30 Aprel 2026 16:37
154
CƏMİYYƏT
A- A+
Beynəlxalq forumun iştirakçıları "ASAN xidmət"də olublar YENİLƏNİB 

Beynəlxalq forumun iştirakçıları "ASAN xidmət"də olublar YENİLƏNİB 

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumunun iştirakçıları “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şimali Koreyada şiddətli quraqlıq hökm sürür

19:59
30 Aprel

Mamdani Kral III Çarlzdan Koh-i-Nur almazını Hindistana qaytarmağı tələb edir  

19:51
30 Aprel

Donald Tramp: Nüvə proqramından imtina etmədən İranla razılaşma mümkün deyil

19:43
30 Aprel

Avropa İttifaqı üzvləri təhlükəsizlik üçün alternativlər axtarırlar

19:34
30 Aprel

Qazaxıstan iqtisadiyyatında Rusiya prioritet tərəfdaş mövqeyini qoruyur  

19:27
30 Aprel

ABŞ-də “uçan taksi” dövrü başlayır

19:18
30 Aprel

Körfəz liderlərinin görüşü: Xarici təhdidlərə qarşı ortaq güc nümayişi 

19:16
30 Aprel

Dünyada neft bahalaşıb

19:07
30 Aprel

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub

19:00
30 Aprel

ABŞ viza qaydalarını sərtləşdirir  

18:58
30 Aprel

Pekində dron satışına qadağa tətbiq olunur

18:51
30 Aprel

Hindistanda rəqəmsal fırıldaqçılıq böhranı   

18:41
30 Aprel

Tramp: Rusiya-Ukrayna məsələsində Almaniya tamamilə səmərəsiz olub

18:38
30 Aprel

Milli Məclisin sədrinin Yunanıstan səfiri ilə görüşündə parlamentlərarası münasibətlər nəzərdən keçirilib  

18:37
30 Aprel

Səfir: Britaniya ilə Azərbaycan arasında yüksək texnologiyalar sahəsində geniş perspektivlər var  

18:21
30 Aprel

XTQ-nin yaradılmasının 27-ci ildönümü qeyd olunub

18:12
30 Aprel

Nazir: Reinteqrasiya tədbirləri ilə 873 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb  

18:05
30 Aprel

Avropa İttifaqı müdafiə xərclərini sürətlə artırır

17:48
30 Aprel

“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti”: Bakıda mühüm konfrans YENİLƏNİB 

17:38
30 Aprel

Hulusi Kılıç: WUF13 Azərbaycanın mövqelərini möhkəmləndirəcək və nüfuzunu artıracaq  

17:24
30 Aprel

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır  

17:11
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!