04 Oktyabr 2024 08:35
1318
İQTİSADİYYAT
A- A+
Urbanizasiya və balanslı iqtisadi inkişaf 

Urbanizasiya və balanslı iqtisadi inkişaf 


Azərbaycanda bu yöndə təsirli tədbirlər görülür


Dünən işini yekunlaşdıran Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH) iqlimlə bağlı fəaliyyətin səfərbər edilməsi və sərhədlər arasında əməkdaşlığın təşviqi üçün mühüm platforma rolunu oynadı.  Eyni zamanda Azərbaycanın iqlim böhranının həllinə sadiqliyini göstərdi və qlobal dəyişikliklərə təkan verməkdə yerli təşəbbüslərin potensialını nümayiş etdirdi. 

Bakı İqlim Fəaliyyəti Həftəsi dayanıqlı inkişaf və iqlim fəaliyyəti öhdəliyinə sadiq olan təşkilatlarla yeni əməkdaşlıq əlaqələri, eləcə də investisiya və tərəfdaşlıqlar çərçivəsində Azərbaycanın keçid dövrünü dəstəkləməyə çalışdı. Builki tədbirin əsas mövzuları "Enerji keçidi", "Şəhərlər/Urbanizasiya olunmuş mühitlər", "Su təhlükəsizliyi", "Qida və kənd təsərrüfatı", "Kiçik və Orta biznes müəssisələri" və "Yaşıl bacarıqlar" idi. Bu yazıda "Şəhərlər/Urbanizasiya olunmuş mühitlər" mövzusuna toxunaraq həmin istiqamətdə görülən işlərdən və problemlərdən bəhs etməyə çalışacağıq.

Məlumdur ki, şəhərlərdə sənaye həcminin artması, mədəni və siyasi funksiyaların önə çıxması və əməyin bölgüsündə strukturun dəyişməsi urbanizasiyaya səbəb olur. Urbanizasiya kənd əhalisinin şəhərlərə köçməsi, kiçik şəhərlərin böyüyərək ətraf kəndləri öz yaşayış sahəsinə qatmasıdır. 

Azərbaycanda bunun baş verməməsi üçün şəhərsalma sahəsində indiyədək əldə edilmiş uğurlar dünyaya çatdırılır, eləcə də bu sahədə beynəlxalq əməkdaşlıq genişləndirilir. Bu vəzifələrin icrası ilk növbədə urbanizasiyanın qarşısının alınmasına xidmət edir. Ölkəmizin şəhərlərində sənayenin inkişafı məhsuldar qüvvələrin səmərəli yerləşməsinin, inkişafının, əhalinin həyat və mədəni, texniki səviyyəsinin yüksəldilməsinin çox mühüm şərtinə çevrilib. Bu səbəbdən şəhərlərdə sənayenin inkişafına dövlət tərəfindən həmişə böyük diqqət yetirilir.

İqtisadiyyatın bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifah halının normal təmini üçün əsas şərtdir. Bu da yenə urbanizasiyaya bağlı amil olaraq Azərbaycanda, eləcə də dünyada diqqət mərkəzində saxlanılan əsas məsələ kimi olaraq gündəlikdə dayanır. Əhalinin kənd və şəhərlər üzrə bölgüsü aparılarsa, şübhəsiz, bu gün Azərbaycanda kənddən şəhərə axının qarşısıalınmaz bir prosesə çevrildiyinin şahidi olarıq. Statistikaya müraciət edək. Ötən il ölkəmizin əhalisinin sayı 52 min 625 nəfər (0,5 faiz) artaraq bu il yanvarın əvvəlinə 10 milyon 180,7 min nəfər olub. Bunun 54,5 faizi şəhərdə, 45,5  faizi kənddə yaşayanlardır. Əslində isə, kənddə bundan az əhali yaşayır. Bunu təbii qarşılamaq da olar. Çünki şəhərdə olan şərait və imkan kənddə yoxdur. Gənclərin şəhərə iş dalınca gəlməsini də görməzliyə vurmaq olmaz. 

Urbanizasiya müəyyən mənada keyfiyyət göstəricisi olsa da,  normadan kənara çıxması müsbət hal sayılmır. Azərbaycanda hələ sovetlər dönəmində urbanizasiya  xeyli dərəcədə yüksək olmuşdur. Müstəqillikdən sonra isə həm iqtisadi, həm də sosial amillərin yaratdığı əngəllər, üstəlik, Birinci Qarabağ müharibəsinin fəsadları nəticəsində bu, ifrat dərəcəyə çatmışdır. Bakıda əhalinin sıxlığı əvvəlki onilliklərlə müqayisədə o həddə böyümüşdü ki, şəhər təsərrüfatında əməllicə problem yaranmışdır. Bu gün Bakının əhalisi  rəsmi olmayan məlumata görə,  aşağı-yuxarı 3 milyondur. Bu sıxlıq, təbii ki, ekoloji problemlərə - havanın çirklənməsi, su çatışmazlığı, tıxac və bu kimi hallara səbəb olur. Nəqliyyatın hərəkətində və sosial infrastrukturda və kommunal xidmətdə yaranan problemləri də bunun üstünə gəlsək, Bakının bugünkü mənzərəsini təsəvvür etmək çətin deyil.

Urbanizasiyanın yaratdığı bu fəsadlar həm də şəhərsalmada əngəl yaradır.  Məhz bu məsələ Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış günü müzakirə mövzusu oldu. "Şəhərlər/Urbanizasiya olunmuş mühitlər" panelində çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu barədə fikirlərini belə açıqladı: "Biz şəhərləri gələcəkdə də dayanıqlı şəhər kimi dizayn etməliyik: 70 faiz  emissiyalar şəhərlərdə yaranır. Biz şəhərləri elə qurmalıyıq ki, onlar daha səmərəli olsunlar. İqlim dəyişikliyinə dayanıqlı olan şəhərsalma Azərbaycanda əsas prioritet sahələrdən biridir. Bakının Baş Planı-2040-cı il Azərbaycan üçün bir nümunə kimi götürülə bilər. Dayanıqlı urbanizasiya ilə bağlı təkliflər artıq irəli sürülüb. Burada çoxlu multisektor yanaşmalar əks olunub. Burada müxtəlif sektorlar arasında əməkdaşlıq əsas götürülür. Dövlət komitəsi olaraq ətraf mühit və rəqəmsallaşma ilə bağlı yeni standartlar qəbul olunub. iPCC ilə birlikdə biz artıq "yaşıl bina" təşəbbüsünə başlamışıq. Bir sıra tikinti şirkətləri artıq bununla bağlı öhdəlik götürüb. Azad edilmiş ərazilərdə artıq sıfır tullantı ideyası tətbiq edilir. Şəhərin sağlamlığı təkcə onun infrastrukturundan asılı deyil, eyni zamanda onun iqtisadiyyatından, sakinlərin həyat səviyyəsindən asılıdır".


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb 

19:23
03 İyun

Nazir: “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır  

19:22
03 İyun

Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub

19:21
03 İyun

Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib

19:20
03 İyun

Energetika naziri Venesuela və İranın nazir müavinləri ilə enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib  

19:18
03 İyun

ISO-nun Turizm və əlaqədar xidmətlər üzrə Texniki Komitəsi indiyədək 61 beynəlxalq standart hazırlayıb  

19:18
03 İyun

Tarixi yaddaş və milli kimlik - panel müzakirə

19:16
03 İyun

“Reuters”: Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib

19:07
03 İyun

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans

19:06
03 İyun

Maldivlər 16 yaşından kiçik uşaqlarınn sosial şəbəkələrə girişini qadağan edir

18:54
03 İyun

Qarğıdalı sahələrinin sığortası davam edir

18:43
03 İyun

BMT xəbərdarlıq edir: Temperatur rekord həddə çata bilər

18:38
03 İyun

Alüminiumun qiyməti son 4 ilin ən yüksək həddinə çatıb

18:26
03 İyun

“Meta”nın süni intellekt botu “İnstagram” hesablarının oğurlanmasına səbəb olub

18:17
03 İyun

Yeni Almaniya vətəndaşlarının əksəriyyəti öz ilkin vətəndaşlığını saxlayır

18:11
03 İyun

“Azərlotereya” ASC 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb

17:57
03 İyun

“Bakı Enerji Həftəsi” mühüm beynəlxalq platformaya çevrilib

17:56
03 İyun

Sərsəng su anbarında təxminən 320 milyon kubmetr su toplanıb

17:41
03 İyun

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib  

17:22
03 İyun

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır  

17:21
03 İyun

Fransada 12 milyon şagirdin zorakılıqdan qorunmasına ehtiyac varmış  

17:18
03 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!