26 Fevral 2023 02:40
734
SİYASƏT
A- A+
Xocalı faciəsinin 25-ləri

Xocalı faciəsinin 25-ləri

 

Bir gecədə anası və atası ilə yanaşı, 28 qohumunun ölümünə şahidlik edən Xocalı sakini

 

"Həmin gecə ermənilər hər tərəfdən zirehli texnikalarla şəhərə hücuma keçdilər. Ermənilər evləri yandırırdılar. Qocalar, qadınlar, uşaqlar zirzəmilərə toplaşıb ümidlə kömək gözləyirdilər. Hər keçən dəqiqə şəhəri dəhşət bürüyürdü. Zirzəmilərə yaxınlaşıb oradakı ailələrə şəhəri tərk etmək lazım olduğunu bildirirdim".
Əzimov Şahin Həsənbala oğlu Xocalı faciəsinin şahidi, hər iki valideyni şəhid olmuş 25 uşaq, yeniyetmədən biridir. Onun anası və atası fevralın 26-da gözlərinin qarşısında güllələniblər. Həmin gün Şahinin daha 26 doğması ermənilərin törətdiyi dəhşətli faciənin qurbanına çevriliblər.
Şahin Xocalının Ballıca kəndində anadan olub. Əzimovlar ailəsinin  Ballıcadakı evi ermənilər tərəfindən yandırıldığı üçün onlar 1988-ci ildən Xocalı rayonundakı fin evlərdə yaşamağa məcbur qalıblar. 1992-ci ildə Şahin sexdə çörəkbişirən işləyirdi. Həmin vaxt 18 yaşı olmasına baxmayaraq, ailəsinin dolanışıq yükünü çiyinlərinə götürmüşdü. 

 

"İnsanları gözlərimin önündə güllələyirdilər"

 

"İllər keçdikcə daha dərin duyğulara qapılır, həmin gün yadıma düşdükcə daha çox həyəcan keçirirəm. Baş verənləri heç cür unuda bilmirəm. Fevralın 26-da gecə saat 3-4 radələrində Qarqarçayı keçib üzü Ağdam istiqamətinə gedəndə daha nələr görmədik ki?! Həm də necə - qarlı yollarda ayaqyalın, başıaçıq... Vəziyyət necə olacaq, bilmirdik, hər şey qeyri-müəyyən qalmışdı. Elə yoldaca ermənilər qarşımızı kəsib körpələrə, ahıllara, hamilə qadınlara baxmadan insanları güllələməyə başladılar. Yaxınlarımı da orada itirdim. Mən isə tamamilə təsadüf nəticəsində erməni gülləsindən yayınıb sağ qala bildim", - deyə faciə şahidi həmin günü xatırlayır.
Deyir, həmin an özünü itirsə də, başa düşürdü ki, onlara kömək lazımdır: "Kömək çağırmaq üçün qaçıb kanal tərəfə getdim, orada gördüklərim daha dəhşətli idi. Təsəvvür edin, kanal boyu insan meyitləri, yaralılar... Heç kimə, südəmər uşaqlara belə rəhm etməmişdilər. Elə ona görə də Ağdamda məni görənlər erməni çəmbərindən sağ-salamat çıxdığıma inana bilmirdilər".
Şahin bir məqamı da qeyd edir. Deyir, sonralar Ağdam onun üçün daha da doğmalaşıb. Ağdam qəbiristanlığında dostlarını-tanışlarını, ən əsası isə, valideynlərini torpağa tapşırıb. Ona görə də 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra ilk fürsətdə Ağdamdakı Şəhidlər xiyabanına baş çəkib.
"Düzdür, qəbirlər dağıdılsa da, oraya getmək, atamın, anamın ruhu dolaşan yerlərdə olmaq mənim tək təsəllim idi, hansı ki illərlə deyilən sözlər, verilən vədlər bizə bəzən ümid versə də, təsəlli ola bilmirdi. Ona görə də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna bir ömür təşəkkür etsək də, azdır".

 

Bir ailədən 6 şəhid

 

Vidadi Hüseynovun ailəsi Xocalıda ən çox itki verən ailələrdəndir. Qətliam gecəsindən sonra Vidadi atası Hüseyn bəy, anası Əzizə xanım, 3 bacısı və  qardaşından xəbər ala bilməyib. Həmin gün 26 yaşlı gənc ailəsinin 6 üzvünü itirib, bir özü qalıb, bir də bacısı. O dəhşətli gecədə qocaların, qadınların güllələndiyinə, başı kəsilən, boğazının dərisi soyulan, gözləri çıxarılan uşaqların ah-naləsinə şahidlik edib. Faciə şahidinin sözlərinə görə, ermənilər qorxudan, soyuqdan ağlayan uşaqların səsinə gəlib onlara işgəncə verməyə başlayırdılar. 
"Uzun müddət idi ki, Xocalıda gün sakit keçmirdi, hər gün ermənilər atəş açırdılar. Ona görə də hər axşam növbəli şəkildə postda olurduq. Fevralın 25-dən 26-na keçən gecə postda mənim növbəm idi. Çox dəhşətli idi. Sakinlər meşəyə tərəf qaçırdılar, qarlı havada, minbir əzab-əziyyətlə... Üç günə Xocalıdan Ağdama gəlib çıxa bilmişdim. Əl-ayağım soyuqdan donduğu üçün xəstəxanada yatası oldum. Ailəmdən xəbərim yox idi, hərə bir yana dağılmışdı. Sonra ailəmi axtarsam da, tapa bilmədim. Deyilənlərə görə, həmin gecə evimiz bombalanıb. Bəlkə də ailəm evin içində yanıb külə dönüb. Amma elə dəhşətli hisslərdir ki, hər an gözüm yoldadır - bəlkə qayıdan, "Vidadi" deyib səsləyən olar", - deyə faciə şahidi bildirir. 
Hadisədən 31 il keçməsinə baxmayaraq, Vidadi həmin gecəni dünən olmuş kimi xatırlayır. İndi isə bir ümidi var. Deyir, Ali Baş Komandana güvənir, onun sayəsində tezliklə Xocalıya qayıdıb öz doğma yurdunda yaşaya biləcəyinə inanır.
Xocalı faciəsi kütləviliyinə, amansızlığına, müki şəxslərin qəddarlıqla qətlə yetirilməsinə görə təkcə xalqımıza qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir.  Xalqımız  həmin gecənin dəhşətini əsla unutmur və bütün dünyanı bu bəşəri cinayətə, Xocalı soyqırımına biganə qalmamağa çağırır. Bu soyqırımı müasir tariximizin ən kədərli izlər buraxan, xalqımızı daim milli özünüdərk ruhunda kökləyən dəhşətli faciəsidir. 

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!