30 Aprel 2026 02:27
1403
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 383-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 383-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq,"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 383-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram: 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

1.1."Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 36-2.2-ci maddəsinə uyğun olaraq, dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

1.2."Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 383-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 

2. "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 8, maddə 943; 2025, № 2, maddə 124,№ 7, maddə 641; 2026, № 1, maddə 32; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 fevral tarixli 605 nömrəli Fərmanı) 2-ci hissəsinin on beşinci abzasına "müəssisələrində" sözündən sonra"(ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)" sözləri, birinci halda "Nazirliyi," sözündən sonra "habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərə münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi," sözləri əlavə edilsin. 

3. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 685 (Cild I); 2024, № 5 (I kitab), maddə 530) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 

3.1. 2.2-ci bəndə "(ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)" sözlərindən sonra ", habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində" sözləri, "(ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin)" sözlərindən sonra ", habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərinin və bu qəbildən olan digər dövlət təhsil müəssisələrinin" sözləri əlavə edilsin; 

3.2. 2.3-cü bəndə "36-2.1-ci" sözlərindən sonra "(dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) təhsilverənlərə münasibətdə)" sözləri əlavə olunsun və həmin bənddə "sertifikatlaşdırmanın" sözü "dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin sertifikatlaşdırılmasının" sözləri ilə əvəz edilsin; 

3.3.aşağıdakı məzmunda 2.10-2-ci bənd əlavə edilsin: 

"2.10-2. həmin Qanunun 29.0.43-cü (dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılmasının həyata keçirilməsi üzrə) maddəsində nəzərdə tutulmuş vəzifəni, o cümlədən 36-2.1-ci (dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərinə və bu qəbildən olan digər dövlət təhsil müəssisələrinə münasibətdə) maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi həyata keçirir;". 

4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2025, № 7, maddə 662; 2026, № 1, maddə 41; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 609 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə"nin 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin: 

4.1. 3.1.45-ci yarımbənddə "və muğam məktəblərinin" sözləri "məktəblərininvə bu qəbildən olan digər təhsil müəssisələrinin" sözləri ilə əvəz edilsin; 

4.2. aşağıdakı məzmunda 3.1.45-1-ci yarımbənd əlavə edilsin: 

"3.1.45-1. dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılmasının həyata keçirilməsini təmin etmək;".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 aprel 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: İrana son müharibədə 1 trilyon dollardan çox ziyan dəyib

22:19
17 İyun

Kainatda təkik?

21:37
17 İyun

Davamlı bakteriyalara qarşı yeni antibiotik metodu hazırlanıb

21:13
17 İyun

İran və Qətər elektrik şəbəkələrini birləşdirir  

21:09
17 İyun

Ekvadorda 10 regionda fövqəladə vəziyyət elan edilib

20:58
17 İyun

İ. Fedotov: Messi meydandan qovulmalı idi

20:46
17 İyun

 İspaniyada 16 ton Dünya Kuboku formaları müsadirə edilib

20:42
17 İyun

 A. Səmədov: Ronaldo kimi oyunçu həmişə faydalıdır 

20:41
17 İyun

II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib  

20:32
17 İyun

Ali Məclisin komitə iclasında iki qanun layihəsi müzakirəyə çıxarılıb

20:28
17 İyun

Van İ: Çin İranın qanuni iddialarını dəstəkləyir

20:13
17 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub VİDEO  

20:09
17 İyun

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu olub

20:09
17 İyun

Ukrayna Silahlı Qüvvələri Rusiyanın “kölgə donanması”na məxsus tankeri və iki körpünü vurub  

20:03
17 İyun

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib YENİLƏNİB

19:56
17 İyun

Orxan Məmmədov: “Startap” şəhadətnaməsi alan şirkətlərin ümumi dövriyyəsi 63 milyon manata yüksəlib

19:52
17 İyun

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq

19:50
17 İyun

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub

19:49
17 İyun

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olublar

19:47
17 İyun

Nazir müavini: Sosial xidmətlər sisteminin inkişafı istiqamətində mühüm addımlar atılıb

19:45
17 İyun

Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub

19:43
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!