Xaçmazda Aqrar İnnovasiya Festivalı
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə sayca 15-ci Aqrar İnnovasiya Festivalı Xaçmaz rayonunda keçirilib.
Festivalda Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları, "Aqroservis" ASC, Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Süni Mayalandırma Mərkəzi, Dövlət Toxum Fondu və digər tabeli qurumlar, həmçinin aqrar sahənin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən 60-dan çox yerli və xarici şirkət, fermerlər iştirak ediblər. Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev regionlarda təşkil edilən belə festivalların əhəmiyyəti barədə danışıblar. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov "Agroinnofest" layihəsinin təqdimatı ilə çıxış edib, festival barədə ətraflı məlumat verib.
Xaçmaz Olimpiya İdman Kompleksinin ərazisində təşkil edilən festivalda müxtəlif innovativ məhsul və avadanlıqların əyani nümayişi keçirilib. Festivalda bölgənin aqrar potensialının və perspektivinin müəyyən olunması və bölgəyə uyğun kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı aqrar sahədə ixtisaslaşmış iri şirkətlər öz uğurlu təcrübələrini, habelə təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalar ilə bağlı məlumatları fermerlərlə bölüşüb. Həmçinin festivalda bölgənin prioritet kənd təsərrüfatı məhsulları və aqrar sahənin inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər üzrə təlimlər keçirilib.
Festival zamanı Aqrar Təlim Mərkəzi tərəfindən "Superintensiv fındıq bağlarının salınması", Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən "Gilas bitkisinin xəstəlik və zərərvericilərinə qarşı inteqrir mübarizə tədbirləri" və ölkədə müasir suvarma sistemləri sahəsində xidmət göstərən şirkət tərəfindən "Pivot suvarma sistemi" mövzularında maarifləndirilmə işləri həyata keçirilib. Eyni zamanda Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilmiş bir sıra startap yarışma və müsabiqələrin iştirakçıları, eləcə də ali təhsil müəssisələri öz prototiplərini, məhsul və həllərini, ixtiralarını nümayiş etdiriblər. Festival Quba-Xaçmaz və ətraf bölgələrin fermerləri tərəfindən maraqla qarşılanıb.
Aqrar İnnovasiya Mərkəzi tərəfindən mütəmadi olaraq bölgələrdə təşkil edilən bu festivalların əsas məqsədi aqrar sahənin innovativ əsaslarla inkişaf etdirilməsi, innovativ həllərə əsaslanan texnoloji yeniliklərin təşviqi üzrə dəstək xidmətinin həyata keçirilməsi və kənd təsərrüfatı məhsul istehsalçılarının innovasiyalara əlçatanlığının təmin edilməsidir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mərkəzi Bank: Bugünkü hərracda tələb 96,3 milyon dollar təşkil edib
28 Mart
BP və ADNOC İsrailin qaz şirkətinin səhmlərinin 50 faizini almaq üçün 4 milyard dollar təklif edib ...
28 Mart
Energetika naziri “Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində bir sıra ikitərəfli görüşlər...
28 Mart
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMTİP arasında əməkdaşlıq məsələləri müzakirə olunub ...
28 Mart
DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi təntənəli şəkildə qeyd edilib...
28 Mart
Paytaxt havasında dispers toz hissəciklərinin miqdarı normadan 1.8 dəfə yuxarı olub
28 Mart
Azərbaycan Ordusunda kibertəhlükəsizlik təlimi keçirilir
28 Mart
Formula 1 yarışlarında sərbəst yürüşlərin müddəti azaldıla bilər
28 Mart
Azərbaycan Triatlon Federasiyasının prezidenti istefa verib
28 Mart
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub YE...14 Mart 2023

Hikmət Hacıyev: Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azər...12 Mart 2023

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham ...09 Mart 2023

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB08 Mart 2023
jpg-1678287833.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!