16 May 2024 08:50
395
CƏMİYYƏT
A- A+
Vətənin harayına hay verən igid döyüşçü

Vətənin harayına hay verən igid döyüşçü

 

Ömrünün baharındaydı. Arzularla, ümidlərlə dolu gələcəyinin xəyalları ilə yaşayırdı. Fikrət Əli oğlu Hacıyev 1964-cü il mayın 19-da Goranboyun Qızılhacılı kəndində dünyaya göz açmışdı. 1978-ci ildə doğma kəndlərində səkkizinci sinfi bitirdikdən sonra Gəncə texniki-peşə məktəbində elektrik ixtisasına yiyələnmişdi.
Goranboy rayon Hərbi Komissarlığı tərəfindən 1982-ci ildə əsgəri xidmətə çağırıldı. O, hərbi xidmətini Ufa şəhərində keçirdi. İntizamlı əsgər oldu. Elə buna görə də komandanlıq tərəfindən dəfələrlə mükafatlandırıldı. Əsgərlik müddətində hərbi texnikanın sirlərini mükəmməl öyrənməyə səy göstərdi.
Hərbi xidməti başa vurub Vətəninə qayıtdı. Fikrət Hacıyev Bakı Kooperativ Texnikumuna daxil oldu. Təhsilini başa vurduqdan sonra doğma kəndi Qızılhacılıya döndü. İxtisası üzrə əmək fəaliyyətinə başladı.
Onun sadə, sakit həyat yolunun nizamını müharibə pozdu. 1990-cı illərin əvvəllərində Qarabağda, Şərqi Zəngəzurda işğalçı, təcavüzkar ermənilərin amansız hücumlarının qarşısını almaq, həmin ərazilərdə yaşayan soydaşlarımızın imdadına çatmaq üçün savaşa atılan mərd oğullardan biri də Fikrət Əli oğlu Hacıyev oldu. O, 1991-ci ildə könüllü olaraq cəbhəyə yollandı. Vətənin harayına hay verən Fikrət Hacıyev özü kimi qəhrəman Azərbaycan övladları ilə birlikdə ölüm-dirim savaşına qoşuldu. Fikrət Goranboy özünümüdafiə batalyonunun tərkibində  Şəfəq, Zeyvə, Qaraçinar və digər yaşayış məntəqələrinin müdafiəsində fəal iştirak etdi.  Onun son döyüşü 1992-ci il mayın 5-də oldu. Düşmən yenə qəfil hücuma keçmişdi. Ağır döyüş gedirdi. Fikrət Hacıyev bir neçə erməni quldurunu məhv etdi. Özü isə Vətən uğrunda qəhrəmancasına şəhid oldu. Qızılhacılı kənd qəbiristanlığında dəfn edildi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Fikrət Əli oğlu Hacıyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verildi. Goranboy rayonunda büstü qoyuldu. Ballıqaya kənd orta məktəbi qəhrəman döyüşçünün adını daşıyır.
Fikrət Hacıyev kimi qəhrəmanların adları doğma Azərbaycan xalqının qəlbində əbədiləşdi. 
Birinci Qarabağ müharibəsində sinələrini düşmən güllələrinə sipər edən, Vətən torpaqları uğrunda döyüşlərdə hünər göstərən, cəsurluq, igidlik nümayiş etdirən Azərbaycanın mərd, qorxmaz, vətənsevər övladlarının arzusu 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində böyük Zəfərimizlə reallaşdı. Otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalmış Qarabağ və Şərqi Zəngəzur ərazilərimizi qəhrəman Azərbaycan Ordusu azadlığına qovuşdurdu. O torpaqlar uğrunda canından keçmiş bütün şəhidlərin ruhu əbədi rahatlıq tapdı. 

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Masallıda kütləvi veloyürüş keçirilib

09:10
06 İyun

Təbiətin şıltaqlığı pambıqçıları qorxutmur

09:05
06 İyun

Dost gəlişi bayram olur

09:00
06 İyun

ADAU-da akademik Məmmədtağı Cəfərovun 90 illiyi qeyd edilib

08:55
06 İyun

Gəncədə "Heydər Əliyev məktəbi" layihəsinə start verilib

08:50
06 İyun

Zəmilərin sakitliyi pozuldu

08:45
06 İyun

Qərbi Azərbaycanın düşüncə və mədəniyyət tariximizdə yeri

08:40
06 İyun

Ermənistanın 7 iyun sınağı

08:35
06 İyun

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün mühümdür

08:30
06 İyun

Artıq müvəqqəti sığınacaqların deyil, firavan gələcəyin xronikası yazılır

08:25
06 İyun

Azərbaycanın enerji manifesti: suveren iradənin təntənəsi

08:20
06 İyun

Məşhur Çin şirkəti Azərbaycanla əlaqələr qurmaqda maraqlıdır

08:15
06 İyun

"Cənub qaz dəhlizi"nin ehtiyat mənbəyi

08:10
06 İyun

Parlamentin növbədənkənar sessiyası öz işinə başladı

08:05
06 İyun

Azərbaycanın enerji və inkişaf modeli

08:00
06 İyun

Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında

01:54
06 İyun

Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında

01:53
06 İyun

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib  

22:28
05 İyun

Putin Zelenski ilə mümkün görüş barədə danışıb  

22:01
05 İyun

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

21:54
05 İyun

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün mühümdür

21:38
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!