06 Noyabr 2022 02:45
13011
Mədəniyyət
A- A+
Xarıbülbül artıq azad vətəndə çiçək açır

Xarıbülbül artıq azad vətəndə çiçək açır

 

"Vətən bağı" al-əlvandır,
Yox içində Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı, sarı bülbül?!"

Ürəyi dağlı, bağrıqanlı, gözüyaşlı Xarıbülbül... O da Şuşanın 28 illik işğalı dövründə nələr gördü, nələr çəkdi?! Dili olsaydı, nə deyərdi, nə danışardı... Bir igidin ömrü qədər gözü yollarda, boynu bükülü qaldı. İllər uzunu həsrət, ayrılıq dərdi çəkdi. Adına, bənzərsizliyinə, vəfasına şeirlər, mahnılar yazıldı Xarıbülbülün...
Deyirlər ki, Cıdır düzünün bu şux qamətli, əlvan libaslı səssiz nəğməkarı öz vətənindən, öz torpağından başqa yerdə bitmir. Çoxları onun yurdunu, torpağını dəyişməyə cəhd göstərib, köklü-köməcli çıxarıb başqa yerdə əkmək istəyib, amma alınmayıb. Düzdür, bəzi hallarda qismən nail olublar. Lakin o bitsə də, çiçəyin üçüncü ləçəyi olmayıb. Axı onun qeyri-adiliyi və unikallığı həm də görünüşündədir. Xarıbülbülün müxtəlif istiqamətlərə yönəlmiş üç ləçəyi açılır. Ləçəklərin başında "bülbül" pərvazlanır və onun çiynində xırdaca qoşa ləçək olur.
Xarıbülbülün mühüm xüsusiyyətlərindən biri də onda müxtəlif rənglərin həmahəng olaraq bir-birinə yansımasıdır. Eyni ləçəyin bir hissəsindəki ağ rəng ləçəyin digər hissəsində çəhrayıya çevrilir. Bülbülün sinəsində naxışlar da var. Gün vurduqca bu naxışlar rəngdən-rəngə düşür, bərq vuraraq xara parçası kimi rənglər üzərində rəqs edir. Deyilənə görə, elə adı da bu bənzərlikdən gəlir. Xara parçasına məxsus həmin əlamətlərin bu güldə olması səbəbilə ona "xara bülbül - yəni "xara paltarlı bülbül" deyilib. "Xara" sözünün xalq danışıq dilində "xarı" kimi tələffüzü isə dilimizdəki ahəng qanununun tələbi ilə bağlıdır.
Biz xarıbülbülümüzü heç vaxt unutmadıq, xoş günümüzdə də, kədərimizdə də arzuladıq, ümidlərimiz, xəyallarımız pöhrələndi, hər kəs qovuşacağımız günü bir cür, amma başqa-başqa rənglərdə xəyal etdi. Və ötən 28 ildə bəlkə də min kərə xəyalımızda Şuşaya getdik, xarıbülbülə qovuşduq.
Şuşanı necə qoyub gəlmişdiksə, sanki o andan sonra bir gün belə yaşamamışdı. Sanki bu illər ərzində Şuşanın dağlarından duman da heç çəkilmədi. Yalnız 2020-ci ilin 8 noyabrında, sonbaharda Şuşa öz ilk baharını yaşadı. Böyük Zəfərin günəşi doğdu tariximizə də, taleyimizə də.
İllərdir həsrət, nisgil, əyilməzlik rəmzi olan xarıbülbül Böyük Zəfərimizdən sonra bayram müjdəçisinə çevrildi. O, artıq şanlı qələbəmizin əlamətlərindən, nişanələrindən biri oldu.

 

Xoş günlərin müjdəçisi - "Xarıbülbül" festivalı

 

Şuşa... Tək Azərbaycanın deyil, bütün türk dünyasının milli-mənəvi dəyərlərinin məbədi, ocağı sayılan muzey şəhər. Natəvanı, Üzeyir bəyi və neçə-neçə dahini dünyaya bəxş edən Şuşa... Sənət dühalarının beşiyi Şuşa...
Elə buna görə bizi, dəyərlərimizi, istedadımızı dünyaya nümayiş etdirən beynəlxalq musiqi festivalının da məhz Şuşada keçirilməsi və adının da xarıbülbül olması təsadüfi deyil.
"Xarıbülbül" musiqi festivalı məşhur  xanəndə Seyid Şuşinskinin 100 illik yubileyilə əlaqədar 1989-cu ildən Şuşada keçirilməyə başlayıb. Festival ilk dəfə həmin ilin may ayında, xarıbülbülün çiçəklənmə dövründə keçirilib. İşğalın, Qarabağ münaqişəsinin başlaması, torpaqlarımızın düşmən əlinə keçməsilə festivalın final konsertləri Bakıdakı Respublika Sarayında keçirilib.
1992-ci ildəki IV festival mayın 15-də başlamalı idi. Tədbirdə dünyanın 30 ölkəsindən 500 nəfərin iştirakı planlaşdırılmışdı. Lakin festival mayın 8-də Şuşanın erməni silahlı qüvvələri tərəfindən ələ keçirilməsi səbəbindən ləğv edildi.
Prezident İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə "Xarıbülbül" festivalı bərpa olundu. Torpaqlarımız azadlığına qovuşdurulandan sonra, 2021-ci il may ayının 12-14-də IV "Xarıbülbül" musiqi festivalı Şuşa şəhərində baş tutdu. Festivalın açılışında qalib sərkərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, mədəniyyət, ictimaiyyət xadimləri, xarici qonaqlar iştirak etdilər.
Müzəffər Ali Baş Komandan festivalın açılışında çıxış edərək, bunun tarixi hadisə olduğunu, onun şəhidlərimizin əziz xatirəsinə həsr edildiyini, qazandığımız qələbəni qəhrəman hərbçilərimizə və Azərbaycan xalqına borclu olduğumuzu bir daha vurğuladı. Və bundan sonra "Xarıbülbül" musiqi festivalının hər il keçiriləcəyi ilə bağlı müjdə də verildi.
İllər sonra Cıdır düzündə "Bayatı-Şiraz" səsləndi. Musiqinin sədaları dalğa-dalğa ətrafa yayıldıqca sanki göyün üzü açıldı, təbiət canlandı, yeri də, göyü də bülbüllər bəzədi.

 

Zəfər gülü

 

İtki nə qədər böyükdürsə, dərdi də, nisgili də bir o boyda çəkilməz olur. Amma biz nə bu dərdi, bu yaraları unutmadıq, nə də ona yenilmədik, əyilmədik.  Qələbə böyük əzm və qəhrəmanlıq tələb edir. Azərbaycan xalqı da elə bu sarsılmaz iradə, qətiyyətlə Qarabağı, Şuşanı azadlığına qovuşdurdu. Əslində, bunu məcazi mənada ruhun bədənə qayıtması ilə də müqayisə etmək olar. Və elə bu ruhdur ki, bizi Şuşamıza qovuşdurdu. Bizi özümüzə qaytardı. 
Uzun illərdir əsirlikdə olan xarıbülbül də azadlığına qovuşdu, Azərbaycanın Zəfər rəmzinə çevrildi. İndi biz onu yalnız fotolarda, yaxa sancaqlarında deyil, öz yurdunda, Şuşamızda yaşadır, əzizləyirik...
Qələbən mübarək, Əziz Vətən!
Gözün aydın olsun, Zəfər gülü! 

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub edib

22:16
21 İyun

Neft sızmaları zamanı operativ müdaxilə ekoloji fəsadların minimuma endirilməsində həlledici rol oynayır 

20:49
21 İyun

Ekspert: Dənizdə boru xətlərinin davamlı monitorinqi ekoloji risklərin azaldılmasında mühüm rol oynayır  

19:41
21 İyun

Ukrayna ikitərəfli münasibətlərdə Polşanı təmkinli olmağa və diplomatiyaya çağırıb

19:21
21 İyun

ABŞ-nin enerji katibi: Ötən gün Hörmüz boğazından 67 gəmi keçib

18:31
21 İyun

Vitse-prezident: ABŞ İranla münasibətləri kökündən dəyişdirməyə hazırdır  

17:57
21 İyun

Tramp gecə boyu iranlılarla danışaraq Hörmüz boğazını bağlamamaqla bağlı onlara xəbərdarlıq edib  

17:43
21 İyun

ABŞ-nin Vitse-prezidenti: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik  

17:18
21 İyun

Pakistanın Baş naziri İsveçrədə ABŞ və İran nümayəndə heyətləri ilə görüşüb

16:53
21 İyun

“Azneft” İB: Dübəndi sahilindəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb

15:19
21 İyun

Ukrayna qoşunları Krım körpüsü yaxınlığında bir neçə vacib hədəfə zərbələr endirib  

14:59
21 İyun

Məktəblilərin Respublika İdman Olimpiadasında velosiped idmanı üzrə ilk qaliblər müəyyənləşib  

14:49
21 İyun

Yəmən Nümayəndələr Palatasının sədri Bakıdadır

14:37
21 İyun

Niger Məsləhət Şurasının sədri ölkəmizə səfərə gəlib

14:09
21 İyun

FHN-dən xəbərdarlıq: Küləkli havada dənizə girmək təhlükəlidir! 

13:47
21 İyun

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub

13:31
21 İyun

Azərbaycan boksçusu Dünya Kubokunda qızıl medal qazanıb

13:19
21 İyun

Argentinanın Müstəqillik Günündə Bakıdan dostluq və rifah mesajı 

12:53
21 İyun

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb  

12:48
21 İyun

Azərbaycana yay fəsli daxil olub 

12:27
21 İyun

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb

12:09
21 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!