19 May 2026 21:09
181
CƏMİYYƏT
A- A+
WUF13: “Şəhərlər üçün süni intellekt – şəhərsalma və ağıllı, dayanıqlı icmaların qurulması” adlı panel sessiya keçirilib  

WUF13: “Şəhərlər üçün süni intellekt – şəhərsalma və ağıllı, dayanıqlı icmaların qurulması” adlı panel sessiya keçirilib  


Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Şəhərlər üçün süni intellekt – şəhərsalma və ağıllı, dayanıqlı icmaların qurulması” mövzusunda sessiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə baş tutub.

Sessiyada süni intellektəsaslı həllərin şəhərsalma, qərarqəbuletmə, dayanıqlı infrastrukturun qurulması və insan mərkəzli şəhərlərin inkişafındakı rolu müzakirə edilib. Tədbirdə “United for Smart Sustainable Cities” (U4SSC) təşəbbüsü çərçivəsində hazırlanan və dünyanın 250-dən çox şəhərində tətbiq olunan “Ağıllı Dayanıqlı Şəhərlər üzrə Əsas Performans Göstəriciləri”nin (KPI) əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, bu göstəricilər şəhərlərə məlumat və analitika əsasında mənzil siyasətinin, xidmət keyfiyyətinin, infrastruktur dayanıqlılığının və ümumi həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradır. Sessiya çərçivəsində U4SSC təşəbbüsünün bir sıra yeni sənədləri və praktiki alətləri də təqdim olunub. Tədbirdə, həmçinin bu il mayın 11-də keçirilmiş “3-cü BMT Virtual Dünyalar Günü”nün nəticələri müzakirə edilib. Çıxışlarda süni intellekt, rəqəmsal əkizlər, virtual mühitlər, məkan intellekti və agentəsaslı sistemlərin şəhər idarəçiliyi və dayanıqlılıq strategiyalarında tətbiq imkanlarına toxunulub.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxışında Azərbaycanın süni intellekt və data mərkəzləri sahəsində regional hab kimi mövqeyini gücləndirməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, Qafqaz, Mərkəzi Asiya və qonşu bazarlarda data mərkəzlərinə tələbat təxminən 850 meqavat həcmində qiymətləndirilir, halbuki mövcud regional təklif cəmi 30 meqavat təşkil edir. Nazir müavini qeyd edib ki, Azərbaycanın üstünlükləri sırasında 2 giqavatdan çox artıq enerji gücü, inkişaf mərhələsində olan 10 giqavatlıq yaşıl enerji layihələri, rəqabətqabiliyyətli elektrik tarifləri, tam fiber-optik şəbəkə əhatəsi və Avropanın əsas internet mübadilə nöqtələrinə çıxış yer alır.

Samir Məmmədov əlavə edib ki, uzunmüddətli perspektivdə Azərbaycanda 30-50 min qrafik prosessor (GPU) yerləşdirilməsi nəzərdə tutulur və bu istiqamətdə aparıcı qlobal texnologiya şirkətləri ilə müzakirələr aparılır.

Beynəlxalq Telekommunikasiya İttifaqının Telekommunikasiya Standartlaşdırma Bürosunun direktoru Seizo Onoe isə bildirib ki, süni intellektin uğurlu tətbiqi effektiv dövlət idarəçiliyi, innovasiya, etibarlı standartlar və qarşılıqlı fəaliyyət sistemlərindən asılıdır.

“İnnovasiyalarda irəliləyiş və texnologiyaların effektiv işləməsi üçün şirkətlər, biznes tərəfdaşları və hökumətlər arasında səmərəli kommunikasiya tələb olunur. Bu gün bunun əhəmiyyəti əvvəlkindən daha da artıb”, – deyə o vurğulayıb.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax isə çıxışında şəhərlərdə mənzil böhranı və iqlim dəyişmələri fonunda rəqəmsal texnologiyalar və süni intellektin mühüm rol oynadığını bildirib.

O qeyd edib ki, “ağıllı şəhər” yanaşmaları insan mərkəzli olmalı, insan hüquqları, inklüzivlik və bərabərlik prinsiplərinə əsaslanmalıdır.

Sessiyada həmçinin ICLEI təşkilatının direktoru Metyu Bax, Moskva hökumətinin müşaviri Dmitri Ontoyev və Quançjou Şəhər İnnovasiyaları İnstitutunun icraçı direktoru Nikolas Yu iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıdakı WUF13 çərçivəsində Azərbaycan–Türkiyə şəhərsalma dialoqu aparılıb  

00:22
20 May

İqtisadiyyat Nazirliyində AYİB-lə əməkdaşlıq imkanları nəzərdən keçirilib

23:29
19 May

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: Cəbhə xətti genişlənə bilər  

23:01
19 May

Dünya mediası Prezident İlham Əliyevin WUF13-ün açılışındakı çıxışını geniş işıqlandırıb  

22:58
19 May

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb  

22:45
19 May

D-8 rəsmilərinin WUF13-də dayanıqlı şəhərlər və enerji keçidi ilə bağlı dialoqu baş tutub - YENİLƏNİB  

22:12
19 May

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır 

21:59
19 May

Tərtərdə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baş çəkilib  

21:39
19 May

WUF13 çərçivəsində qlobal mənzil böhranına dair müzakirələr aparılıb YENİLƏNİB

21:31
19 May

Azərbaycan ilə Esvatini arasında enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

21:28
19 May

WUF13: “Şəhərlər üçün süni intellekt – şəhərsalma və ağıllı, dayanıqlı icmaların qurulması” adlı panel sessiya keçirilib  

21:09
19 May

BMT-nin bölmə rəhbəri: WUF13-ün iştirakçıları Azərbaycanın təcrübəsindən öyrənə bilərlər  

20:45
19 May

WUF13-də Xəzər regionunda iqlimədavamlı şəhərlərə və icmalara dair yüksəksəviyyəli dialoq təşkil edilib – YENİLƏNİB 

20:22
19 May

Elçin Yusubov: Xankəndinin yeni Baş planı 80 min nəfərlik əhali üçün hazırlanır

20:18
19 May

“AzərEnerji” və “Azərişıq” WUF13-də Azərbaycanın enerji sistemini təqdim edir

20:09
19 May

Hicran Hüseynova: Uşaqlar üçün təhlükəsiz şəhər mühitinin yaradılması bizim gələcək qarşısında borcumuzdur  

20:08
19 May

AZSTAND tekstil avadanlıqlarına dair yeni dövlət standartları qəbul edib

20:03
19 May

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri başlayıb

19:53
19 May

Tramp: Çin Sədri İrana silah göndərməyəcəyinə söz verib

19:51
19 May

Şuşada xarici investorların iştirakı ilə yeni turizm layihələri hazırlanır

19:51
19 May

Azərbaycan–Gürcüstan ticarət dövriyyəsi 8,4 faiz artıb

19:43
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!