08 İyul 2026 22:16
363
İQTİSADİYYAT
A- A+
Türkmənistan Xalq Məsləhətinin sədri Azərbaycan nümayəndə heyətini qəbul edib  

Türkmənistan Xalq Məsləhətinin sədri Azərbaycan nümayəndə heyətini qəbul edib  


İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Türkmənistana işgüzar səfər edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsi, biznes tərəfdaşlığının şaxələndirilməsi, birgə təşəbbüslərin təşviqi, eləcə də regional iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.

Görüşdə dövlət başçılarının siyasi iradəsi nəticəsində Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, ötən ay Türkmənistan Prezidentinin geniş nümayəndə heyəti ilə Azərbaycana dövlət səfəri və dövlət başçılarının iştirakı ilə iki ölkə arasında imzalanmış sənədlər əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verib.

Tərəflər iqtisadi əməkdaşlığın prioritet istiqamətləri, qarşılıqlı fəaliyyətin şaxələndirilməsi məqsədilə həyata keçirilən genişmiqyaslı layihələr və yeni tərəfdaşlıq imkanları barədə müzakirələr aparıblar.

Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Quvanç Aqacanovla görüşüb. Görüşdə hər iki ölkənin zəngin enerji potensialının və təbii resurslarının iqtisadi tərəfdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığı qeyd edilib. Beynəlxalq bazarlara enerji nəqli, bu sahədə hüquqi-müqavilə bazasının təkmilləşdirilməsi, eləcə də birgə enerji layihələrinin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

Bildirilib ki, Azərbaycanın və Türkmənistanın əlverişli coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı baxımından mühüm üstünlüklər yaradır. Qlobal gündəlikdə nəqliyyat və enerji təhlükəsizliyi məsələlərinin aktuallığı vurğulanaraq, hər iki ölkənin regional və qlobal enerji və nəqliyyat təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfələr qeyd olunub.

Görüşdə iqtisadi əməkdaşlıqla yanaşı, humanitar əlaqələrin inkişafının da əhəmiyyəti diqqətə çatdırılıb. Bu baxımdan ötən il Azərbaycanda keçirilmiş Türkmənistan Mədəniyyəti Günlərinin xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyi bildirilib.

Türkmənistana işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan ilə Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın Türkmənistan tərəfindən həmsədri Nökərqulı Ataqulıyevlə görüşüb. Görüşdə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılması, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, sənaye, nəqliyyat, infrastruktur və turizm sahələrində əməkdaşlığın inkişafı, qarşılıqlı maraq doğuran layihələrin irəlilədilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

İşgüzar səfər çərçivəsində Azərbaycan Respublikası ilə Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib. Komissiyanın Azərbaycan tərəfindən həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında vurğulayıb ki, dövlət başçılarının müəyyənləşdirdiyi strateji kurs ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə inkişafını şərtləndirir. Bildirilib ki, Birgə Hökumətlərarası Komissiya iqtisadi-ticarət, investisiya, sənaye, energetika, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın sistemli şəkildə genişləndirilməsi üçün mühüm platformadır. Azərbaycanın qarşılıqlı investisiyaların təşviqi, biznes dairələri arasında əlaqələrin intensivləşdirilməsi və birgə layihələrin reallaşdırılması istiqamətində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğu diqqətə çatdırılıb. İqtisadiyyat naziri Türkmənistan tərəfindən Füzuli şəhərində qardaşlıq töhfəsi olaraq inşa edilən məscid kompleksinə görə təşəkkürünü ifadə edib, bu layihənin Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu vurğulayıb.

Komissiyanın Türkmənistan tərəfindən həmsədri, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyev isə çıxışında iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslandığını vurğulayıb. Qeyd olunub ki, Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi, mövcud layihələrin icrasının sürətləndirilməsi və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Nökərqulı Ataqulıyev Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən "Dostlug" neftdaşıyan tankerinə görə təşəkkürünü ifadə edib, bu təşəbbüsün iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.

İclasda ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və ixrac marşrutlarının şaxələndirilməsi məqsədilə ikitərəfli Biznes Şurasının yaradılması təşəbbüsü vurğulanıb.

İclasın yekununda iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, su infrastrukturu və digər prioritet istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan protokol imzalanıb.

Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovla görüşüb. Görüşdə Azərbaycan ilə Türkmənistan arasında iqtisadi dialoqun və biznes tərəfdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub. Enerji sahəsində əməkdaşlığın inkişafı, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusunun Baş qərargah rəisi Belarusda səfərdədir

18:45
16 İyul

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BVF-nin nümayəndə heyəti ilə görüş

18:38
16 İyul

“John Deere” Azərbaycan bazarında fəaliyyətini genişləndirmək niyyətindədir

18:31
16 İyul

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıya qastrol səfəri edib

18:28
16 İyul

Bakıda qeydə alınan cinayətlərin 93 faizindən çoxu açılıb – Rəsmi statistika

18:08
16 İyul

Qızılın qiyməti 4000 dollardan aşağı enib

17:48
16 İyul

Milli Məclisin sədri Fələstin Dövlətinin Baş naziri ilə görüşüb

17:39
16 İyul

Haqlı mövqeyinə arxalanan dövlət açıq dialoqdan çəkinmir

16:17
16 İyul

Azərbaycan və Türkiyə aqrar sahədə yeni əməkdaşlığa başlayır

16:03
16 İyul

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası olub

15:41
16 İyul

“Eternity-2026” təliminin əsas planlaşdırma konfransı keçirilib

15:24
16 İyul

Beynəlxalq Valyuta Fondu ilə maliyyə sabitliyi siyasətinin əsas prioritetlərinə dair fikir mübadiləsi olub

15:05
16 İyul

Qusarın Sudur və Quxur kəndlərinin yolu əsaslı təmir olunub  

14:46
16 İyul

Türkiyə Müdafiə Nazirliyi Avropa Parlamentini qınayıb: Ankara Kiprdə sülhün və təhlükəsizliyin qarantıdır

14:37
16 İyul

“TV Berlin” kanalı: Azərbaycan Almaniya və Avropa üçün strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir

13:28
16 İyul

Sabah ölkə ərazisində hava necə olacaq?

13:11
16 İyul

Baş nazir Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb

12:37
16 İyul

Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib

12:21
16 İyul

Azərbaycan və Misir arasında gənclər və idman sahələrində əməkdaşlıq artan dinamika ilə inkişaf edir

12:19
16 İyul

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

12:09
16 İyul

Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

12:00
16 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!