19 May 2026 20:08
131
CƏMİYYƏT
A- A+
Hicran Hüseynova: Uşaqlar üçün təhlükəsiz şəhər mühitinin yaradılması bizim gələcək qarşısında borcumuzdur  

Hicran Hüseynova: Uşaqlar üçün təhlükəsiz şəhər mühitinin yaradılması bizim gələcək qarşısında borcumuzdur  


Erkən xəbərdarlıq sistemlərinin genişləndirilməsi, həssas qrupların proseslərə cəlb olunması, qadınların fəallığının artırılması və uşaqların qorunması əsas prioritetlərdəndir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Erkən xəbərdarlıq və iqlimədayanıqlı şəhərlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Hicran Hüseynova deyib ki, təhlükəsiz gələcəyin elmi modeli risklərin qiymətləndirilməsini və dəqiq proqnozlaşdırmanı təmin edən çoxsaylı komponentlərə əsaslanır: “Burada çox təhlükəli erkən xəbərdarlıq sistemlərinin tətbiqi vacibdir. Çünki biz son zamanlar görürük ki, istilər, daşqınlar, quraqlıq və torpaq sürüşmələri kimi qarşılıqlı əlaqəli təhlükələr baş verir. Eyni vaxt çərçivəsində prosesi təhlil etmək və vaxtında xəbərdarlıq vermək lazım olur. Həmçinin Ağıllı Şəhər Texnologiyalarının tətbiqi vəziyyətin real vaxt rejimində izlənilməsinə və hadisə baş verməmişdən saatlar əvvəl tədbir görülməsinə imkan yaradır. Elmi məlumatlar icmalar tərəfindən başa düşülməsi və tətbiq edilməsi üçün sosial modellər mövcuddur. Bunlardan ən birincisi insan mərkəzli xəbərdarlıqların verilməsidir. Xəbərdarlıq mesajları sadə dildə, çoxkanallı və əhalinin həssas qruplarının xüsusiyyətləri nəzərə alınmaqla çatdırılır. İkincisi, icmaların fövqəladə hallara reaksiyasını artırmaq üçün təxliyə təlimləri keçirilir və ekoloji maarifləndirmə təşviq edilir. Üçüncüsü isə, İnklüziv Şəhərsalma layihələrinə üstünlüyün verilməsidir”.

Komitə sədrinin sözlərinə görə, aparılan monitorinqlər göstərir ki, fəlakət risklərinin idarəolunmasında ailədaxili məlumatlandırma və qadınların fəal iştirakı həlledici rol oynayır. Buna görə də erkən xəbərdarlıq komponenti yalnız texniki baxımdan deyil, eyni zamanda, sosial-maarifləndirici tədbirlər vasitəsilə də gücləndirilməlidir: “Uşaqlar üçün təhlükəsiz şəhər mühitinin yaradılması və onların iqlim risklərinə hazırlanması bizim gələcək qarşısında borcumuzdur. Şəhərləri elə planlaşdırmalıyıq ki, parklar, məktəblər və yaşayış zonaları, eyni zamanda, ekstremal hava hadisələri zamanı sığınacaq və dayanıqlı ekosistem funksiyasını yerinə yetirsin".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İqtisadiyyat Nazirliyində AYİB-lə əməkdaşlıq imkanları nəzərdən keçirilib

23:29
19 May

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: Cəbhə xətti genişlənə bilər  

23:01
19 May

Dünya mediası Prezident İlham Əliyevin WUF13-ün açılışındakı çıxışını geniş işıqlandırıb  

22:58
19 May

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb  

22:45
19 May

D-8 rəsmilərinin WUF13-də dayanıqlı şəhərlər və enerji keçidi ilə bağlı dialoqu baş tutub - YENİLƏNİB  

22:12
19 May

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır 

21:59
19 May

Tərtərdə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baş çəkilib  

21:39
19 May

WUF13 çərçivəsində qlobal mənzil böhranına dair müzakirələr aparılıb YENİLƏNİB

21:31
19 May

Azərbaycan ilə Esvatini arasında enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

21:28
19 May

WUF13: “Şəhərlər üçün süni intellekt – şəhərsalma və ağıllı, dayanıqlı icmaların qurulması” adlı panel sessiya keçirilib  

21:09
19 May

BMT-nin bölmə rəhbəri: WUF13-ün iştirakçıları Azərbaycanın təcrübəsindən öyrənə bilərlər  

20:45
19 May

WUF13-də Xəzər regionunda iqlimədavamlı şəhərlərə və icmalara dair yüksəksəviyyəli dialoq təşkil edilib – YENİLƏNİB 

20:22
19 May

Elçin Yusubov: Xankəndinin yeni Baş planı 80 min nəfərlik əhali üçün hazırlanır

20:18
19 May

“AzərEnerji” və “Azərişıq” WUF13-də Azərbaycanın enerji sistemini təqdim edir

20:09
19 May

Hicran Hüseynova: Uşaqlar üçün təhlükəsiz şəhər mühitinin yaradılması bizim gələcək qarşısında borcumuzdur  

20:08
19 May

AZSTAND tekstil avadanlıqlarına dair yeni dövlət standartları qəbul edib

20:03
19 May

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri başlayıb

19:53
19 May

Tramp: Çin Sədri İrana silah göndərməyəcəyinə söz verib

19:51
19 May

Şuşada xarici investorların iştirakı ilə yeni turizm layihələri hazırlanır

19:51
19 May

Azərbaycan–Gürcüstan ticarət dövriyyəsi 8,4 faiz artıb

19:43
19 May

UN-Habitat-ın regional direktoru: Şəhərsalma prosesində iqlimə dayanıqlı şəhərlər qurmaq önəmlidir  

19:42
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!