Uşaqlarda depressiya
Statistikaya görə, məktəbəqədər yaşda olan hər 100 uşaqdan 5-də, yeniyetməlik dövründə hər 100 uşaqdan 8-də depressiya əlamətləri özünü göstərir.
Uşaqlıq depressiyasını təyin edə bilmək və qiymətləndirmək olduqca çətindir, çünki uşaqların bir çoxu duyğu və düşüncələrini ifadə etməkdə çətinlik çəkirlər. Özünü boşluqda hissetmə, tez-tez başağrısı, qarın ağrısı kimi fiziki şikayətlər, sevdiyi şeyləri etməmək müşahidə olunursa, mütləq mütəxəssisə müraciət etmək lazımdır.
AZƏRTAC xəbər verir ki, psixoloq Tahibə Quliyeva deyib: “Depressiya yeniyetməlik çağlarında daha çox müşahidə edilsə də, ona məktəb vaxtlarında da rast gəlinir. Onun əsas səbəblərindən biri ailə köklərində valideynlərin depressiya problemləri yaşamasıdır. Bundan başqa tərkedilmə, ana və atanı itirmə qorxusu, inkişaf və diqqət problemləri olan uşaqlarda da həmin hallar baş verir”.
Uşaqlıq depressiyaları uşağın şəxsiyyət və ictimai inkişafına birbaşa təsir edir. Ona görə də xəstəliyin diaqnoz və müalicəsi xüsusi əhəmiyyət daşıyır. “Valideyn həmin halları müşahidə edirsə, mütləq psixoloq, psixiatr və ya nevroloqa müraciət etməlidir. Problem aşağı səviyyədədirsə, onu psixoloqla həll etmək mümkündür. Yox, əgər daha ciddi formadadırsa, psixotrop dərmanların köməyi ilə həll edilir”, - deyə psixoloq bildirib.
Mütəxəssislər deyirlər ki, depressiyanı aradan qaldırmaq üçün sağlam qidalanmaq, nizamlı fiziki hərəkətləri yerinə yetirmək lazımdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla təhdidlə danışmaq olmaz
03 Fevral
İranın terroru cavabsız qalmayacaq
03 Fevral
"Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib
03 Fevral
Vətən könüllüsü
03 Fevral
Ədalət qlobal hüquq müstəvisində təmin olunmalıdır
03 Fevral
Ermənistanda hərbi cinayətlər artıb
03 Fevral
Dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin Şuşadan təcəssümü
03 Fevral
Yeni dövrün universitetinə çevrilmək əsas hədəfimizdir
03 Fevral
Nurlu şəxsiyyət
03 Fevral
İxracda qeyri-neft məhsullarının çəkisi yüksəlir
03 Fevral
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
“Mən son on ildə Prezident Əliyevdən çox şey öyrənmişəm…"01 Fevral 2023

İran terrora son qoymalıdır29 Yanvar 2023

Sadiq dost, əsl tərəfdaş27 Yanvar 2023

İlham Əliyevin sülh gündəliyi25 Yanvar 2023

Azərbaycanın nailiyyətləri daha böyük inkişafın başlanğıcıdır24 Yanvar 2023

Qisas qiyamətə qalmadı20 Yanvar 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!