08 Aprel 2026 09:00
306
Mədəniyyət
A- A+
Xəzərin nəfəsi ilə yaşayan Bakı bulvarı

Xəzərin nəfəsi ilə yaşayan Bakı bulvarı


Xəzərin sahilində məskən salan Bakı bulvarı füsunkar gözəlliyi ilə görənləri  valeh edən nadir məkanlardandır. Bura, sadəcə, istirahət zonası deyil, eyni zamanda Bakının ruhunu, tarixini və müasirliyini özündə birləşdirən salnamədir. Bu gün 117 illiyini qeyd edən bulvar ötən əsrlərin izlərini qoruyaraq gələcəyə doğru inamla addımlayan nadir ünvanlardandır.

Bakı bulvarının formalaşması uzun və mürəkkəb şəhərsalma prosesinin nəticəsi kimi XIX əsrin əvvəllərindən başlanır. Həmin dövrdə Bakı sahil zolağı əsasən təsərrüfat məqsədləri üçün istifadə olunurdu. Bu ərazidə əsasən anbarlar və çoxsaylı körpülər yerləşirdi. 1860-cı illərdə "Qafqaz və Merkuri" Paraxod Cəmiyyətinin fəaliyyəti nəticəsində sahil zolağı qərbdə Aleksandrovski, şərqdə isə Petrovski sahilləri olmaqla iki hissəyə bölünürdü ki, bu da vahid sahil küçəsinin formalaşmasına imkan vermirdi.

Sahil ərazisinin sistemli şəkildə abadlaşdırılması istiqamətində ilk ciddi addımlar azərbaycanlı memar Qasım bəy Hacıbababəyov tərəfindən atılmışdır. O, 1860-cı ildə qala divarlarının dəniz tərəfdən sökülməsindən sonra sahil zolağının planlaşdırılmasını həyata keçirmiş, 1865-1868-ci illərdə II Aleksandrın adını daşıyan sahil küçəsinin əsasını qoymuşdur. Təxminən 650 metr uzunluğunda sahil xəttinin formalaşdırılması, 1862-ci ildə anbar komplekslərinin yerləşdirilməsinə dair layihənin hazırlanması da məhz onun adı ilə bağlıdır.

Sonrakı illərdə şəhərin sürətli inkişafı, xüsusən 1863-cü ildə Avropa-Fars tranzit yolunun Bakıya istiqamətlənməsi sahilboyu ərazilərin abadlaşdırılmasını aktuallaşdırdı. 1865-ci ildə general-leytenant Mixail Petroviç Kolyubakinin təşəbbüsü ilə köhnə qala divarlarının sökülməsi üçün icazə alındı, əldə olunan vəsait sahilboyu daş örtüklü küçələrin salınmasına yönəldildi. 1867-ci ildə su kəmərlərinin çəkilməsi, fəvvarələrin və digər infrastruktur elementlərinin yaradılması ilə sahil ərazisi artıq bulvar xarakteri almağa başladı. Lakin uzun müddət sahil zolağı özəl şirkətlərin körpüləri və sənaye obyektləri ilə tutulduğundan vahid şəhərsalma planını həyata keçirmək mümkün olmamışdı.

Yalnız XX əsrin əvvəllərində bu istiqamətdə real addımlar atıldı. 1902-ci ildə Şəhər Duması Bakının dənizkənarı şəhər olduğunu nəzərə alaraq əhali üçün bulvar şəklində dənizə çıxışının təmin edilməsi barədə qərar qəbul etdi. Sahil zolağının abadlaşdırılması məqsədilə mülki mühəndis K.B.Skureviç tərəfindən layihə hazırlandı və şəhər rəhbərliyi tərəfindən dəstəkləndi.

Layihəyə əsasən, sahilboyu nəqliyyatın hərəkəti üçün 20 metr enində küçənin salınması, ərazinin münbit torpaqla doldurulması və yaşıllaşdırılması nəzərdə tutulurdu. Nəhayət, 1909-cu ildə Bakı Şəhər Upravasının tikinti şöbəsinin rəisi, mühəndis və təşkilatçı Məmmədhəsən Hacınski bu layihənin həyata keçirilməsinə rəhbərlik etmiş, onun təşəbbüsü və görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə Dənizkənarı bulvarın əsaslı şəkildə salınması təmin olunmuşdur.

Layihə işlərinə memar Adolf Eyxler də cəlb edilmiş, həmçinin müsabiqə çərçivəsində Zivər bəy Əhmədbəyov, İosif Ploşko, İvan Edel kimi tanınmış memar və mühəndislər dəvət olunmuşlar. Mülki mühəndis Q.M.Termikelovun "Zvezda" layihəsinin qalib seçilməsi ilə bulvarın konseptual inkişaf istiqamətləri müəyyənləşdirilmişdir. Bu dövrdə sahildə çimərliklərin yaradılması (Mixail Botov, daha sonra Nikolay Bayevin layihələri əsasında), istirahət və ictimai obyektlərin tikintisi, eləcə də yaşıllaşdırma işləri bulvarın şəhərin mühüm ictimai məkanına çevrilməsini təmin etmişdir.

Xəzərin sahilində uzanan bu gözəllik məkanı salınarkən əsas məqsəd şəhər sakinləri üçün istirahət zonası yaratmaq idi. Lakin zaman keçdikcə Bakı bulvarı, sadəcə, park olmaqdan çıxaraq paytaxtın simvoluna, onun vizit kartına çevrildi. Burada hər daş, hər ağac sanki bir tarix danışır. Bulvar neft bumu dövründən müasir inkişaf mərhələsinə qədər uzanan yolun canlı şahididir. Sovet dövründə də bulvar öz əhəmiyyətini qoruyub saxladı... Müstəqillik illərində Bakı bulvarı məzmunu və gözəlliyi ilə yeni mərhələyə qədəm qoydu. Xüsusilə son zamanlar həyata keçirilən genişmiqyaslı abadlıq və yenidənqurma işləri nəticəsində bulvar daha da genişlənərək müasir memarlıq nümunələri ilə zənginləşdi. Bu gün burada yerləşən Milli Park ərazisi həm yerli sakinlərin, həm də şəhər qonaqlarının ən sevimli məkanlarından biridir.

Bulvar boyunca ucalan müasir tikililər - Bakı Ferris Wheel, Dəniz Mall, Azərbaycan Xalça Muzeyi və Beynəlxalq Muğam Mərkəzi kimi mədəniyyət ocaqları bu ərazinin həm estetik, həm də funksional baxımdan zənginliyini artırır.

Bakı bulvarının ən möhtəşəm və rəmzi məkanlarından biri də Dövlət Bayrağı Meydanıdır. 2010-cu il sentyabrın 1-də istifadəyə verilən meydanda ucaldılmış bayraq dirəyinin hündürlüyü 162 metr, bayrağın ölçüləri 70x35 metr, çəkisi isə təxminən 350 kiloqramdır. Bu unikal meydanın açılış mərasimində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etmişlər. Bu gün burada dalğalanan bayrağımız İkinci Qarabağ müharibəsində qazanılmış Zəfərdən sonra milli qürurun, qələbəmizin əzəmətinə çevrilib. Bu gün bulvarda insanların ən çox ziyarət etdiyi məkanlardan biri də Zəfər Muzeyidir. Bu layihə  bulvarın müasir inkişaf konsepsiyasında mühüm yer tutur. 

Xatırladaq ki, bulvarın ərazisi son illər əhəmiyyətli dərəcədə genişləndirilmişdir. XX əsrin ortalarında onun uzunluğu 3-4 kilometr olduğu halda bu gün 25 kilometrə yaxınlaşmışdır. Hazırda bulvarın Ağ Şəhər bulvarı və Bayıl bulvarı istiqamətlərində genişləndirilməsi davam edir.

Bakı bulvarı yalnız istirahət məkanı deyil, həm də insanların görüşdüyü, xatirələr yaratdığı, bayramların qeyd olunduğu, həyat ritminin hiss olunduğu bir məkandır. Mavi Xəzər dənizi ilə həmahəng uzanan bu bulvar daim yenilənir, genişlənir. 117 illik tarixə malik Bakı bulvarı zamanın sınaqlarından çıxaraq bu gün də öz cazibəsini qoruyur. O, keçmişin yaddaşı, gələcəyin özüdür.


Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təhlükəsizlik kəməri həyat qurtarır

10:49
11 Aprel

Odessa dron hücumuna məruz qalıb, ölənlər var  

10:41
11 Aprel

ABŞ nümayəndə heyəti də İslamabada gedib

10:35
11 Aprel

“Anadolu Ankası – 2026” təlimində tapşırıqlar uğurla icra olunub  

10:26
11 Aprel

ABŞ Prezidenti İranla qarşıdan gələn danışıqlarda əsas tələbini açıqlayıb

10:13
11 Aprel

“Artemis II” missiyası Aya uçuşunu başa vuraraq Yerə qayıdıb

10:01
11 Aprel

Media: ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu artırmaqda davam edir

09:43
11 Aprel

Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq

09:34
11 Aprel

Xəzərdə zəlzələ olub

09:12
11 Aprel

CNN: İran və ABŞ həm birbaşa, həm də vasitəçilər vasitəsilə danışıqlar aparacaqlar  

09:01
11 Aprel

Bilmək istəyirəm

08:50
11 Aprel

Şuşanın şəhərsalma mədəniyyəti və memarlıq abidələri

08:45
11 Aprel

Bakının anası - İçərişəhər

08:40
11 Aprel

Ermənistan cəmiyyəti ideoloji sınaq qarşısındadır

08:35
11 Aprel

Qarabağ və Şərqi Zəngəzurda yeni tarix yazılır

08:30
11 Aprel

Azərbaycan hər zaman sülhü və sabitliyi təşviq edir

08:25
11 Aprel

Uzanan münaqişələr fonunda Azərbaycan modeli

08:20
11 Aprel

Rəqəmsal keçid: yeni çağırışlar, prioritetlər və hədəflər

08:15
11 Aprel

Əmək bazarında gender bərabərliyinin təminatlarının hüquqi bazası təkmilləşdirilir

08:10
11 Aprel

Azərbaycan nümunəsi

08:05
11 Aprel

Bütöv və qüdrətli Azərbaycan missiyası

08:00
11 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!