26 Fevral 2026 08:50
184
SİYASƏT
A- A+
Tarixin haqq divanı

Tarixin haqq divanı


Azərbaycanın Vətən müharibəsindəki tarixi zəfərini tamamlayan və cəmi 23 saat davam edən antiterror tədbirləri, Qarabağda onilliklər boyu kök salmış separatizm yuvasını darmadağın edərək dövlət suverenliyimizin bərpası ilə nəticələndi. Bu qətiyyətli addım, Ermənistanın və ona havadarlıq edən bəzi qərəzli xarici dairələrin Azərbaycan torpaqlarında "ikinci erməni dövləti" yaratmaq xülyalarına sarsıdıcı zərbə vurdu. 2023-cü ilin sentyabrı xalqımıza qarşı milli düşmənçilik aparan cinayətkar rejimin birdəfəlik süqutu və illərlə qanlı cinayətlərə rəhbərlik etmiş separatçı ünsürlərin - harutyunyanların, qukasyanların, sahakyanların, işxanyanların, vardanyanların... və digərlərinin Azərbaycan ədaləti qarşısında qanunauyğun şəkildə cavab verməsi ilə müasir tariximizə hüququn təntənəsi kimi həkk olundu.


İki əsrin müsibəti


Düz iki əsr boyu erməni faşistləri Azərbaycan xalqına faciə ardınca faciə yaşadıb. Hələ 1992-ci il fevralın 26-na - əsrin müsibəti olan Xocalı soyqırımına qədər erməni qatilləri azərbaycanlılara qarşı ard-arda kütləvi qətliamlar törədiblər. Azərbaycanın Ermənistanla həmsərhəd olan Qazax rayonunun Bağanıs Ayrım kəndinin, keçmiş Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Ermənilərin təkcə Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qırğın nəticəsində kəndin hər 10 sakinindən biri şəhid olub, 104 nəfər və müdafiə dəstəsinin 15 üzvü əsir götürülüb, onlardan 80 nəfəri qətlə yetirilib.  1992-ci il fevralın 26-da Xocalıda erməni qatillərinin törətdiyi soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilib. Həmin zaman erməni vəhşiləri tərəfindən girov götürülən 1275 nəfərə ağlasığmaz işgəncələr verilib. Bu gün də həmin girovlardan 150 nəfərin taleyi məlum deyil.

Xocalı soyqırımından sonrakı dövrlərdə də Azərbaycan xalqı dəfələrlə erməni faşizmi ilə üz-üzə qalıb. Eləcə də Vətən müharibəsi dövründə savaş meydanından uzaqda yerləşən şəhər və kəndlərimizə raket zərbələri endirilərək mülki əhalimiz hədəfə alınıb. Əlləri azərbaycanlıların qanına batmış Serj Sarkisyan, Arayik Harutyunyan qatil əməllərini beynəlxalq mediaya müsahibələrində də, videokamera önündə də dünyaya etiraf etməkdən çəkinməyiblər.


Ağrının içindən keçən illər


Bununla düşmən elə zənn edirdi ki, törətdiyi vəhşiliklər unudulacaq, Azərbaycan xalqı öz torpaqlarının itkisi və çəkdiyi soyqırımı acıları ilə barışacaq. Onlar qatillərin cəzasız qalacağına, etnik təmizləmə siyasətinin əbədi olacağına inanırdılar. Lakin bir şeyi unutdular: biz nifrətimizi də, qəzəbimizi də o faciələrin yaşandığı ilk günkü kimi  saxladıq.

Düzdür, ötən onilliklər ərzində çox çarəsiz anlarımız oldu. 20 Yanvarın soyuqluğunda,  26 fevralın qanlı qarında, 18 aprelin nisgilində boğulduq... Rayonlarımız bir-bir əlimizdən gedəndə tökdüyümüz göz yaşları sadəcə kədər deyil,  daxili fəryadımız oldu.

O qədər iztirab çəkdik ki... 

Doğmaları gözləri önündə işgəncələrlə öldürülən xocalılılara təsəlli verməyə söz tapmadıq. Dərddən havalanıb saçlarını yolan anaları ovuda bilmədik. Ata-anasız qalan körpələrə bu amansız yoxluğu izah edə bilmədik. Amma bu sınaqlar bizi sındırmadı, əksinə, qəlbimizdəki qisas alovunu daha da körüklədi.

Xocalıda, Ballıqayada, Meşəlidə, Ağdabanda, Başlıbeldə... yaşanan müsibətləri yaddaşımıza həkk etdik. And içdik: süngülənən körpələrin, təhqir olunan, diri-diri yandırılan, basdırılan qadınların, qocaların qisasları qiyamətə qalmayacaq! Yurdundan didərgin düşən yüz minlərlə insanın ayaqyalın, başıaçıq keçdiyi o yolları bir gün qalib kimi qayıdacağımıza söz verdik.

 Məhz bu müqəddəs and sayəsində qəddimizi əyən ağrı-acı, kədər yükünə dözüm gətirərək dik dayana bildik. Qəlbimizdə bir qərinə boyunca böyütdüyümüz o qisas alovu 2020-ci ildə düşmənlərimizə od vurdu. 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan döyüşçüsü sadəcə torpaqlarımızı azad etmədi, həm də əliyalın insanların qatillərinin nəfəsini kəsdi. Qarabağın və Şərqi Zəngəzurun ən uca zirvələrində dalğalanan üçrəngli bayrağımız şəhid ruhlarına verilən ən böyük hesabat oldu.

Zəfər tariximiz 2023-cü ilin antiterror tədbirləri ilə öz zirvəsinə çatdı. Cəmi 23 saata mənfur yuvaları darmadağın edən polad iradəli oğullarımız bizə tam suverenliyimizi bəxş etdi. 


Haqqın qələbəsi


Bu gün xalqımızın qanına susamış erməni qatillər qanun qarşısında cavab veriblərsə, bu, həm tarixin, həm də şanlı Azərbaycan Ordusunun Qarabağda yazdığı ədalət dərsi oldu.

Azərbaycan qanunları ilə mühakimə olunan Ermənistan vətəndaşlarına fevralın 5-də hökm oxundu. Bakı Hərbi Məhkəməsində aparılan məhkəmə prosesində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslər, Arkadi Qukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan və digər separatçılar qanun qarşısında cavab verdilər. 

Fevralın 17-də isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyana hökm oxundu. O, 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. 

Müasir Azərbaycan vətəndaşları olaraq, tarixin ən şərəfli səhifələrinin təkcə şahidi deyil, həm də iştirakçısı olduğumuz üçün qürur duyuruq. Qəlbimizdə illərlə gəzdirdiyimiz o böyük əminlik artıq gerçəkliyə çevrilib: erməni cəlladlarından qisasımız alındı! Şükürlər olsun ki, Tanrı bizə o qatillərin diz çökdüyü, qorxudan tir-tir əsdiyi günü öz gözlərimizlə görməyi nəsib etdi.

Xocalıda, Meşəlidə, Ballıqayada, Ağdabanda, Başlıbeldə... soydaşlarımıza qarşı qatil əməllər törədənlər haqq divanına çəkildilər. Amma onlar üçün ən ağır cəza təkcə dəmir barmaqlıqlar deyil.

Onlar üçün ən dəhşətli cəza, işğal etdikləri, viran qoyduqları torpaqların indi cənnətə çevrilməsini görməkdir. Vaxtilə yurdlarından zorla didərgin saldıqları insanların gülə-gülə, zəfər karvanları ilə doğma el-obalarına - Xocalısına, Şuşasına, Ağdamına, Xankəndisinə...  qayıtmasını izləməkdir.

"Məğlubedilməz" sandıqları separatizmin başının "dəmir yumruq"la əzilməsinə şahid olmaqdır. 

Və nəhayət, Azərbaycanın tam suveren, vüqarlı və qalib bir dövlət kimi ayaqda durmasını seyr etməkdir!

Bəli, erməni faşistləri, dünya erməniliyi və onlara havadarlıq edənlər üçün bundan böyük rəzalət, bundan daha ağır mənəvi işgəncə və cəza ola bilməz. Çünki bu, sadəcə bir müharibənin sonu deyil, haqqın şər üzərindəki mütləq qələbəsidir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov: Xocalı faciəsi etnik nifrətə əsaslanan siyasətin tərkib hissəsi idi

10:06
26 Fevral

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir

10:03
26 Fevral

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Almaniyada bir sıra görüşlər keçirib  

09:59
26 Fevral

"Mədəni irs" pərdəsi altında təxribat

09:45
26 Fevral

Rusiya-Ukrayna müharibəsi: 4 ilin dərdləri və dərsləri

09:40
26 Fevral

Bakıda ağacəkmə aksiyası keçirilib

09:35
26 Fevral

Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib  

09:32
26 Fevral

Şəhidlik zirvədir

09:30
26 Fevral

Qısa ömür, əbədi tale

09:25
26 Fevral

Küveyt-Azərbaycan tərəfdaşlığı möhkəm təməllər üzərində qurulub 

09:20
26 Fevral

Bakının "ana"sı - qapalı şəhər nümunəsi

09:15
26 Fevral

Azərbaycan iqtisadiyyatının "yaşıl" gələcəyi

09:10
26 Fevral

Sülh Şurası və Azərbaycanın xarici siyasəti

09:05
26 Fevral

Sülh Şurası böyük gələcəyi olan institutdur

09:00
26 Fevral

Xalqımız Xocalı faciəsini bu gün həm də Xocalıda anır

08:55
26 Fevral

Tarixin haqq divanı

08:50
26 Fevral

Xocalı soyqırımına obyektiv siyasi-hüquqi qiymətin verilməsi beynəlxalq ictimaiyyətin mənəvi borcudur

08:45
26 Fevral

Biz qayıtdıq, Vətən! Xocalıda bir ev var...

08:40
26 Fevral

Məni Xocalı çağırdı

08:35
26 Fevral

Xocalı harayı

08:30
26 Fevral

Şəhidlərimizin ruhu rahatlıq tapıb

08:25
26 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!