10 May 2025 08:25
976
SİYASƏT
A- A+
Xilaskarlıq və inkişaf missiyaları müəllifi

Xilaskarlıq və inkişaf missiyaları müəllifi


May ayının 10-da görkəmli dövlət xadimi, müstəqilliyimizin möhkəmlənməsi və inkişafı naminə misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.  

Azərbaycan tarixinin çox önəmli, eyni zamanda olduqca kritik və keşməkeşli  bir dövrü, ötən əsrin ikinci yarısından başlayaraq, 80-ci illərədək və 90-cı illərdən yaşadığımız XXI əsrin əvvəllərinədək olan zaman kəsimi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin ümumilikdə Azərbaycana rəhbərlik etdiyi dövrlər mahiyyətcə bir-biri ilə tam ziddiyyət təşkil edən iki hissədən ibarətdir: ozamankı SSRİ tərkibində müttəfiq respublika statusu daşıyan Azərbaycan SSR və artıq müstəqilliyini bərpa edərək dünya dövlətləri arasında öz yerini müəyyənləşdirmiş Azərbaycan Respublikası. Heydər Əliyevin məhz böyüklüyü də ondadır ki, hər iki dövrdə Azərbaycana və xalqımıza əvəzsiz xidmətləri ilə yadda qalıb. 

Heydər Əliyev 1969-cu ildə keçmiş Azərbaycan SSR-in rəhbəri qismində fəaliyyət göstərdiyi dövr ərzində respublikamızın hərtərəfli inkişafı üçün genişmiqyaslı işlər görmüşdür. Onun bilavasitə şəxsi təşəbbüsləri və nüfuzu sayəsində Bakı kondisionerlər və məişət soyuducuları zavodları, hazırda ölkəmizin müdafiə sənayesinin əsasını təşkil edən bir sıra ixtisaslaşmış müəssisələr, həmçinin müxtəlif sahələr üzrə çox sayda sənaye müəssisələrinin tikintisi üçün mərkəzdən vəsaitlər ayrılmasına nail olundu. Bütün bu görülən işlərin sayəsində qısa bir vaxtda respublikada sənayeləşmə siyasəti uğurla həyata keçirilməklə, güclü iqtisadi potensial yaradıldı və nəticə etibarı ilə Azərbaycan inkişaf etmiş sənayeyə malik qabaqcıl sovet respublikalarından birinə çevrildi. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi  1969-1982-ci illər ərzində Azərbaycanda 250-dən çox zavod, fabrik, istehsalat sahələri tikilib istifadəyə verilib. 

Eyni zamanda ixtisaslı kadrların hazırlanmasına xüsusi önəm verilməklə  həmin dövr ərzində on  mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa göndərilib və o da danılmaz faktdır ki, onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər.

Heydər Əliyevin birinci dəfə respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü işlərin müsbət nəticələrini sadalamaqla bitməz, amma bir vacib məqamı xüsusən qeyd etmək lazımdır. SSRİ kimi böyük imperiyanın tərkibində olmasına rəğmən, Azərbaycanın 1978-ci ildə qəbul olunan Konstitusiyasında ittifaqın bir çox digər subyektlərindən fərqli olaraq respublikamızda Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi də Heydər Əliyevin böyük nüfuzu ilə  yanaşı, həm də dilimizə və milli dəyərlərə bağlılığının bariz nümunəsi idi.

Heydər Əliyev 1993-cü il 15 iyunda siyasi hakimiyyətə qayıdışı ilə və müstəqil Azərbaycana müstəsna xidmətlər göstərməklə də yeni bir tarix yazmış oldu. O illər elə bir dövr idi ki, Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etmiş, iqtisadiyyat iflasa uğramış, yarıtmaz idarəçilik səbəbi ilə ölkə daxilində silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatmışdı. Heydər Əliyev Azərbaycanın az qala müstəqilliyini itirmək təhlükəsi qarşısında qaldığı belə bir dönəmdə ölkəmizi siyasi fırtınalardan qurtararaq, strateji mövqeləri bərpa etdi, mövcud problemlər mərhələlərlə həll olunmaqla ölkə müstəqil, hüquqi və dünyəvi dövlət statusunda inkişaf mərhələsinə keçdi və ən əsası da Azərbaycana sabit ölkə imici qazandırdı.

Azərbaycanın milli mənafelərini qorumağa qadir olan ordu quruculuğuna  başlanılmaqla yanaşı, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlik fonunda beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında aparıcı dünya şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanması və müstəqil Azərbaycanın neft strategiyasının gerçəkləşdirilməsi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. Sirr deyil ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi. Bundan əlavə, məhz Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi ki, bunun sayəsində də həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi.  

Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Şükürlər olsun ki, onun bu arzusunu və vəsiyyətini özünün layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi. Bu gün müstəqil Azərbaycanın suverenliyi tam bərpa olunmaqla dövlət bayrağımız əzəli və əbədi torpaqlarımızda - bütün Şərqi Zəngəzurda, eləcə də Şuşada, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda və digər işğaldan azad edilmiş ərazilərimizdə qürurla dalğalanmaqdadır. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, genişmiqyaslı bərpa və quruculuq  işləri aparılır, insanlar öz doğma yurdlarına qayıdırlar.

Keçən dövr ərzində ölkəmizin təhlükəsizlik strategiyası da uğurla həyata keçirilmiş, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunmaqla nəinki xarici enerji mənbələrindən asılılıq aradan qaldırılmışdır, Azərbaycan artıq Avropanın da enerji təhlükəsizliyinin vacib elementinə çevrilməklə gücünə güc qatmışdır. Azərbaycan bu gün iqtisadi, siyasi və hərbi potensial baxımından regionun lider ölkəsidir. O da danılmaz faktdır ki, bütün bu uğurların müəllifi Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevdir.


Arzuxan ƏLİZADƏ,

Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!