12 İyul 2025 19:38
625
SİYASƏT
A- A+
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir  

Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir  

Dünyanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan, Azərbaycanın ayrılmaz hissəsi  Naxçıvan diyarı xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən qədim abidələr, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlərlə zəngindir. Həmin abidələrdən biri də “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”dir. Qürurverici haldır ki, “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın mədəni irsi kimi artıq dünya miqyasında da tanınır. 11 iyul 2025-ci il tarixində UNESCO-nun Parisdə keçirilən 47-ci sessiyasında ölkəmiz tərəfindən təqdim olunan “Qədim Qəbələ şəhəri” və  “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Dünya İrsinin İlkin Siyahısına daxil edilib. Bu uğur bütün xalqımız üçün böyük sevinc və qürur doğurur.

Ordubad rayonunun ərazisində, Zəngəzur silsiləsinin suayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşən Gəmiqaya Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biridir. Minilliklər öncədən bu günə qədər qorunub saxlanılan qayaüstü təsvirlər - həyat, təbiət, insan və inancla bağlı izlər - sadəcə sənət nümunələri deyil, həm də milli yaddaşımızın daşıyıcılarıdır. Bu qayaüstü rəsmlər bizim kimliyimiz, mənəvi dəyərlərimiz, qədim dünyagörüşümüz haqqında zəngin mənbədir.  Uzun illər əzində tarixin sirlərini özündə gizlədən Gəmiqaya abidələrinin tədqiqinə 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi  dövründə başlanıb. Xalqımızın tarixi keçmişinin öyrənilməsi baxımından Gəmiqayanın çox əhəmiyyətli abidə olduğunu vurğulayan Ümummilli Lider Heydər Əliyev bildirmişdir: “Naxçıvanın gözəl təbii abidələri var. Gəmiqaya dünyada məşhur bir yerdir... O, bizim böyük sərvətimizdir. Orada insanın qoyduğu izlər var. Bu, Azərbaycanın, onun ayrılmaz hissəsi olan Naxçıvanın tarixidir. Bunlarla məşğul olmaq lazımdır”. 1971-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Rəyasət Heyəti Gəmiqayada tədqiqat işlərinin aparılmasını, elmi albomun nəşr edilməsini, elmi-kütləvi filmin çəkilməsini qərara alıb, 1970-1987-ci illərdə Gəmiqayada tədqiqat işləri aparılıb, bir sıra elmi materiallar çap olunub. 

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, təəssüflər olsun ki, Gəmiqaya abidələrinin tədqiqi sahəsində aparılan işlər də 1980-ci illərin sonlarından unudulmağa başlanıb, tədqiqat işlərinə ara verilib. Erməni tərəfi bundan istifadə edərək tarixi  yenə də  saxtalaşdırmağa cəhdlər ediblər.  Amma dövlətimizin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində onlar istədiklərinə nail ola bilmədilər. “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi də bunun bariz sübutudur.

Ordubad rayonunun Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Kiçik Qafqazın dəniz səviyyəsindən 3000-3500 metr yüksəklikdə yerləşən Gəmiqayada daşlar üzərində yazılmış piktoqrafik yazılar Qaranquş, Gamışölən və Nəbiyurdu yaylaqlarında qeydə alınıb. Burada 2000-dən çox daş üzərində 7000-dən çox qayaüstü təsvir öyrənilib. Göygöl Zəngəzur silsiləsinin cənub yamacındadır. Sahəsi 1,5 hektar, dərinliyi 6,5 metrə qədərdir. Nürgüt kəndi yaxınlığında yerləşən gölün suyu ilin bütün fəsillərində yağan qar və yağışdan, həmçinin gölün ortasında qaynayan bulaqlardan qidalanır. Vulkanik mənşəli bu göl dəniz səviyyəsindən təqribən 3000-3500 metr yüksəklikdə dağ ətəyində yerləşir. Kiçik Qafqazın ən hündür dağ gölü sayılır. Göygölün güzgü səthinin uzunluğu 211, eni 103, ən dərin yeri isə 7 metrdir.

Vüqar Rəhimzadə vurğulayıb ki, xalqımızın tarixi etnoqrafiyası və arxeologiyası üçün mühüm əhəmiyyətə malik olan, bəşər tarixinin ilkin təkamül dövründən  xəbər verən Gəmiqaya abidəsi qədim insanların dini, ideoloji, mifoloji görüşlərini əks etdirən qayaüstü rəsmlər toplusudur. Xalqımızın həyat tərzi, qədim adət-ənənələri ilə əlaqədar yaranmış Gəmiqaya rəsmləri qiymətli  təsviri sənət nümunələri kimi bundan sonra da tariximizin və mədəniyyətimizin ilkin inkişaf mərhələlərini xronoloji ardıcıllıqla izləməyə və öyrənməyə imkan verəcək.  Buradakı tarixi abidələr kompleks şəkildə Azərbaycanın qədim mədəniyyət və incəsənət xəzinəsinə qızıl fond kimi daxil olub. Buna görə də “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi tarix-memarlıq abidələrinin təbliği baxımından mühüm bir addımdır. Bundan sonrakı mərhələdə də  Gəmiqayanın UNESCO-nun Dünya İrsinin Əsas Siyahısına daxil edilməsi üçün elmi tədqiqatlar, beynəlxalq əməkdaşlıqlar və mədəni irsin qorunmasına dair zəruri tədbirlər davam etdiriləcək.

Milli Məclisin deputatı bildirib ki, bu ərazinin  beynəlxalq təşkilat tərəfindən qorunmağa layiq hesab edilməsi  regionun təkcə təbii gözəlliyi ilə deyil, həm də tarixi, arxeoloji və mədəni dəyəri ilə tanınması deməkdir. Gəmiqaya təkcə  Ordubadın deyil, bütün Azərbaycanın qədimliyini və bəşəriyyətə bəxş etdiyi dəyərləri təcəssüm etdirən canlı irs nümunəsidir. Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına da xidmət edən bu mühüm hadisə bizim keçmişimizə verilən dəyər, gələcək nəsillərə ötürəcəyimiz bir mirasdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!