13 Yanvar 2026 15:41
153
SİYASƏT
A- A+
Türkiyəli ekspert: Yaşıl enerji dəhlizləri Azərbaycanı və Türkiyəni Avropa ilə birləşdirən strateji güc xəttinə çevirir  

Türkiyəli ekspert: Yaşıl enerji dəhlizləri Azərbaycanı və Türkiyəni Avropa ilə birləşdirən strateji güc xəttinə çevirir  


Bərpaolunan enerji mənbələri və yaşıl enerji siyasətləri çərçivəsində Azərbaycan-Naxçıvan-Türkiyə-Avropa, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan yaşıl enerji dəhlizlərinin formalaşması Azərbaycanın və Türkiyənin enerji resurslarının regionda və Avropa bazarlarında satışa çıxarılması baxımından strateji əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz bildirib.

O qeyd edib ki, Türkiyənin enerji keçidi mərkəzi kimi mövqeyinin möhkəmlənməsi ölkəsinin, Azərbaycanın, eləcə də bütövlükdə Türk dünyasının geosiyasi, geostrateji və geoiqtisadi hədəf və potensialını daha yüksək səviyyəyə qaldırır. “Tarix boyu Anadolu və Qafqaz geosiyasi, strateji və geoiqtisadi baxımdan mühüm mövqedə yer tutub və bu üstün mövqe günümüzdə yeni layihələr fonunda daha da güclənməkdədir. Yeni dünya sisteminin formalaşdığı bir dövrdə Türk dünyasının, Qafqazın və Anadolunun strateji əhəmiyyəti daha aydın görünür. Azərbaycanın və Türkiyənin lokomotivliyi ilə Türk dünyasının üçüncü qütb kimi formalaşması region xalqları üçün qürurverici prosesdir. Ankaranın Avropanın enerji təhlükəsizliyi və iqlim gündəmində artan siyasi və strateji çəkisi yaşıl dönüşüm və yaşıl enerji layihələri ilə daha da möhkəmlənəcək. Yeni dünya sisteminin qurulduğu şəraitdə Türkiyə, Azərbaycan, eləcə də bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeraltı və yerüstü resurslara malik olması, həmçinin Şərqlə Qərb arasında enerji və ticarətin ən qısa marşrutları üzərində yerləşməsi səbəbindən “paylaşıla bilməyən” strateji məkana çevrilib. Bu reallıq Türk Dövlətləri Təşkilatının (TDT) Azərbaycan ilə Türkiyənin lokomotivliyi ilə üçqütblü dünya nizamında mühüm mərhələyə daxil olmaq imkanlarını artırır”, - deyə politoloq vurğulayıb.

İsmail Cingöz qeyd edib ki, yeni qlobal düzəndə Türkiyə yalnız lokal müstəvidə deyil, Qafqaz, o cümlədən Azərbaycan və Türk dünyası ilə birlikdə dəyərləndirməlidir: “TDT-yə üzv olan hər hansı bir türk dövlətinin geosiyasi, geoiqtisadi və geostrateji qiymətləndirilməsi ayrı-ayrılıqda deyil, bütövlükdə təşkilat çərçivəsində aparılmalıdır. Bu yanaşma qlobal miqyasda Türk dünyasının real potensialının daha dolğun şəkildə ortaya çıxmasına imkan verər. Lokal yanaşmalar Türk dünyasının yüksək potensialının lazımi səviyyədə qiymətləndirilməməsi riskini yarada bilər. Yeni dünya sistemində Türkiyə, Azərbaycan və TDT ətrafında artan rəqabət və qarşıdurmalar fonunda bu coğrafiyanın geosiyasi, geostrateji və geoiqtisadi üstünlüklərinin qarşıdurma alətinə çevrilməsinin qarşısını almaq üçün birgə və koordinasiyalı mövqe vacibdir”.

Politoloqun sözlərinə görə, Mərkəzi Asiya və TDT məkanında hər hansı qeyri-sabitlik qlobal enerji, ticarət və siyasi sistemlərdə ciddi geriləmələrə səbəb ola bilər. Buna görə də Türk dünyasının mövcudluğu və təhlükəsizliyi qlobal sabitliyin təminatçısı kimi dəyərləndirilməlidir. “Bərpaolunan enerji siyasətində fəal iştirak Türkiyənin regional enerji mərkəzi rolunu möhkəmləndirir və bu rolun bütün Türk dünyasına şamil edilməsi strateji baxımdan düzgün yanaşmadır”, - deyə o diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İrandan Gürcüstana külli miqdarda narkotik vasitə aparılmasının qarşısı alınıb  

17:26
13 Yanvar

Cənubi Koreyanın sabiq Prezidenti üçün edam cəzası tələb olunur  

17:23
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB    

17:22
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB  

17:18
13 Yanvar

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib  

17:09
13 Yanvar

Ağdərənin Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq YENİLƏNİB  

16:33
13 Yanvar

Dövlətin su təminatı məsələsinə həssas yanaşması təsadüfi deyil- ŞƏRH  

16:30
13 Yanvar

Ötən il 70 min hektara yaxın ərazi minalardan təmizlənib  

16:29
13 Yanvar

Cevdet Yılmaz: İqtisadi artım strukturu Türkiyəni dünyanın bir çox ölkəsindən müsbət mənada fərqləndirir  

16:28
13 Yanvar

Mütəxəssis: Bakıda və Azərbaycanın bölgələrində yağıntının miqdarının artacağı və küləyin güclənəcəyi gözlənilir  

16:28
13 Yanvar

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə təlim proqramı təşkil olunub  

16:07
13 Yanvar

Türkiyəli ekspert: Yaşıl enerji dəhlizləri Azərbaycanı və Türkiyəni Avropa ilə birləşdirən strateji güc xəttinə çevirir  

15:41
13 Yanvar

Azərbaycan Vyanada “Türk həftəsi”nin açılışında təmsil olunub  

15:32
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB  

15:28
13 Yanvar

Azərbaycanın «yaşıl» enerji gündəliyi qlobal səviyyədə təqdir olunur  

15:24
13 Yanvar

“ADEX 2026”: Müdafiə sənayesində yeni məhsul və texnologiyalar Bakıda sərgilənəcək  

15:13
13 Yanvar

“Əmək və Məşğulluq” altsistemində “İşədüzəlmədə vasitəçilik” modulu istifadəyə verilib

15:11
13 Yanvar

Türkiyənin nəqliyyat naziri: Zəngəzur dəhlizi 2030-cu ilədək istismara buraxıla bilər  

15:02
13 Yanvar

Ukrayna Prezidenti: Kiyev vilayətində yüz minlərlə ailənin elektrik enerjisi təchizatı kəsilib

14:51
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunda “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib YENİLƏNİB  

14:39
13 Yanvar

Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaları fevralın 24-dək qəbul edilə bilər  

14:19
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!