29 Aprel 2026 17:31
167
CƏMİYYƏT
A- A+
Ağdərənin Suqovuşan kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

Ağdərənin Suqovuşan kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır


Aprelin 29-dan başlayaraq Ağdərə rayonunun Suqovuşan kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Suqovuşan kəndində yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi mayın 29-u günün sonunadək davam edəcək.

Suqovuşan kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Prezidentin 2024-cü il 27 noyabr tarixli Fərmanının 4.1-ci bəndi və Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

Torpaq sahələri minimum 5 hektar təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Bu kənddə birillik və çoxillik bitkilərdən - armud, gilas, şaftalı, nektarin, ərik, nar, qoz, fındıq, şabalıd, üzüm (süfrə və texniki), moruq, böyürtkən, çiyələk, qarağat, mavigilə (dibçəkdə), buğda, arpa, qarğıdalı (dən və silos üçün), soya, noxud, mərcimək, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, kartof, yonca, xaşa və müxtəlif ot qarışıqları (vika, yulaf, arpa, çovdar) əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.

Suqovuşan kəndinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:

-EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq);

-Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Suqovuşan” seçməklə ərizə formasını doldurmaq;

-Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Suqovuşan kəndi olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.

Qeyd edək ki, müraciət edən şəxslər ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 1 iyun-31 iyul tarixləri arasında baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Fermerlər əlavə məlumat üçün Ağdərə Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-858-54-37, 051-770-95-93) müraciət edə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Enerji təhlükəsizliyində Norveç modeli

18:52
29 Aprel

Qırğızıstan Afrika İttifaqında müşahidəçi statusu alıb

18:43
29 Aprel

Avropa ötən il rekord temperatur və meşə yanğınları ilə mübarizə aparıb

18:34
29 Aprel

Cənubi Çin dənizində gərginlik

18:26
29 Aprel

Aİ rəsmisindən enerji təhlükəsizliyi ilə bağlı xəbərdarlıq  

18:18
29 Aprel

ABŞ-də Trampın şəkli olan xüsusi pasportlar hazırlanacaq  

18:01
29 Aprel

Nigeriyada qızılca epidemiyası 15 uşağın həyatına son qoyub

17:41
29 Aprel

Ağdərənin Suqovuşan kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

17:31
29 Aprel

Monteneqro ombudsmanı: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

17:23
29 Aprel

III Çarlzın ABŞ-yə səfəri: Ağ Evdə qəbul və Kralın Konqresdəki tarixi çıxışı

17:12
29 Aprel

Hərbi prokuror Daxili Qoşunların hərbi hissəsində  

17:10
29 Aprel

“Yüksəliş” müsabiqəsinin qaliblərinə həssas qruplara göstərilən sosial xidmətlər barədə məlumat verilib  

16:39
29 Aprel

LNG qiymətləri artmağa davam edir

16:39
29 Aprel

Moskvada baş verən yanğınla bağlı beş nəfər saxlanılıb

16:38
29 Aprel

Nazir: Əmək müqavilələrinin 97 faizi e-qaydada bağlanılıb

16:36
29 Aprel

Prezident Ərdoğan: Türkiyə regionda yeni təhlükəsizlik paradiqmasına can atır

16:34
29 Aprel

Yaz allergiyası astmaya çevrilə bilər?

16:33
29 Aprel

Azərbaycanda zərgərlik sənayesi sahəsində yeni dövlət standartı qəbul edilib

16:32
29 Aprel

Azərbaycan ilə Çexiya arasında dostluq və əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir  

16:03
29 Aprel

Zelenski: Ukrayna Rusiyaya zərbələrin məsafəsini artıracaq

15:59
29 Aprel

Azərbaycan avarçəkmə üzrə "Prezident Kuboku"nda ilk medalını qazanıb

15:58
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!