29 Aprel 2026 16:03
162
SİYASƏT
A- A+
Azərbaycan ilə Çexiya arasında dostluq və əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir  

Azərbaycan ilə Çexiya arasında dostluq və əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir  


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanat bir daha göstərir ki, Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi mövqeyini davamlı şəkildə möhkəmləndirir.

Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan ilə Çexiya arasında formalaşmış fəal siyasi dialoq münasibətlərin yüksək dinamika ilə inkişaf etdiyini açıq şəkildə nümayiş etdirir. Görüşün məhsuldar keçməsi, həm ikitərəfli, həm regional, həm də qlobal məsələlər üzrə geniş fikir mübadiləsinin aparılması tərəflər arasında qarşılıqlı etimadın və strateji baxışların üst-üstə düşdüyünü təsdiqləyir.

İqtisadi əməkdaşlıq istiqamətində səsləndirilən fikirlər xüsusi əhəmiyyət kəsb edir. Ticarət dövriyyəsinin artıq 800 milyon dolları ötərək artım dinamikası nümayiş etdirməsi müsbət göstəricidir. Bununla yanaşı, ticarətin strukturunun daha balanslı və şaxələndirilmiş formada inkişaf etdirilməsi ilə bağlı hədəflər gələcək əməkdaşlığın əsas prioritetlərindən biri kimi diqqət çəkir. Çexiyadan gəlmiş geniş iş adamları heyətinin iştirakı ilə keçirilən biznes-forum isə yeni iqtisadi tərəfdaşlıqların qurulmasına real zəmin yaradır.

Energetika sahəsində əməkdaşlıq Azərbaycan-Çexiya münasibətlərinin aparıcı istiqamətlərindən biri olaraq qalır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol, ölkəmizin etibarlı enerji təchizatçısı kimi qəbul edilməsi bir daha təsdiqlənir. Azərbaycan qazının artıq 16 ölkəyə ixrac olunması, o cümlədən Avropa İttifaqına üzv dövlətlərin bu siyahıda üstünlük təşkil etməsi ölkəmizin enerji diplomatiyasının uğurlu nəticəsidir.

Bununla yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı aparılan müzakirələr xüsusi önəm daşıyır. Çexiyanın bu sahədə zəngin təcrübəsi ilə Azərbaycanın artan istehsal potensialının birləşdirilməsi gələcəkdə birgə layihələrin həyata keçirilməsinə və müdafiə sənayesində yeni mərhələnin başlanmasına zəmin yaradır.

Eyni zamanda, hökumətlərarası komissiyanın fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı əldə olunan razılaşmalar münasibətlərin institusional əsaslarının daha da gücləndirilməsinə xidmət edəcək.

Azərbaycan ilə Çexiya arasında dostluq və əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir və qarşıda duran perspektivlər olduqca geniş və ümidvericidir. Azərbaycan bu kimi tərəfdaşlıqlar vasitəsilə həm regionda, həm də qlobal miqyasda öz mövqeyini daha da möhkəmləndirməkdə davam edir.


Fatma YILDIRIM,

Milli Məclisin deputatı.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdərənin Suqovuşan kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

17:31
29 Aprel

Monteneqro ombudsmanı: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

17:23
29 Aprel

III Çarlzın ABŞ-yə səfəri: Ağ Evdə qəbul və Kralın Konqresdəki tarixi çıxışı

17:12
29 Aprel

Hərbi prokuror Daxili Qoşunların hərbi hissəsində  

17:10
29 Aprel

“Yüksəliş” müsabiqəsinin qaliblərinə həssas qruplara göstərilən sosial xidmətlər barədə məlumat verilib  

16:39
29 Aprel

LNG qiymətləri artmağa davam edir

16:39
29 Aprel

Moskvada baş verən yanğınla bağlı beş nəfər saxlanılıb

16:38
29 Aprel

Nazir: Əmək müqavilələrinin 97 faizi e-qaydada bağlanılıb

16:36
29 Aprel

Prezident Ərdoğan: Türkiyə regionda yeni təhlükəsizlik paradiqmasına can atır

16:34
29 Aprel

Yaz allergiyası astmaya çevrilə bilər?

16:33
29 Aprel

Azərbaycanda zərgərlik sənayesi sahəsində yeni dövlət standartı qəbul edilib

16:32
29 Aprel

Azərbaycan ilə Çexiya arasında dostluq və əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir  

16:03
29 Aprel

Zelenski: Ukrayna Rusiyaya zərbələrin məsafəsini artıracaq

15:59
29 Aprel

Azərbaycan avarçəkmə üzrə "Prezident Kuboku"nda ilk medalını qazanıb

15:58
29 Aprel

Vətəndaşların rifahının yüksəldilməsi, təhlükəsizliyi və sosial müdafiəsi həmişə prioritet olub  

15:57
29 Aprel

Aprel: neysandan leysana, bərəkətdən fəlakətə

15:51
29 Aprel

“Neftçi” və “Qarabağ” azarkeşlərinə görə yüksək məbləğdə cərimələnib

15:46
29 Aprel

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib  

15:42
29 Aprel

May ayına olan hava proqnozu açıqlanıb

15:35
29 Aprel

“Sahibkarlar günü” qeyd olunub

15:20
29 Aprel

Hərbi qulluqçular arasında hüquqi maarifləndirmə işi gücləndirilir  

15:19
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!