12 Dekabr 2025 11:11
434
SİYASƏT
A- A+
Ulu Öndərin arzuladığı Azərbaycan

Ulu Öndərin arzuladığı Azərbaycan

Dövlətin və xalqın milli inkişafında liderlər mühüm rol oynayır. Məhz liderlər strateji vizyonu müəyyən edir, cəmiyyəti ortaq məqsədlər ətrafında birləşdirir. 

Azərbaycan da müstəqilliyin ilk illərində çox böyük təhlükələrlə üz-üzə idi. Məhz belə bir şəraitdə Ulu Öndər Heydər Əliyev ümid və tərəqqi simvolu kimi Azərbaycan xalqını, dövləti xilas etdi. Müxtəlif ölkələrin ictimai-siyasi xadimləri də Heydər Əliyevi Azərbaycanın xilaskar lideri adlandırır, onun böhran dövründə öz ölkəsinə sabitlik gətirməsini “mümkünsüzü mümkün etmək bacarığı” kimi dəyərləndirirdilər. 

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu təmin olundu. Yeni tarixi şəraitdə bir daha Heydər Əliyevin müdrikliyi zamanı qabaqladı və Azərbaycanın istiqlal yolunda yeni səhifə açıldı. Beləliklə, Azərbaycan sabitlik, dayanıqlı inkişaf dövrünə qədəm qoydu. Həyata keçirilən islahatlar, atılan önəmli addımlar Azərbaycanın bugünkü inkişafı üçün real zəmin yaratdı. Yeni Konstitusiyanın qəbulu ilə siyasi varislik və milli-mənəvi dəyərlərə əsaslanan hüquqi-demokratik dövlət quruculuğu prosesi start götürdü. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində ölkəmizin səsi nüfuzlu beynəlxalq təşkilatların tribunasından eşidilməyə başladı. Nəticədə, 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” sayəsində yeni inkişaf dövrünün əsası qoyuldu. 

Dövlət quruculuğuna və idarəetməyə xüsusi yanaşan Ulu Öndərin hakimiyyəti dövründə dövlət idarəçiliyinin bütün sahələrində hərtərəfli islahatlara təkan verildi, struktur dəyişikliyi aparıldı, normativ-hüquqi baza formalaşdırıldı. Bu uğurlu strategiyanın nəticəsində bütün sahələr dövlətçilik ideyalarına sadiq, milli ənənələrə və beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirildi.

 Ümummilli Lider taleyini Azərbaycanın taleyindən ayırmırdı, ömrünün mənasını xalqa xidmətdə görürdü. Bu xilaskarlıq missiyasının kökündə müasir azərbaycançılıq ideologiyası dururdu. Dahi şəxsiyyət dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən – müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün əzmlə səy göstərib, bu istiqamətdə son dərəcə vacib və strateji qərarlar qəbul edib. 

Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbi yaratmışdır. Ulu Öndərin başlatdığı müqəddəs və şərəfli missiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin də bəyan etdiyi kimi: “Biz – Heydər Əliyevin davamçıları onun siyasi xəttinə sadiqik. Azərbaycan bu yolla gedir, Heydər Əliyevin siyasi vəsiyyətinə sadiqdir və ölkəmizin bugünkü reallıqları, bugünkü vəziyyəti bu yolun nə qədər düzgün olmasını əyani şəkildə sübut edir.” 

Təsadüfi deyil ki, Qarabağ məsələsi, ərazi bütövlüyü sona qədər xarici siyasətdə prioritet oldu, müzakirələrin mərkəzində dayandı. Bu illər ərzində qarşıya qoyulan bütün vəzifələri uğurla icra edə biləcək vətənpərvər nəsil yetişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz böyük qələbə nəticəsində işğaldan azad olunmuş bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Bu tarixi torpaqların əsl sahibləri öz doğma yurduna qayıdır. 

1993-cü ildə dünya xəritəsindən silinməkdən xilas olan Azərbaycan qalib ölkə kimi bu gün beynəlxalq münasibətlər sistemində öz mövqelərini daha da möhkəmləndirməkdədir. Bu il Azərbaycan Zəfərin 5 ilini qeyd etdi. Son 5 ildə ölkəmiz daha da inkişaf edib, Azərbaycan regionda sülhün təminatçısı kimi çıxış edir. Ərazi bütövlüyü və suverenliyini bərpa etmiş müstəqil Azərbaycan Ulu Öndərin arzuladığı Azərbaycandır. 

Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib YENİLƏNƏCƏK  

11:18
02 Aprel

BMT: 200 mindən çox insan Livandan Suriyaya qaçıb

09:40
02 Aprel

ABŞ yenidən Aya yollanır

09:35
02 Aprel

Autizm xəstəlik deyil, fərqlilikdir

09:30
02 Aprel

Miniatür sənətimizin yorulmaz tədqiqatçısı

09:25
02 Aprel

Hələ sağlığında məktəb idi

09:20
02 Aprel

Həyatlarına cəllad qılıncı ilə son qoyulurdu

09:15
02 Aprel

Sınmayan ömrün acı hekayəsi

09:10
02 Aprel

Qusarda Bənövşə gölü su anbarı bərpa olunur

09:05
02 Aprel

Yaz yağışları taxıl əkinlərinin muradını verdi

09:00
02 Aprel

Qədimliklə müasirliyin qol-boyun olduğu Gəncə

08:55
02 Aprel

Ağdamda və Mingəçevirdə Soyqırımı Günü qeyd olunub

08:50
02 Aprel

Zəfərə gedən yolun başlanğıcı 

08:47
02 Aprel

Apreldən Noyabra 54 ay qalırdı

08:45
02 Aprel

Kəlbəcər bizimdir!

08:40
02 Aprel

Humanizm dəyərlərinə bağlılığın nümunəsi

08:35
02 Aprel

Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası

08:30
02 Aprel

Yaxın Şərq müharibəsinin uzaq bədbin proqnozları

08:25
02 Aprel

Azərbaycanın "yaşıl enerji" strategiyası - modernləşmə və davamlı inkişaf yolunda

08:20
02 Aprel

Yeni saziş Azərbaycan-Misir enerji əməkdaşlığını daha da genişləndirəcək

08:15
02 Aprel

Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələdə sürətlə inkişaf edir

08:10
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!