20 May 2026 14:33
107
CƏMİYYƏT
A- A+
WUF13-də biznes dəyirmi masa: “İnvestisiya əsasları: Bazarı investisiya üçün cəlbedici edən nədir?”

WUF13-də biznes dəyirmi masa: “İnvestisiya əsasları: Bazarı investisiya üçün cəlbedici edən nədir?”


BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Business Roundtable” tədbirində qlobal mənzil böhranı, özəl sektorun rolu və dayanıqlı şəhərsalma üçün maliyyə mexanizmləri əsas müzakirə mövzusu olub.

AZƏRTAC xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) nümayəndəsi Edlan Yumeru bildirib ki, WUF13-ün əsas diqqət mərkəzində dünyada mənzil və yaşayış şəraiti ilə bağlı həssaslıq riski ilə üzləşən 3,4 milyard insanın problemləri dayanır. O qeyd edib ki, forum bu çağırışlara cavab verəcək praktik həll yollarının müzakirəsi üçün mühüm platformadır.

Edlan Yumeru vurğulayıb ki, UN-Habitat dövlət qurumları, yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, siyasətçilər və özəl sektor arasında əməkdaşlıq üçün geniş imkanlar yaratmağa çalışır. Onun sözlərinə görə, mənzil maliyyələşməsi sahəsində mövcud boşluqların yalnız dövlət resursları hesabına aradan qaldırılması mümkün deyil və özəl sektor bu istiqamətdə əvəzolunmaz tərəfdaş hesab olunur.

Bildirilib ki, UN-Habitatın yeni dördillik strateji planında mənzil, torpaq və əsas xidmətlər prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Qeyd olunub ki, özəl kapitalın beynəlxalq maliyyə institutları və çoxtərəfli maliyyə mexanizmləri ilə birgə səfərbər olunması təşkilatın əsas fəaliyyət istiqamətlərindən biridir.

Çıxış zamanı qeyd edilib ki, WUF13 çərçivəsində aparılan müzakirələr “Bakı Fəaliyyət Çağırışı” sənədinin formalaşmasına töhfə verəcək. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dayanıqlı şəhərsalma və urban inkişaf sahəsində ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur və burada formalaşan tərəfdaşlıqlar gələcək qlobal təşəbbüslər üçün yol xəritəsi rolunu oynayacaq.

Tədbir “Hindistanda əlçatan mənzil sahəsində sektorlararası maliyyə katalizatorlarının təmin edilməsi” və “İnvestisiya əsasları: Bazarı investisiya üçün cəlbedici edən nədir?” mövzularda dəyirmi masa ilə davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

WUF13 çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yüksəksəviyyəli dialoqda iştirak edib

16:15
20 May

Dünyada 1,1 milyarddan çox insan qeyri-formal yaşayış məskənlərində yaşayır

16:05
20 May

WUF13-ün milli koordinatoru: "Bakı Şəhərsalma mükafatı” həll yollarının miqyasının genişləndirilməsinə xidmət edəcək   

16:04
20 May

Magistraturaya qəbul imtahan nəticələri açıqlanıb

16:01
20 May

Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb  

15:56
20 May

Rusiya-Azərbaycan sərhədində ticarət dövriyyəsi 14 faiz artıb

15:55
20 May

Britaniyalı memar: “Bakı Şəhərsalma Mükafatı”nın münsiflər heyətinə dəvət olunmaqdan şərəf duyuram  

15:46
20 May

Tom de Qruv: Açıq və müqayisə edilə bilən məlumatlar fəlakət risklərinin idarə olunmasında əsas rol oynayır  

15:42
20 May

Platforma direktoru: Məqsədimiz yeni binalarda karbon emissiyasını azaltmaqdır

15:37
20 May

Bakı-Tbilisi-Bakı qatarları ilə gedişhaqqı açıqlanıb

15:33
20 May

WUF13 Azərbaycanın qlobal gündəmdə artan rolunu nümayiş etdirir

15:30
20 May

İsmayıl Seragəldin: Artıq mikroplastiklərin balıqlar vasitəsilə insan orqanizminə keçdiyini müşahidə edirik  

15:23
20 May

Azərbaycan və Gürcüstan bilet satış sistemini tam inteqrasiya edərək kassa əməliyyatlarını qarşılıqlı izləyəcək

15:21
20 May

WUF13-də şəhərlərin üzləşdiyi çağırışlar və həll yolları müzakirə olunub  

15:17
20 May

Yelena Qalinovskaya: Dağ yaşayış məntəqələrinin inkişafı həm milli, həm də qlobal əhəmiyyət daşıyır

15:13
20 May

WUF13 çərçivəsində SDG-lərin lokalizasiyası: şəhərlər qlobal gündəmin birgə yaradıcısına çevrilir

15:13
20 May

WUF13-də ahıl insanların layiqli mənzil hüququ müzakirə olunub

15:11
20 May

WUF13 çərçivəsində “Bakı Şəhərsalma Mükafatı” təsis edilib 

15:07
20 May

BMT nümayəndəsi: Biz borclanmanın səviyyəsini azalda bilərik

15:07
20 May

UN-Habitat: “Bakı Şəhərsalma Mükafatı” qlobal təcrübələrin paylaşılmasına və əməkdaşlığa töhfə verəcək VİDEO  

15:03
20 May

Nigeriyada İŞİD-in 175 silahlısı öldürülüb

15:01
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!