30 İyun 2026 18:51
134
İDMAN
A- A+
UNESCO-nun tərəfdaşlığı ilə “Təmiz idman uğrunda” forumu: Antidopinq sahəsində maarifləndirmə gücləndirilir  

UNESCO-nun tərəfdaşlığı ilə “Təmiz idman uğrunda” forumu: Antidopinq sahəsində maarifləndirmə gücləndirilir  


İyunun 30-da Bakıda Gənclər və İdman Nazirliyi, Milli Antidopinq Agentliyi (AMADA) və Azərbaycan İdman Akademiyasının (ASA) təşkilatçılığı, UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasının tərəfdaşlığı ilə “Təmiz idman uğrunda” forumu keçirilib.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, “İdmanda dürüstlük, ədalətli oyun və dopinqlə mübarizə” şüarı ilə keçirilən forumun açılış mərasimində UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu Sessiyasının (COP10) sədri, gənclər və idman naziri Fərid Qayıbov, UNESCO-nun sosial siyasət və inklüzivlik üzrə direktoru Qustavo Merino, İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyanın icraçı katibi, Türkiyənin gənclər və idman nazirinin müavini, COP10 Bürosunun məruzəçisi Safa Koçoğlu Gürsoy və ASA-nın rektoru Fuad Hacıyev çıxış ediblər.

Tədbirin əsas məqsədi təmiz idman prinsiplərinin təşviqi, ədalətli rəqabət mühitinin qorunması, idmançıların sağlamlığının və hüquqlarının müdafiəsi, eləcə də antidopinq sahəsində maarifləndirmənin gücləndirilməsidir. Bununla yanaşı, idman mühitində məsuliyyətli yanaşmanın formalaşdırılması və təmiz idman dəyərlərinin geniş şəkildə təbliği tədbirin əsas məqsədlərindəndir.

Forum işini “Qlobal antidopinq sisteminin iş prinsipləri: WADA, UNESCO Konvensiyası və beynəlxalq əməkdaşlıq mexanizmləri” adlı sessiya ilə davam etdirib. AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə, UNESCO-nun Sosial siyasət və inklüzivlik üzrə direktoru Qustavo Merino, Ümumdünya Antidopinq Agentliyinin (WADA) Hökumətlərlə əlaqələr üzrə direktoru Darren Mullali və Avropa Şurasının Antidopinq Bölməsinin rəhbəri Jami Braun təqdimatlarla çıxış ediblər.

Sonra Təhminə Tağı-zadənin moderatorluğu ilə “Beynəlxalq əməkdaşlıq vasitəsilə səmərəli milli antidopinq sistemlərinin qurulması” adlı mütəxəssislər panelinə start verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Slavyan Universitetində “Məzun günü” təntənəli şəkildə qeyd olunub

23:58
30 İyun

Dünya çempionatı: Norveç millisi tarixində ilk dəfə 1/8 finala yüksəlib  

23:01
30 İyun

Azərbaycan Belarus ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrini davam etdirmək əzmindədir  

22:39
30 İyun

Bakıda “Birinci Türkoloji Qurultay: Yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqres davam edib – YENİLƏNİB

19:39
30 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:02
30 İyun

Kanadanın Avropadakı hərbi mövcudluğu son 30 ilin ən yüksək səviyyəsinə çatıb

18:56
30 İyun

UNESCO-nun tərəfdaşlığı ilə “Təmiz idman uğrunda” forumu: Antidopinq sahəsində maarifləndirmə gücləndirilir  

18:51
30 İyun

Çin günəş enerjisi və akkumulyator texnologiyalarını qlobal miqyasda əlçatan edir

18:47
30 İyun

Avropa anomal istilər və dağıdıcı sellərlə mübarizə aparır

18:39
30 İyun

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib

18:26
30 İyun

Sinqapurda ev təsərrüfatlarının gəlirləri və təhsil səviyyəsi yüksəlib

18:21
30 İyun

Çində Texnoloji Sıçrayış: Saniyədə 51,3 Terabit Sürətlə Yeni Dünya Rekordu  

18:10
30 İyun

Şuşada TDT-nin dini qurum rəhbərlərinin görüşü çərçivəsində ikitərəfli görüşlər keçirilib

18:08
30 İyun

Ramil Həsən: AŞPA-nın Azərbaycana qarşı qətnaməsi qəbuledilməzdir

18:07
30 İyun

Bakı Hərbi Kollecinin və Hərbi Tibb Fakültəsinin buraxılış mərasimi olub 

18:05
30 İyun

Kənd təsərrüfatı nazirinin müavini Biləsuvarda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

18:04
30 İyun

Mərkəzi Bank tərəfindən ADU-da keçirilən “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı” yekunlaşıb  

18:02
30 İyun

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

18:01
30 İyun

“Gemini”nin yeni funksiyası istifadəyə verilib  

17:57
30 İyun

11 milyard illik sirrin həlli: "Xəyalət hissəciyi"nin mənbəyi tapıldı  

17:46
30 İyun

 ABŞ - 250: amerikalılar 4 iyulu necə qeyd edəcəklər

17:33
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!