıda  həyata keçirilmişdir. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın   24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir. Ümummilli Liderin 1997-ci il tarixli Sərəncamı ilə  hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunmuşdur.

     Prezident İlham Əliyev qeyd edir ki, Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir.  Xocalı qatillərindən biri olan Serjik Sarkisyan vaxtilə müsahibəsində demişdir ki, “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”. Bu fikirlər oxuyanda, bir daha erməninin əsl simasını görmək  mümkündür. Əsl terrorçu, vandal, cinayətkar! 

Xocalıda insanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb,  8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Lakin qeyd edim ki, sonra araşdırmalar zamanı məlum oldu ki, həlak olan uşaqların sayı 76-dır.

       Xocalı soyqırımını törədən erməni cinayətkarlar beynəlxalq hüquqi aktlarını, BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasını, "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasını, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi” ni, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı, “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsini, eləcə də digər beynəlxalq norma və prinsipləri kobud surətdə pozmuşdur. 

     Vaxtı ilə Ermənistan tərəfi diasporanın və kilsənin maliyyə və ideoloji dəstəyi ilə beynəlxalq ictimaiyyəti aldatmaq üçün bir proqram başlatmışdı. Bu proqramın bir hissəsi olaraq, beynəlxalq platformalarda, akademik və ekspert dairələrində Xocalı soyqırımının guya azərbaycanlıların özləri tərəfindən törədildiyi barədə vəhşi bir nəzəriyyə yaradıldı. Lakin onlar uğursuz oldular. Azərbaycan saxtakarları  və onların yalanlarını tamamilə ifşa etdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilən beynəlxalq "Xocalıya ədalət" kampaniyası bu işdə böyük rol oynadı. Bu böhtan xarakterli müharibəni başlayanlar məğlub oldular və güclü əks-hücuma məruz qaldılar ki, bunun da sayəsində dünya Xocalı haqqında həqiqəti öyrəndi. Fondun “Xocalıya ədalət” kampaniyasını 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. 

    Təcrübə göstərir ki, vahid informasiya sistemini qurulması və davamlı şəkildə təbliğ-təşviqat layihələrinin keçirilməsi çox müsbət nəticə verir. Bizim informasiya müharibəsində uduzmağa haqqımız yoxdur. Dünyanın  müxtəlif ölkələrində  yaşayan azərbaycanlıların  fəaliyyətini də qeyd etmək lazımdır. Orada yaşayan, təhsil almağa, işləməyə gedən azərbaycanlılar  könüllü şəkildə, vətənpərvərlik hissi ilə Azərbaycanla bağlı əsl həqiqətləri çatdırır, bunla bağlı layihələr həyata keçirirlər. Biz bu  insanlarla sıx təmas saxlamalıyıq. Bizi müdafiə edən, haqlı olduğumuzu dəstəkləyən xarici alimlərlə, diplomatlarla, etnoqraflarla əməkdaşlığı daha da gücləndirməliyik. Müvafiq qurumlar çalışmalıdır ki, həqiqətən Vətənini sevən, onun inkişafına çalışan, haqlı mübarizəsinə dəstək verən diaspora nümayəndələri  ayrı-ayrı ölkələrin bələdiyyə, parlament, hökumət  səviyyəsində təmsil olunsunlar, Azərbaycanı təbliğ etməkdə daha çox töhfə versinlər. Ümumiyyətlə, bizim hər birimiz öz səlahiyyətlərimiz daxilində beynəlxalq təşkilatlara və dünya ölkələrinə Ermənistanın işğalçı siyasətinin acı və dağıdıcı nəticələrinin çatdırılması ilə bağlı təbliğat işlərini daha da gücləndirməliyik. Bu, davamlı və ardıcıl şəkildə aparılmalıdır. Nüfuzlu alimlərin, siyasətçilərin, diplomatların iştirakı ilə  beynəlxalq konfranslar, forumlar  təşkil edilməli,  Xocalı soyqırımı, eləcə də Ermənistan hərbi-siyasi rəhbərliyinin  azərbaycanlılara qarşı törətdiyi  digər cinayətlər haqqında  məqalə və kitablar yazan xarici jurnalist və yazıçıları belə layihələrə cəlb etməliyik. Həmin tədbirləri Qarabağda, Şərqi Zəngəzurda keçirməliyik. İştirakçıları tapılmış kütləvi məzarlıqlarla tanış etməliyik. 

Artıq torpaqlarımız erməni işğalından azaddır. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. 2024-cü il fevralın 26-da dövlətimizin başçısı Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub.

 İndi Xocalı azaddır, şəhərdə həyat yenidən canlanır! Sülh prosesi isə Azərbaycanın liderliyi ilə davam edir. Tarixi yaddaşımızı və sayıqlığımızı  qorumadan isə əsl sülh mümkün deyil. Bu, hər kəsin belə faciələrin təkrarlanmasının qarşısını almaq üçün bilməli olduğu tarixdir. Bu faciələr heç vaxt unudulmayacaq. Çünki onlar tariximizin bir hissəsidir. Əksinə, həm Xocalı, həm də digər faciələrimiz yenidən araşdırılır, yeni faktlar ortaya çıxır və azad edilmiş torpaqlarda erməni cinayətlərinin sübutu olan kütləvi məzarlıqlar aşkar edilir. 

Bu gün Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan onlara rəhmət diləyirik. Şəhidlərimizin ruhu artıq rahatdır. Çünki Azərbaycan Ordusu döyüş meydanında bütün şəhidlərimizin qisasını alıb. Yenidən dirçələn Xocalı isə Azərbaycanın zəfərini dünyaya bəyan edir.


Hicran HÜSEYNOVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri 

komitəsinin sədri, professor 




Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

11:30
26 Fevral

Ceyhun Bayramov: Xocalı faciəsi etnik nifrətə əsaslanan siyasətin tərkib hissəsi idi

10:06
26 Fevral

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir

10:03
26 Fevral

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Almaniyada bir sıra görüşlər keçirib  

09:59
26 Fevral

"Mədəni irs" pərdəsi altında təxribat

09:45
26 Fevral

Rusiya-Ukrayna müharibəsi: 4 ilin dərdləri və dərsləri

09:40
26 Fevral

Bakıda ağacəkmə aksiyası keçirilib

09:35
26 Fevral

Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib  

09:32
26 Fevral

Şəhidlik zirvədir

09:30
26 Fevral

Qısa ömür, əbədi tale

09:25
26 Fevral

Küveyt-Azərbaycan tərəfdaşlığı möhkəm təməllər üzərində qurulub 

09:20
26 Fevral

Bakının "ana"sı - qapalı şəhər nümunəsi

09:15
26 Fevral

Azərbaycan iqtisadiyyatının "yaşıl" gələcəyi

09:10
26 Fevral

Sülh Şurası və Azərbaycanın xarici siyasəti

09:05
26 Fevral

Sülh Şurası böyük gələcəyi olan institutdur

09:00
26 Fevral

Xalqımız Xocalı faciəsini bu gün həm də Xocalıda anır

08:55
26 Fevral

Tarixin haqq divanı

08:50
26 Fevral

Xocalı soyqırımına obyektiv siyasi-hüquqi qiymətin verilməsi beynəlxalq ictimaiyyətin mənəvi borcudur

08:45
26 Fevral

Biz qayıtdıq, Vətən! Xocalıda bir ev var...

08:40
26 Fevral

Məni Xocalı çağırdı

08:35
26 Fevral

Xocalı harayı

08:30
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!