27 Iyul 2024 13:10
194
CƏMİYYƏT
A- A+

Dünya səyyahları Füzulidə minaların zərərsizləşdirilməsini izləyiblər

 

Dünyanın ən nəhəng dörd səyyah klublarından biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi 13 ölkədən olan səyyahlar Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Füzuli rayonuna gələn səyyahlar işğaldan azad edilən Horadiz kəndi ərazisində ANAMA tərəfindən aparılan minatəmizləmə işləri ilə tanış olublar. Onlara məlumat verilib ki, hazırda olduqları ərazi əsasən tank əleyhinə minaların üstünlük təşkil etdiyi bir sahədir və axtarış vaxtı ərazidə partlamamış silah-sursatlar da aşkarlanır. Həmçinin qeyd edilib ki, işğal zamanı ərazilər tank əleyhinə minalarla bərabər piyada əleyhinə minalarla və digər partlayıcı qurğularla həddən çox çirkləndirilib və aşkarlanan piyada əleyhinə minaların əsas tərkib hissəsi Ermənistan istehsalıdır.

Bildirilib ki, ərazidə təmizləmə işləri mexaniki, əl ilə və təlim keçmiş itlər vasitəsilə olmaqla üç üsulla aparılır. Daha sonra ərazidə aşkarlanan tank əleyhinə minaların partladılma yolu ilə zərərsizləşdirilməsi prosesi həyata keçirilib.

AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video