26 Fevral 2026 09:20
182
SİYASƏT
A- A+
Küveyt-Azərbaycan tərəfdaşlığı möhkəm təməllər üzərində qurulub 

Küveyt-Azərbaycan tərəfdaşlığı möhkəm təməllər üzərində qurulub 


Dərin tarixi, mədəni, mənəvi köklərə malik olan ərəb şərqində XX əsrin 60-cı illərində parlayan Küveyt Dövləti qısa zaman kəsiyində dünyanın iqtisadi həyatında özünəməxsus yer tutdu. 

Küveyt Dövləti bu ay özünün 65-ci Milli Gününü və 35-ci Qurtuluş Gününü təntənə ilə bayram edir. Müstəqillik qazanandan bəri Küveyt hakimiyyəti dövlətyönümlü kapitalist iqtisadiyyatı xəttini davamlı surətdə həyata keçirir. Küveytin fauna və florası zəif olsa da, təbiət ona yeraltı təbii ehtiyatları, xüsusilə zəngin neft və qazı əsirgəməyib. Hazırda Küveyt dinarı dünyanın ən dəyərli valyutası sayılır. Eyni zamanda qeyri-neft sektorlarına maliyyə xidmətləri daxildir. Taleyin üzünə güldüyü bu ölkə adambaşına düşən gəlirin miqdarına görə dünyada dördüncü yeri tutur. İllik neft hasilatı təxminən 100 milyon ton, təbii qaz hasilatı isə 4,5 milyard kubmetrdən çoxdur.

Küveyt xalqı ötən əsrin 90-cı illərinin əvvəllərində hərbi təcavüzə məruz qalaraq işğalla üzləşmişdi. Dünya birliyi, o cümlədən Azərbaycan dövləti və xalqı tərəfindən qətiyyətlə pislənilən bu işğalın 1991-ci ildə aradan qaldırılmasından sonra Küveyt Dövləti olduqca az müddət ərzində dağıdılmış iqtisadi infrastrukturları bərpa etdi və yeni istehsal sahələri yaratdı. Buna görə də hər il fevral ayında Küveyt Dövlətinin yaranmasının və işğaldan azad edilməsinin ildönümləri təntənəli surətdə qeyd olunur. Hər bir ildönümü isə yeni-yeni nailiyyətlərlə yadda qalır.  

Bu ölkə hər gün təxminən 2,5 milyon barel neft istehsal edir və bu da hökumət gəlirlərinə və milli ümumi daxili məhsulun miqdarına əhəmiyyətli töhfə verir. Xammalın əsas ixrac istiqamətləri Cənubi Koreya, Hindistan, Yaponiya və Çindir. Ölkənin idxal etdiyi zəruri məhsullar əsasən Çin, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Almaniyadan gəlir.

Küveyt dünyada səkkizinci ən böyük neft ixracatçısı və onuncu ən böyük neft istehsalçısıdır. Xam və emal olunmuş neft ölkənin ümumi ixracatının 95 faizini təşkil edir. İqtisadiyyatın onurğa sütunu ən böyük neft yatağı olan Böyük Burgan hesab olunur. Ölkədə hər il təxminən 100 milyon ton neft hasil olunur. Küveytin qızıl ehtiyatları 2025-ci ilin üçüncü rübündə 78,98 tona yüksəlmişdir. 2025-ci ildə nominal (cari) ümumi daxili məhsul 157,47 milyard dollar olmuşdur. Kommunal xidmətlər dövlət tərəfindən ödənilir. Hətta peyk televiziyası belə pulsuzdur. Küveytdə benzin içməli sudan daha ucuzdur.

Küveytin humanitar missiyaları, xüsusilə Yaxın Şərq və Şimali Afrikada (Yəmən, Suriya, Qəzza bölməsi və Sudan) münaqişə və fəlakət zonalarında təcili yardım, ərzaq dəstəyi və infrastrukturun inkişafına yönəlmiş genişmiqyaslı beynəlxalq səylərdən ibarətdir. Küveyt BMT tərəfindən "Beynəlxalq Humanitar Mərkəz", onun Əmiri isə "Humanitar Lider" kimi tanınır. Küveyt böhran bölgələrində humanitar ehtiyaclar üçün vəsait toplamaq məqsədilə mütəmadi olaraq beynəlxalq donor konfranslarına evsahibliyi edir.

Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra onun xarici siyasətinin prioritet  istiqamətlərindən birini ərəb dünyası ilə münasibətlərin qurulması oldu. İşğaldan yenicə azad edilmiş və bərpa, quruculuq işlərilə məşğul olan Küveyt Dövləti də bənzər iqtisadiyyata malik olan Azərbaycana xoş və səmimi hisslərlə yanaşdı. Çünki iki ölkəni qədim çağlardan başlayaraq tarixi, mədəni, dini tellər birləşdirirdi. Təsadüfi deyil ki, hələ rəsmi münasibətlər qurulmamışdan əvvəl, 1992-ci ildən başlayaraq Küveyt Azərbaycanın iqtisadi inkişafına dəstək məqsədilə kreditlər ayırmağa hazır olduğunu bildirmişdi.

Belə bir şəraitdə 1994-cü il oktyabrın 7-də iki ölkə arasında diplomatik əlaqələr quruldu. Ümummilli Lider Heydər Əliyev ilə Küveyt Dövlətinin Əmiri Cabir Əl-Əhməd Əs-Sabah arasında keçirilən görüşlərdə ölkələrimiz arasında əlaqələrin bünövrəsi qoyuldu və bunun üçün möhkəm hüquqi baza yaradıldı. Təbii ki, qarşılıqlı siyasi münasibətlərin normal məcrada inkişafı həyatın digər sahələrində də faydalı əməkdaşlığın qurulmasına münbit zəmin yaratdı. Sonralar bu proses Prezident İlham Əliyev tərəfindən daha yüksək zirvəyə qaldırıldı. Tərəflər arasında həyatın müxtəlif sahələrində münasibətləri tənzimləmək və inkişaf etdirmək məqsədilə 20-dən çox sənəd, protokol, o cümlədən ticarət və turizm əlaqələri sahəsində sazişlər imzalanıb.

İki ölkənin dövlət başçıları arasında əlaqələrin yaxşı vəziyyətdə olması siyasi münasibətlərin yüksələn xətlə inkişafına münbit zəmin yaradır. İki ölkə parlamentləri arasında əlaqələrin möhkəmlənməsi digər sahələrdə əməkdaşlığın güclənməsinə təkan verdi. Hazırda Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Qarşılıqlı münasibətlər ikitərəfli çərçivə ilə məhdudlaşmır. İki dövlət arasında müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq həyata keçirilir. Xüsusilə hər hansı bir quruma namizədliklərin qarşılıqlı dəstəklənməsi sahəsində, həmçinin BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yüksək əməkdaşlıq və koordinasiya mövcuddur. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işgalı dövründə Küveytin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasına verdiyi dəstəyi xalqımız heç vaxt unutmur. 

Bu gün siyasi əlaqələr müxtəlif səviyyələrdə uğurla həyata keçirilir. 13 fevral 2025-ci ildə Küveytdə iki ölkənin xarici işlər nazirlikləri arasında nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin ilk iclası keçirildi. Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, turizm, təhsil, humanitar və digər sahələrdə əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı. 

Keçən ilin aprelində Küveytdə Xarici İşlər nazirlərinin rəhbərlik etdiyi Əməkdaşlıq üçün Birgə Komissiyanın üçüncü iclası keçirildi. Azərbaycanın iqtisadiyyat nazirinin Küveytə səfəri xüsusi qeyd olunmalıdır. Küveyt Ticarət və Sənaye Palatası ilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə Küveyt şəhərində iki ölkənin özəl və dövlət qurumlarının iştirakı ilə "dəyirmi masa" keçirildi. 

Həmçinin ötən il Azərbaycan və Küveyt arasında energetika, investisiya və bərpaolunan enerji sahələrində əlaqələrin genişləndirilməsi prioritet təşkil etmişdir.  Azərbaycan uzun illərdir enerji sahəsində sabit tərəfdaş kimi çıxış edir və regionda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Küveytin maliyyə və energetika nazirləri ilə Azərbaycanın iqtisadiyyat naziri arasında görüşlərdə investisiya qoyuluşu və iqtisadi əlaqələrin şaxələndirilməsi müzakirə edildi. "Yaşıl Enerji" və Enerji Keçidi məsələlərinə tərəflər xüsusi önəm verirlər. Belə ki, iki ölkə arasında enerji səmərəliliyi və bərpaolunan enerji sahəsində təcrübə mübadiləsi 2025-ci il üçün əsas istiqamətlərdən biri kimi qarşıya qoyulmuşdu. İnamla deyə bilərik ki, bu sahədə müsbət irəliləyişlər var. Bu əlaqələr iki ölkənin neft-qaz sektorundan kənar, xüsusilə şaxələndirilmiş enerji layihələrinə investisiya yönəltmək məqsədlərinə xidmət edir. 2025-ci ildə Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun Baş direktoru vəzifəsini icra edən Valed əl-Baharın Ərəb Koordinasiya Qrupunun nümayəndə heyəti ilə birgə Bakıya səfəri baş tutub.

Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası 2025-ci ilin 30 aprel tarixində Əl-Küveyt şəhərində keçirildi. Azərbaycan Respublikası və Küveyt Dövləti bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək ilə bağlı öhdəliklərinə sadiq olduqlarını bir daha diqqətə çatdırdılar. Yekunda komissiyanın III iclasının protokolu, eləcə də 2025-2027-ci illər üçün əməkdaşlıq üzrə yol xəritəsi qəbul olundu. Həmçinin idman, mədəniyyət və turizm sahələrinə aid bir neçə fəaliyyət proqramı da imzalandı. Sənədlər arasında iki ölkənin mədəniyyət nazirlikləri arasında imzalanmış 2025-2027-ci illər üçün mədəni əməkdaşlıq üzrə İcra Proqramı da var. Yekunda tərəflər Birgə Komissiyanın 4-cü iclasının 2027-ci ildə Bakı şəhərində keçirilməsi barədə razılığa gəldilər.

Küveyt şirkətləri Azərbaycanda sənaye, tikinti, ticarət və xidmət sahələrində fəaliyyət göstərir, Küveyt sərmayəli şirkətlər bu sahələrdə uğurla təmsil olunur. İki ölkə arasında neft-qaz sənayesi və digər sahələrdə də əməkdaşlıq perspektivləri müzakirə edilir, SOCAR Küveyt şirkətləri ilə əlaqələri tədricən genişləndirir.

Küveyt və Azərbaycan arasında idman sahəsində əlaqələr, xüsusilə gənclər və idman nazirlikləri səviyyəsində qarşılıqlı əməkdaşlıq sazişləri və təcrübə mübadiləsi (futbol, müxtəlif idman növləri) əsasında inkişaf edir. 

Küveyt və Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həmçinin İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq yarışlarda bir-birini dəstəkləyir. İki ölkənin futbol federasiyaları və klubları arasında qarşılaşmalar və əlaqələr mövcuddur. 

Mədəniyyət və təhsil sahəsində əlaqələrin inkişafında müsbət təcrübə mövcuddur. Tələbə və təcrübə mübadiləsi, ortaq təhsil proqramlarının həyata keçirilməsi, universitetlər arasında əlaqələrin qurulması və sair yollarla bu əməkdaşlıq inkişaf etdirilir.

Əminliklə vurğulamaq olar ki, ərəb dünyasının incisi olan Küveyt Dövləti ilə Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycan arasında hərtərəfli əlaqələr davamlı inkişaf edəcək, yaxın gələcəkdə bir sıra beynəlxalq iqtisadi layihələrdə birgə iştirak edəcəklər. Qarşılıqlı faydalı əməkdaşlığın güclənməsi hər iki dövlətin qüdrətinin artmasına, hər iki xalqın rifah halının yüksəlməsinə müsbət təkan verəcəkdir. 


Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov: Xocalı faciəsi etnik nifrətə əsaslanan siyasətin tərkib hissəsi idi

10:06
26 Fevral

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir

10:03
26 Fevral

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Almaniyada bir sıra görüşlər keçirib  

09:59
26 Fevral

"Mədəni irs" pərdəsi altında təxribat

09:45
26 Fevral

Rusiya-Ukrayna müharibəsi: 4 ilin dərdləri və dərsləri

09:40
26 Fevral

Bakıda ağacəkmə aksiyası keçirilib

09:35
26 Fevral

Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib  

09:32
26 Fevral

Şəhidlik zirvədir

09:30
26 Fevral

Qısa ömür, əbədi tale

09:25
26 Fevral

Küveyt-Azərbaycan tərəfdaşlığı möhkəm təməllər üzərində qurulub 

09:20
26 Fevral

Bakının "ana"sı - qapalı şəhər nümunəsi

09:15
26 Fevral

Azərbaycan iqtisadiyyatının "yaşıl" gələcəyi

09:10
26 Fevral

Sülh Şurası və Azərbaycanın xarici siyasəti

09:05
26 Fevral

Sülh Şurası böyük gələcəyi olan institutdur

09:00
26 Fevral

Xalqımız Xocalı faciəsini bu gün həm də Xocalıda anır

08:55
26 Fevral

Tarixin haqq divanı

08:50
26 Fevral

Xocalı soyqırımına obyektiv siyasi-hüquqi qiymətin verilməsi beynəlxalq ictimaiyyətin mənəvi borcudur

08:45
26 Fevral

Biz qayıtdıq, Vətən! Xocalıda bir ev var...

08:40
26 Fevral

Məni Xocalı çağırdı

08:35
26 Fevral

Xocalı harayı

08:30
26 Fevral

Şəhidlərimizin ruhu rahatlıq tapıb

08:25
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!