07 Avqust 2025 14:34
530
CƏMİYYƏT
A- A+
Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində zərər çəkmiş azərbaycanlı: Əsir götürüldükdən sonra güllələndim  

Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində zərər çəkmiş azərbaycanlı: Əsir götürüldükdən sonra güllələndim  

Avqustun 7-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Şərif Əliyev ifadəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı, noyabr ayında Xocavənd istiqamətində yaralanaraq əsir götürüldüyünü bildirib.

AZƏRTAC xəbər verir ki, o, əsirlikdə döyüldüyünü, yaraları sıxılmaqla və başqa üsullarla işgəncələrə məruz qaldığını deyib.

Zərərçəkmiş şəxs bildirib ki, əsir götürüldükdən sonra başqa yerə, - sonradan öyrəndiyinə görə İrəvan şəhərinə, - aparılıb. Qeyd edib ki, əsir düşməzdən əvvəl döş qəfəsindən və hər iki ayağından yaralanıbmış. Əsir götürüldükdən sonra erməni hərbçilər rus və erməni dillərində sözlər deyərək ondan təkrarlamasını istəyiblər. Həmin ifadələri təkrarlamadığına görə sağ ayağının pəncə nahiyəsindən güllələnib.

Ş.Əliyev təqsirləndirilən şəxs David Babayanın suallarına cavabında bildirib ki, əsir götürülməzdən əvvəl 4 nəfər hərbçi yoldaşı şəhid olub, özü və daha bir nəfər hərbçi yoldaşı yaralanıb. Ağır vəziyyətdə yaralı olan həmin azərbaycanlı hərbçi Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən “yoxlama vuruşu” ilə qətlə yetirilib. Ş.Əliyev isə əsir götürülüb.

O, təqsirləndirilən şəxs Davit İşxanyanın suallarına cavabında Azərbaycana qaytarıldıqdan sonra Gəncədə klinikada əməliyyat olunduğunu söyləyib.

2020-ci il dekabrın 15-də Azərbaycana qaytarılıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 441-VIIQD nömrəli Qanununun tətbiqi və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:04
18 İyul

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "İctimai iştirakçılıq haqqında" və "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:02
18 İyul

Şuşa şəhəri növbəti Vaqif Poeziya Günlərinə ev sahibliyi edir YENİLƏNİB

19:47
17 İyul

Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir

19:15
17 İyul

Ceyhun Bayramov: Azərbaycanla Ermənistan arasında sülh de-fakto mövcuddur

17:52
17 İyul

ƏƏSMN-in təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub

17:46
17 İyul

Dağ-mədən sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığı genişlənir

17:37
17 İyul

Fərəh Əliyeva: Güclü lider ictimai məsuliyyət hissi daşımalıdır

17:18
17 İyul

Sergey Lavrov: Rəşt-Astara dəmir yolu hissəsində praktik işlərin başlamasına şərait yaradılıb

17:00
17 İyul

Azərbaycanın və Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər YENİLƏNİB

15:37
17 İyul

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılıb

15:18
17 İyul

İstanbulda COP31 çərçivəsində D-8 ölkələri nazirlərinin görüşü keçirilir

14:31
17 İyul

ADSEA sədri Füzuli şəhərində vətəndaşlarla görüşüb

13:58
17 İyul

Nazirlər Kabinetində əhalinin siyahıyaalınması ilə bağlı məsələlər müzakirə olunub YENİLƏNİB

13:19
17 İyul

Mədəniyyət naziri Şuşa şəhərində vətəndaşların müraciətlərini dinləyib

12:55
17 İyul

Rəşad Nəbiyev: "Mygov" platforması üzərindən onlayn özünü siyahıyaalınma təklif olunur

12:53
17 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

12:33
17 İyul

Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

12:25
17 İyul

Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

12:24
17 İyul

Altı ayda ölkədə 13,3 milyon ton neft, 25,4 milyard kubmetr təbii qaz hasil edilib

12:23
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!