24 Yanvar 2025 18:11
492
DÜNYA
A- A+
Hakan Fidan: Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır

Hakan Fidan: Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır


Avropa Birliyinə üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır. Türkiyə rəhbərliyinin bu məsələdə siyasi iradəsi dəyişməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə cümə günü, yanvarın 24-də Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas ilə birgə mətbuat konfransında bildirib.

Türkiyə diplomatiyasının rəhbəri vurğulayıb ki, qərəzli münasibətdən əl çəkmək bütün tərəflərin maraqlarına uyğundur.

“Ankara Brüsselin Türkiyə ilə yeni Dialoq Konsepsiyasını dərc etməsini gözləyir. Türkiyənin Aİ-yə daxil olmaqla bağlı müraciəti mövzusundan manipulyasiya və ayrı-ayrı Avropa ölkələrinin daxili siyasi gündəmini formalaşdırmaq üçün istifadə olunması qəbuledilməzdir. Belə addımlar geosiyasi itkilərlə doludur”, - deyən Fidan Ankara ilə Brüssel arasında iqtisadi sahədə də daxil olmaqla əlaqələrin daha da genişləndirilməsinin vacibliyinə diqqət çəkib.

Bununla bağlı Hakan Fidan Türkiyə-Avropa İttifaqı Gömrük razılaşmasının yenilənməsini, həmçinin Türkiyə vətəndaşları üçün viza maneələrinin aradan qaldırılmasını istəyib.

Fidan daha sonra bəyan edib ki, Ankara bölgədəki böhranların həlli istiqamətində Brüssellə əməkdaşlığa hazırdır.

Türkiyənin xarici işlər naziri Ukraynadakı vəziyyətə diqqət çəkərək müharibənin uzunmüddətli ədalətli razılaşma yolu ilə bitməli olduğunu vurğulayıb. “Ukraynada müharibəyə son qoymaq üçün danışıqlar prosesini bərpa etmək lazımdır” –deyə o qeyd edib.

Hakan Fidan, həmçinin anti-Suriya sanksiyalarının ləğvinin vacibliyini vurğulayıb ki, bu da qonşu ölkənin bərpasına müsbət təsir göstərəcək və qaçqınların vətənlərinə qayıtmasını sürətləndirəcək. “Bütün dünya ölkələri Suriyadakı yeni hakimiyyətlə əlaqə yaratmalıdır”, -deyə Fidan vurğulayıb.

Onun sözlərinə görə, Ankara Suriyada və terrorla mübarizə məsələsində yeni hökumətin addımlarını dəstəkləməyə hazırdır.

Kaya Kallas, öz növbəsində, Bolu vilayətindəki otellərdən birində baş verən yanğında həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

O, Türkiyəni “Aİ-nin əhəmiyyətli tərəfdaşı və NATO-nun mühüm üzvü” adlandırıb.

Suriyadakı vəziyyətə toxunan Kallas qeyd edib ki, Avropa İttifaqı bu ölkənin bərpasına töhfə verməyə hazırdır.

Aİ diplomatik xidmətinin rəhbəri qeyd edib ki, Brüssel Suriyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvinə hazırdır. O əlavə edib: “Suriya üçün ümidli gələcək Avropa Birliyinin maraqlarına uyğundur”.

Ukraynadakı müharibə ilə bağlı Kallas bildirib ki, beynəlxalq ictimaiyyət bu ölkədə uzunmüddətli sülhün tərəfdarıdır. Onun sözlərinə görə, hazırda Rusiyanın sülhə hazır olması üçün heç bir ilkin əlamət yoxdur.

Kallas qeyd edib ki, Avropa İttifaqı Kiyevə 134 milyard avro yardım ayırıb, eyni zamanda 75 min ukraynalı hərbçiyə təlim keçməyi öhdəsinə götürüb.

Aİ diplomatı Ukraynada tezliklə sülhün bərqərar olacağına ümid etdiyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!