07 Sentyabr 2024 23:26
459
COP29
A- A+
UNFCCC-nin texniki missiyası COP29-a hazırlıq prosesini qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlıq prosesini qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) texniki missiyası bu il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 iqlim konfransına hazırlıq prosesinin gedişatını qiymətləndirmək məqsədilə sentyabrın 6-dan 9-dək ölkəmizdə səfərdədir.

AZƏRTAC xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin (ƏŞ) mətbuat ofisindən məlumat verilib.

Səfərin ilk günü missiyanın rəhbəri UNFCCC Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova ilə görüşüb. Görüşdə tərəflər mötəbər tədbirə hazırlıq çərçivəsində bir sıra intensiv əməliyyat proseslərinin statusu, tədbir məkanının müxtəlif məqsədlər üzrə ərazi bölgüsü və digər təşkilati məsələləri müzakirə ediblər. Eyni zamanda, BMT-nin Təhlükəsizlik departamentinin nümayəndəsi Kevin O’Hanlon COP29 ƏŞ-nin müvafiq nümayəndələri ilə görüşərək konfransın təhlükəsizlik məsələlərinin təmin edilməsi istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparıb. Daha sonra missiya üzvləri geniş tərkibdə tədbirin keçiriləcəyi məkana - Bakı Stadionuna baş çəkiblər. Burada onlar tamamlanmış və inşası davam edən tikinti və əməliyyat prosesləri ilə əyani tanış olublar.


Səfərinin ilk günündə nümayəndə heyəti, həmçinin COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən beynəlxalq iqlim konfransına hazırlıq prosesi və tədbir planlarına dair Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri üçün təşkil olunmuş brifinqə də qatılıblar.

Qeyd edək ki, üçgünlük səfər çərçivəsində hazırlıq prosesinin bütün istiqamətlərinin əhatə olunması üçün müvafiq missiya nümayəndələrinin tədbir məkanında COP29 Azərbaycan ƏŞ-nin aidiyyəti struktur rəhbərləri və müxtəlif dövlət qurumları ilə görüşləri davam etdiriləcək. Bununla yanaşı, konfransa qatılacaq çoxsaylı nümayəndələr üçün şəhərdə yaradılan qonaqlama, qidalanma və nəqliyyat imkanlarının dəyərləndirilməsi məqsədilə müxtəlif məkanlarının ziyarət edilməsi də planlaşdırılıb. Belə ki, texniki missiya nümayəndələrinin paytaxtdaki otel və rezidensiyalara baş çəkərək yaradılan şərait və imkanların müvafiq tələblərə cavab verməsinin müəyyənləşdirilməsi, qidalanma sahəsində mövcud imkanlar və keytrinq xidmətləri ilə də tanış olmaları planlaşdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

Smartfonların radiasiya təhlükəsindən necə qorunmaq olar

09:25
15 Yanvar

Alman partiyaları seçkilərə nə ilə gedir?

09:20
15 Yanvar

Sənət ocağının uğurlu layihələri davam edir 

09:15
15 Yanvar

Xalq rəssamının yaradıcılıq sehri

09:10
15 Yanvar

Orta dəhliz ortaq maraqlar marşrutudur

09:05
15 Yanvar

"Yaşıl sənaye"yə yaşıl işıq

09:00
15 Yanvar

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

08:55
15 Yanvar

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

08:50
15 Yanvar

Azərbaycanın yeganə istəyi, məramı sülhdür

08:45
15 Yanvar

Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil

08:40
15 Yanvar

Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir

08:35
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!