03 Iyul 2024 18:22
86
CƏMİYYƏT
A- A+

Vatikan rəsmisi Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qiymətləndirib

 

İyulun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskal Yakabone ilə görüşüb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, görüş zamanı qarşılıqlı əməkdaşlığın əhəmiyyətinə toxunan dövlət komitəsinin sədri Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Vatikana rəsmi səfərlərinin münasibətlərin inkişafına yeni töhfələr verdiyini vurğulayıb. Həmçinin ikitərəfli əlaqələrin dərinləşməsində Heydər Əliyev Fondunun xüsusi xidmətlərinin olduğunu qeyd edən Ramin Məmmədov Fondun nəinki Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda müxtəlif maddi-mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması kimi mühüm missiyanı uğurla yerinə yetirdiyini diqqətə çatdırıb.

Daha sonra dinlərarası dialoqun genişlənməsi istiqamətində aparılan məqsədyönlü dövlət siyasətinə diqqət çəkən DQİDK-nın sədri bunun tarixən ölkəmizdə mövcud multikultural və tolerant mühiti daha da möhkəmləndirdiyini deyib. O, dünyada dini ekstremizmin və münaqişələrin mövcud olduğu bir dövrdə Azərbaycanın tolerantlıq modelinin öz effektivliyini bir daha sübut etdiyini söyləyib.

Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskal Yakabone Azərbaycanın Müqəddəs Tax-Tacla yaxından əməkdaşlıq etməsinin təqdirəlayiq hal olduğunu bildirib. Ölkəmizin təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsinin önəmini vurğulayıb. Həmçinin Heydər Əliyev Fondunun bəşəri missiyasına toxunan qonaq Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qiymətləndirib.

Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun Vatikandakı müvafiq qurumlarla əlaqələrinin yaradılması, təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşdə, eyni zamanda, Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının ekspertləri və Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video