RF Federasiya Şurası Rusiya nümayəndə heyətinin ATƏT PA-da fəaliyyətini dayandırması qərarını yekdilliklə dəstəkləyib
Rusiyanın Federasiya Şurası öz plenar iclasında ATƏT-in Parlament Assambleyasında RF nümayəndə heyətinin fəaliyyətinin və bu quruma üzvlük haqqının ödənilməsinin dayandırılması ilə bağlı bəyanatının layihəsini yekdilliklə qəbul edib. AZƏRTAC bu barədə TASS agentliyinə istinadla xəbər verir.
“Etiraf etməliyik ki, indiki şəraitdə ATƏT PA-da konstruktiv dialoqun davam etdirilməsi imkanları tamamilə tükənib. Bununla əlaqədar Rusiya Federasiyası senatorları və Dövlət Dumasının deputatları Rusiya Federasiyası Federal Məclisinin nümayəndə heyətinin ATƏT PA-da iştirakının, habelə Rusiya Federasiyasının ATƏT PA-nın büdcəsinə üzvlük haqqının ödənilməsinin dayandırılmasını əsaslı və məntiqli hesab edirlər”, - deyə sənəddə bildirilir.
Sənəddə qeyd olunur ki, öz xalqının iradə və maraqlarını ifadə edən parlamentarilərə münasibətdə ATƏT PA-nın tədbirlərində iştiraka məhdudiyyətlərin tətbiqi qəbuledilməzdir.
“Rusiya Federasiyası senatorları və Dövlət Dumasının deputatları ATƏT PA-nın rəhbərliyi və bir sıra üzv dövlətlərin Avropa təhlükəsizliyinin aktual problemlərinin həllinə rusofob və ayrı-seçkilik yanaşmalarını nəzərdən keçirmələri şərti ilə ATƏT PA-da fəaliyyətə qayıtmağa hazır olduqlarını bəyan edirlər. Assambleyada sağlamdüşüncəli qüvvələrin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının məkanında siyasi və ideoloji böhranı qitədə sülh və sabitliyin maraqları naminə həll etmək üçün lazımi iradə nümayiş etdirəcəyinə ümidvarıq”, - deyə Rusiya parlamentariləri vurğulayıblar.
Bəyanatda qeyd olunur ki, ATƏT PA rəhbərliyinə və onun üzvlərinə bərabər parlamentlərarası dialoqa qayıtmaq üçün dəfələrlə edilən çağırışlar hələ də anlaşılmaz və adekvat cavabsız qalır.
“Rusiya nümayəndə heyətinin dəfələrlə müraciət və təkliflərinə baxmayaraq, ATƏT PA rəhbərliyinin prioritetləri göstərir ki, hazırda bu platforma konstruktiv fikir mübadiləsinə və birləşdirici gündəliyin formalaşdırılmasına şərait yaratmaq əvəzinə, Ukraynada baş verən hadisələrin səbəb-nəticə əlaqəsini qəsdən təhrif etmək də daxil olmaqla, anti-Rusiya kursunun məqsədyönlü şəkildə həyata keçirilməsi üçün siyasiləşdirilmiş alət kimi istifadə olunur. Qərəzli ayrı-seçkilik yanaşmaları, ikili standartlar və total rusofobiya, substantiv müzakirəyə, o cümlədən bərabər və bölünməz təhlükəsizliyin təmin edilməsinə dair aktual məsələlərə hazırlıqsız olmaq ATƏT PA-nın parlamentlərarası qarşılıqlı fəaliyyət mexanizmi qismində ifrat dərəcədə deqradasiyasına dəlalət edir”, - deyə senatorlar və deputatlar bildiriblər.
Parlamentarilər vurğulayırlar ki, Rusiyanın ATƏT PA-da nümayəndə heyəti uydurma bəhanələrlə dəfələrlə dialoqu davam etdirmək, habelə ATƏT PA-nın plenar iclaslarında və rəhbər orqanlarında tam və bərabərhüquqlu iştirak imkanından məhrum edilib. Xüsusilə, 2022-ci ildə Rusiya nümayəndə heyətinin üzvlərinə ATƏT PA-nın Birminhemdə keçiriləcək illik sessiyasında və Varşavada, 2023-cü ildə isə Vankuverdə keçiriləcək payız iclasında iştirak etmək üçün viza verilməyib. “Rusiya nümayəndə heyətinin bu tədbirlərə buraxılmaması ATƏT PA büdcəsinə ödənişlərin dayandırılması ilə bağlı yeganə mümkün qərarın qəbulunu əvvəlcədən şərtləndirib. Bu dayandırma onun üzvlərinin səsvermə hüququndan məhrum edilməsi üçün istifadə edilib, ölkəmizin nümayəndələrinin qərarların qəbulunda iştirakına maneçilik törədilib”, - deyə Bəyanatda bildirilir.
Senatorlar və deputatlar qeyd edirlər ki, Rumıniyanın ATƏT PA-nın 2024-cü ildə Buxarestdə keçiriləcək illik sessiyasında iştirak etmək üçün Rusiya nümayəndə heyətinin üzvlərinə viza verməkdən nümayişkaranə şəkildə imtina etməsi yaradılan çıxılmaz vəziyyətin kulminasiya nöqtəsi oldu. Bəyanatda deyilir: “İştirakın dayandırıldığı müddət ərzində Assambleyanın reqlamentinə dəyişikliklə bağlı Rusiya nümayəndə heyətinə zərər vurmaq məqsədi daşıyan istənilən hərəkət hüquqi baxımdan etibarsız sayılacaq”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib
03 Iyul
Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş...
03 Iyul
Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulmas...
03 Iyul
Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti işə başlayıb
03 Iyul
Türkiyə ilə Azərbaycan arasında din sahəsində qarşılıqlı fəaliyyət müzakirə olunub
03 Iyul
Vatikan rəsmisi Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qi...
03 Iyul
RF Federasiya Şurası Rusiya nümayəndə heyətinin ATƏT PA-da fəaliyyətini dayandırması qərarını yekdil...
03 Iyul
Ərdoğan-Putin görüşü davam edir: Qarşılıqlı BƏYANATLAR
03 Iyul
AVRO-2024: 1/4 final mərhələsinin ilk iki görüşünü ingilis hakimlər idarə edəcək
03 Iyul
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü ke...
03 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
![](/uploads/img/posts/2024/06/27/1719473706217621927_1200x630jpg-1719477132.jpg)
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/17193913105429036540_1200x630jpg-1719393315.jpg)
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/manwetttjpg-1719265024.jpg)
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/1647332818_ef00f73450eae074135fcd9c4cacf6d8 Копированиеjpg-1718925466.jpg)
Qurtuluş missiyası15 Iyun 2024
![](/uploads/img/posts/2024/06/15/saytjpg-1718404077.jpg)
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
![](/uploads/img/posts/2024/06/29/1583835201167192134jpg-1719605770.jpg)
Sülh uğrunda müharibə26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/1656311658_e346c3b9742c001ff2f42ef9aa7170cajpg-1719357575.jpg)
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/4jpg-1719265162.jpg)
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
![](/uploads/img/posts/2024/06/23/babaaajpg-1719094277.jpg)
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
![](/uploads/img/posts/2024/06/22/17190365625934912960_1200x630jpg-1719036839.jpg)
Adın nədir - Daşdəmir...21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/susajpg-1718926127.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!