27 Iyul 2024 16:41
147
DÜNYA
A- A+

Viktor Orban: Avropa sülh siyasətini qəbul etməlidir

 

Baş nazir Viktor Orban rəsmi Brüsseli Macarıstanın missiyasını müharibə tərəfdarı adlandırdığına görə tənqid edib və sülh naminə addımlar atdığını bildirib. Bu barədə Macarıstanın Baş nazirinin mətbuat katibi Zoltan Kovaç “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Bildirilib ki, Macarıstanın Baş naziri qarşıdan gələn ABŞ seçkilərinə toxunaraq "Tramp qapıdadır" deyib.
"Avropa ABŞ-dəki prezident seçkilərindən əvvəl sülh siyasətini qəbul etməsə, Donald Trampın qələbəsindən sonra bunu biabırçı şəkildə və təkbaşına etməli olacaq. Aİ-nin təsis müqaviləsində açıq şəkildə “İttifaqın məqsədi sülhdür” yazılıb. Macarıstanın sülh missiyası başlayandan bəri dialoqlar da başlayıb. ABŞ və Rusiya xarici işlər nazirləri danışıb, İsveçrə və Rusiya xarici işlər nazirləri görüşüb. Ukrayna Prezidenti Volodimir Zelenski nəhayət, Donald Trampa zəng edib və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Pekinə səfər edib", - V.Orban əlavə edib.

"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video