21 May 2025 17:49
545
SİYASƏT
A- A+
Vüqar Rəhimzadə: Azərbaycan və Macarıstan liderlərinin dostluq münasibətləri əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayır  

Vüqar Rəhimzadə: Azərbaycan və Macarıstan liderlərinin dostluq münasibətləri əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayır  

Azərbaycanın xarici siyasətində  Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlıq  xüsusi yer tutur. Prezident İlham Əliyevin mayın 20-də  Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə dost ölkəyə işgüzar səfəri də bunun bariz nümunəsidir. Qeyd edək ki, iki ölkə arasında  diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Dost ölkələrimiz arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir.  Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan  onlarla  sənəd hüquqi bazanın möhkəmlənməsində mühüm rol oynayır. Əlaqələrimizin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin mühüm rolu xüsusi vurğulanmalıdır. Azərbaycan-Macarıstan əməkdaşlığı  2023-cü ildə  imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da möhkəmlənib və hazırda münasibətlərin yeni mərhələyə qədəm qoymasını təmin edir. Sənəd ölkələrimiz arasında təkcə ikitərəfli münasibətlərin deyil, həm də regional və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsini hədəfləyən kompleks çərçivə təqdim edir. Tərəflər bu sənəd ilə qarşılıqlı hörmət, suverenlik və bərabərlik prinsiplərinə əsaslanan uzunmüddətli əməkdaşlığa sadiq olduqlarını bəyan ediblər. 

Azərbaycan-Macarıstan əlaqələri çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Avropa İttifaqı, “Şərq Tərəfdaşlığı” Proqramı, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində   uğurla  inkişaf etdirilir. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol  oynayır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki,  Macarıstanda işgüzar səfərdə olan dövlət başçısı İlham Əliyevin bu ölkənin  Baş naziri Viktor Orbanla keçirdiyi məhdud və geniş tərkibdə görüşlər, həmçinin liderlərin mətbuata bəyanatları iki ölkənin münasibətlərinin dünəninə, bugününə baxış olmaqla yanaşı, perspektivlərə işıq salır. “Biz dost ölkələrik, strateji tərəfdaşıq” söyləyən Prezident İlham Əliyev onu da xüsusi vurğuladı ki, Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Bunlardan biri tarixi köklərimizə bağlılıqdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Oxşarlıqlardan biri də Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Azərbaycan da eyni vəziyyətdədir. Bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik.

Millət vəkili mühüm məqamı da xüsusi qeyd edib ki, iki ölkənin liderlərinin dostluq münasibətləri də əlaqələrimizin yüksələn xətlə inkişafında əhəmiyyətli rol oynayır. Bu dostluq qarşılıqlı səfərlərin dinamikasında özünü aydın şəkildə nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev  Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri bir daha möhkəm təmələ əsaslanan münasibətlərimizin gələcək inkişafının aydın mənzərəsini təqdim etdi. Macarıstanan Baş naziri Viktor Orban Prezident İlham Əliyevin  səfərinə yüksək dəyərini “Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub” fikirləri ilə ifadə etdi.

Vüqar Rəhimzadə vurğulayıb ki, Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir. Dost ölkə Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edib. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqda 2022-ci ilin  dekabrında  Buxarestdə imzalanan Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair  Saziş mühüm yer tutur. Həmin Sazişdən irəli gələrək qeyd olunan ölkələr arasında yaşıl enerjinin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi ilə bağlı layihənin icrası istiqamətində səylər uğurla davam etdirilir. Bu layihənin icrası region və Avropa bazarları arasında elektrik enerjisinin ixracı imkanlarının genişləndirilməsi, xüsusən Xəzər dənizin Azərbaycan sektorundakı böyük külək enerjisi potensialı sayəsində Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsi mühüm rol oynayacaq. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında  diqqəti bir daha enerji sektorunda əməkdaşlığın hazırkı durumuna yönəldərək bildirdi ki, Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Azərbaycanın  qaz resurs bazası kifayət qədər genişdir və genişlənir. Yeni qaz yataqları istismara veriləcək. Azərbaycan  bu gün 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər  qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır.

Milli Məclisin deputatı bildirib ki, dövlət başçısı İlham Əliyevin xarici ölkələrə hər bir səfəri, mötəbər beynəlxalq tədbirlərdə çıxışı Azərbaycanın bu və ya digər sahələrdə mövcud imkanlarının, eyni zamanda, 30 illik işğal və tarixi Zəfərimizdən ötən  dövrün reallıqlarının təqdimatı olur. Mətbuata bəyanatında İkinci Qarabağ müharibəsinin beynəlxalq hüquq çərçivəsində - BMT-nin Nizamnaməsi əsasında aparıldığını önə çəkən dövlət başçısı İlham Əliyev onu da qeyd etdi ki,  BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik. İkinci Qarabağ müharibəsindən sonra  sülh danışıqlarının  təşəbbüskarı,  sülh müqaviləsinin mətninin müəllifi də Azərbaycan oldu. Məhz bu mətn bu gün Ermənistan tərəfindən müəyyən düzəlişlərlə  qəbul edilib.

Vüqar Rəhimzadə Azərbaycan və  Macarıstanın digər beynəlxalq təşkilatlarla yanaşı,  Türk Dövlətləri Təşkilatı çərçivəsində də uğurla əməkdaşlıq etdiyini önə çəkərək vurğulayıb ki, 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən Macarıstanın paytaxtı Budapeştdə TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Dövlət başçısı İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinə  Macarıstanın dəstəyi bu ölkənin təşəbbüsü ilə mayın 21-də keçirilən tədbir oldu. Birinci Zirvə görüşü keçən il Şuşa şəhərində keçirilmişdir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu məqamı xüsusi qeyd etdi ki,  Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur və bu estafeti bizdən Macarıstan alıb, biz bunu alqışlayırıq. Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır.

Millət vəkili bildirib ki, ümumilikdə Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkənin strateji məqsədlərinə xidmət edəcək şəkildə uğurla inkişaf edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağ Ev İranda planlaşdırılan 800 edamın dayandırıldığını açıqlayıb  

23:37
15 Yanvar

Heydər Əliyev Sarayında Rəşid Behbudovun 110 illiyinə həsr olunan yaradıcılıq gecəsi keçirilib  

22:47
15 Yanvar

İsrail hava qüvvələri Livanın üç bölgəsində “Hizbullah”ın bazalarına zərbələr endirib  

21:49
15 Yanvar

Pentaqon Latın Amerikasının Rusiya və Çinlə əlaqələrini məhdudlaşdırmaq niyyətində olduğunu açıqlayıb  

21:27
15 Yanvar

“mygov” platforması adından yayılan saxta elanlarla bağlı XƏBƏRDARLIQ  

21:07
15 Yanvar

ABŞ İran rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib  

20:54
15 Yanvar

Avstraliyada 5 milyona yaxın hesab deaktiv edilib

19:51
15 Yanvar

Oğuzda palıd ağaclarını kəsməkdə şübhəli bilinən şəxs saxlanılıb  

19:41
15 Yanvar

Ukraynada komendant saatının ləğvi məsələsinə aydınlıq gətirilib  

19:03
15 Yanvar

Qış depressiyasını necə aradan qaldırmaq olar?  

18:36
15 Yanvar

NATO Almaniyada genişmiqyaslı hərbi təlimlərə başlayıb

18:24
15 Yanvar

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq məsələləri müzakirə edilib

18:17
15 Yanvar

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb

18:05
15 Yanvar

Zəngəzur dəhlizi Türk dünyasının iqtisadi potensialının reallaşdırılması üçün geniş imkanlar açır 

18:04
15 Yanvar

Kiyevdə Rusiyanın enerji obyektlərinə endirdiyi zərbələrin nəticələrinin aradan qaldırılması üzrə qərargah yaradılıb  

18:02
15 Yanvar

Pakistanın Baş naziri: “ASAN xidmət”in yaradılması Prezident İlham Əliyevin dəstəyi sayəsində mümkün olub  

18:01
15 Yanvar

Donald Trampın bəyanatının neftin qiymətinə təsiri  

18:00
15 Yanvar

Digi24: Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının təmini Qərb investisiyalarının Cənubi Qafqaza daxil olmasına şərait yarada bilər  

17:49
15 Yanvar

Ekspert: Orta Dəhlizin cəlbediciliyi üçün vahid rəqəmsal platforma vacibdir  

17:41
15 Yanvar

Azərbaycan və Pakistan parlamentarilərinin onlayn görüşü keçirilib

17:33
15 Yanvar

“Qarabağ” - “Ayntraxt” oyununun biletləri sabah satışa çıxarılacaq  

17:24
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!