12 Dekabr 2025 11:34
342
CƏMİYYƏT
A- A+
Ümummilli Liderin anım günündə Çində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib  

Ümummilli Liderin anım günündə Çində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib  


Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycanın Çindəki səfirliyində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin səfirlikdəki büstü önünə əklil qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.

Səfir Bünyad Hüseynov ömrünü qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin həyat yolundan, Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən danışıb. Heydər Əliyevin tarixə müdrik rəhbər, böyük strateq və qlobal düşüncəli siyasi Lider kimi düşdüyünü deyib. Heydər Əliyevin Azərbaycan xalqını və dövlətini tarixin ağır və sərt sınaqlarından çıxardığını, işıqlı gələcəyin etibarlı bünövrəsini yaratdığını vurğulayıb.

Səfir bildirib ki, Ulu Öndər Azərbaycan-Çin münasibətlərinin inkişafına xüsusi diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın Çində səfirliyi təsis edilib, onun 1994-cü ildə Çinə rəsmi səfəri isə iki ölkə əlaqələrində xüsusi əhəmiyyətə malikdir.

Qeyd olunub ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü praqmatik və uzaqgörən siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmaqla yanaşı, ölkəmiz regionun sürətlə inkişaf edən dövlətinə çevrilib. Azərbaycan ilə Çin arasında münasibətlər isə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Sonra səfirliyin əməkdaşları Ulu Öndərin öz fəaliyyətində daim humanizm prinsiplərini əsas tutmasına istinad edərək, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial reabilitasiya və adaptasiya xidmətləri göstərən, onların cəmiyyətə inteqrasiyasına dəstək verən Pekin Uşaq Rifah İnstitutunu ziyarət ediblər. Səfir Bünyad Hüseynov müəssisənin əməkdaşları ilə söhbətində bildirib ki, Azərbaycan xalqı mərhəməti və humanistliyi ilə tanınır. Ümummilli Lider Heydər Əliyev də fəaliyyətinin bütün dövrlərində mərhəməti, humanizmi və mənəvi dəyərləri hər şeydən uca tutub. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu da bu gün öz fəaliyyətini məhz Ümummilli Liderin sadiq olduğu humanizm prinsipləri əsasında qurub. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva genişmiqyaslı sosial və humanitar layihələr həyata keçirir və xeyriyyə tədbirləri təşkil edir. Bayram və əlamətdar günlərdə sağlamlıq imkanları məhdud olan uşaqlarla görüşür, onlar üçün maraqlı mədəni proqramlar təşkil edir. Heydər Əliyev Fondunun bu tədbirləri cəmiyyətdə humanizmin daha geniş vüsət almasına, insanlarda mərhəmət hissinin aşılanmasına xidmət edir.

Pekin Uşaq Rifah İnstitutunun rəhbəri səfirliyin xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib. “Mərhəmət dolu belə təşəbbüsə görə Azərbaycan xalqına və Azərbaycan səfirliyinə minnətdarıq. Mərhəmət sərhəd tanımır, dağları və çayları aşaraq buradakı uşaqlar üçün Azərbaycandan istilik gətirməyiniz insanda söz ilə ifadə olunmayan hisslər yaradır. Heydər Əliyev kimi dahi şəxsiyyətin adına göstərilən mehribanlıq müəssisəmizin sakinlərini sevindirir və onların özünəinam hissini artırır”, - deyə institutun rəhbəri qeyd edib.

Sonda müəssisədə müalicə alan uşaqların istifadəsi üçün zəruri olan gündəlik tələbat məhsulları təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib YENİLƏNƏCƏK  

11:18
02 Aprel

BMT: 200 mindən çox insan Livandan Suriyaya qaçıb

09:40
02 Aprel

ABŞ yenidən Aya yollanır

09:35
02 Aprel

Autizm xəstəlik deyil, fərqlilikdir

09:30
02 Aprel

Miniatür sənətimizin yorulmaz tədqiqatçısı

09:25
02 Aprel

Hələ sağlığında məktəb idi

09:20
02 Aprel

Həyatlarına cəllad qılıncı ilə son qoyulurdu

09:15
02 Aprel

Sınmayan ömrün acı hekayəsi

09:10
02 Aprel

Qusarda Bənövşə gölü su anbarı bərpa olunur

09:05
02 Aprel

Yaz yağışları taxıl əkinlərinin muradını verdi

09:00
02 Aprel

Qədimliklə müasirliyin qol-boyun olduğu Gəncə

08:55
02 Aprel

Ağdamda və Mingəçevirdə Soyqırımı Günü qeyd olunub

08:50
02 Aprel

Zəfərə gedən yolun başlanğıcı 

08:47
02 Aprel

Apreldən Noyabra 54 ay qalırdı

08:45
02 Aprel

Kəlbəcər bizimdir!

08:40
02 Aprel

Humanizm dəyərlərinə bağlılığın nümunəsi

08:35
02 Aprel

Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası

08:30
02 Aprel

Yaxın Şərq müharibəsinin uzaq bədbin proqnozları

08:25
02 Aprel

Azərbaycanın "yaşıl enerji" strategiyası - modernləşmə və davamlı inkişaf yolunda

08:20
02 Aprel

Yeni saziş Azərbaycan-Misir enerji əməkdaşlığını daha da genişləndirəcək

08:15
02 Aprel

Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələdə sürətlə inkişaf edir

08:10
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!