30 Aprel 2026 15:47
136
CƏMİYYƏT
A- A+
Azərbaycanda muzdla işləyənlərin 41 faizini qadınlar təşkil edir

Azərbaycanda muzdla işləyənlərin 41 faizini qadınlar təşkil edir


Son statistik məlumatlara əsasən, Azərbaycanda məşğul əhalinin 48, muzdla işləyənlərin isə 41 faizini qadınlar təşkil edir. Qadınların yüksək gəlirli məşğulluq imkanlarının artırılması istiqamətində də ölkədə beynəlxalq əmək standartlarına uyğun bir sıra mühüm qanunvericilik islahatları həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

O qeyd edib ki, qadınların əmək bazarına inteqrasiyasının gücləndirilməsi məqsədilə onların aktiv məşğulluq tədbirlərində iştirak payı illər üzrə artır.

“Nazirlik tərəfindən 2016-cı ildən icra edilən “Özünüməşğulluq proqramı” dayanıqlı məşğulluğun təmin olunması, ailə gəlirlərinin artması və ümumilikdə sosial-iqtisadi inkişafın gücləndirilməsi baxımından mühüm rol oynayan təsirli vasitələrdən biridir.

Ümumilikdə proqrama cəlb olunmuş 113 min nəfərdən 31 faizini qadınlar təşkil edir və son illərdə özünüməşğulluq proqramına cəlb olunanların tərkibində qadınların payı daha da artır. Təkcə 2026-cı ilin 3 ayı ərzində proqrama cəlb olunan 228 nəfərdən 115-i qadınlardır.

“İnsan kapitalının inkişafına, rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşdırılmasına və dayanıqlı məşğulluğun təmin olunmasına xidmət edən əsas istiqamətlərdən biri də peşə hazırlığı proqramıdır. 2018-ci ildən etibarən peşə hazırlığına cəlb edilən 59 mindən çox şəxsin 61 faizini qadınlar təşkil edir”, - deyə nazir bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Komitə sədri vətəndaşların müraciətlərini dinləyib

15:57
30 Aprel

Emin Əmrullayev: Təhsilin ən vacib iştirakçısı uşaqlardır

15:48
30 Aprel

Azərbaycanda muzdla işləyənlərin 41 faizini qadınlar təşkil edir

15:47
30 Aprel

Nazir: Azərbaycanda 2018-ci ildən etibarən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi reallaşdırılıb  

15:46
30 Aprel

Fövqəladə hallar naziri Naxçıvanda vətəndaş müraciətlərini dinləyib

15:45
30 Aprel

Səbinə Əliyeva: Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair təkliflər aidiyyəti qurumlara göndərilib  

15:44
30 Aprel

Avrozonada inflyasiya göstəricisi 2023-cü ildən bəri ən yüksək səviyyəyə çatıb

15:43
30 Aprel

“Bloomberg”: ABŞ İrana qarşı hipersəs raket sistemindən istifadə edə bilər

15:43
30 Aprel

Uşaqların I sinfə qəbulu prosesi başlayır

15:42
30 Aprel

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivlik ABDF-in maliyyə mexanizmləri ilə dəstəklənir  

15:38
30 Aprel

Bahar Muradova: Qlobal təsirlər ailə institutuna və sosial dəyərlərə dair yeni tələblər irəli sürür  

15:38
30 Aprel

Komitə sədri: Ümummilli Liderin müəyyənləşdirdiyi strateji kurs bu gün müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilir  

15:36
30 Aprel

Azərbaycan ərazisi vasitəsilə Rusiyadan Ermənistana növbəti tranzit yük yola salınıb  

15:36
30 Aprel

ABŞ-nin neft ehtiyatları azalıb

15:34
30 Aprel

Rusiyanın Dneprin şəhərətrafı ərazisinə dron hücumu: bir nəfərin öldüyü bildirilir  

14:45
30 Aprel

Bakıda ailə, qadın və uşaq siyasətinə həsr olunmuş konfrans işinə başlayıb

14:44
30 Aprel

WUF13 zamanı Azərbaycana səyahət edəcək şəxslər üçün viza qaydaları necədir?  

14:40
30 Aprel

Xocavənd kəndində daha 32 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB 2

14:31
30 Aprel

“MIZRAK” ilk dəfə “SAHA 2026”da nümayiş olunacaq

14:28
30 Aprel

Birinci rübdə SOCAR-ın idarəsi 35 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

13:32
30 Aprel

Rusiya Odessaya iki dəfə kütləvi zərbələr endirib

13:29
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!