25 Avqust 2024 10:15
416
İQTİSADİYYAT
A- A+

Utilizasiya zavodunun tikintisi ilə bağlı çexiyalı investorlar növbəti dəfə Lənkəranda olublar

 

Məişət tullantılarının idarə olunması məsələləri ilə bağlı ölkəmizdə səfərdə olan çexiyalı investorlar Jan Strunc, Soukup Dusan, Vaclav Vasicek və Marek Veleba Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Mikayıl Cəfərzadə ilə görüşüblər.
Görüşdə "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq yüksəkkeyfiyyətli ekoloji mühitin yaradılması üçün tullantıların səmərəli idarə olunmasının önəminə diqqət çəkilib.
Xarici investorlar sözügedən məsələ ilə bağlı ötən il iki dəfə şəhər icra hakimiyyəti başçısı ilə görüşdüklərini və daha sonra mərkəzi icra hakimiyyəti orqanları ilə müvafiq müzakirələr apardıqlarını bildiriblər. 
Təqdim olunan layihə təklifi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma parametrləri və layihənin icrası üçün tələb olunan digər müvafiq məlumatlar təqdim edilib.
Hazırda layihənin təsdiqi və icrası ilə bağlı son tamamlama işləri aparılır. 

Seyran CAVADOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video