27 Iyul 2024 00:49
223
İQTİSADİYYAT
A- A+

Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsinə dair Komissiyanın iclası keçirilib

 

Energetika Nazirliyində “Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, komissiyanın sədri energetika naziri Pərviz Şahbazov Sərəncamın icrası ilə bağlı gündəlikdə olan məsələləri diqqətə çatdırıb, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində komissiya qarşısında duran vəzifələri qeyd edib.

Gündəliyə müvafiq olaraq komissiyanın son iclasından bu günədək görülmüş işlərə dair katibliyin hesabatı dinlənilib. Daha sonra bərpaolunan enerji mənbələri üzrə hərracların keçirilməsinə dair mövcud vəziyyət, yaşıl enerji layihələrinin şəbəkəyə inteqrasiyası ilə bağlı görülmüş işlər haqqında məlumatlar təqdim edilib, Elektromobillik üzrə milli Fəaliyyət Planının əsas müddəaları müzakirə edilib. Həmçinin BP şirkəti tərəfindən həyata keçirilən “Şəfəq” GES layihəsi ilə bağlı görülən işlər və digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İclasda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mərkəzi Bank, Minatəmizləmə Agentliyi, “Azərenerji” ASC, “Azərişıq” ASC, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələri iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video