13 Yanvar 2026 15:32
362
SİYASƏT
A- A+
Azərbaycan Vyanada “Türk həftəsi”nin açılışında təmsil olunub  

Azərbaycan Vyanada “Türk həftəsi”nin açılışında təmsil olunub  


Yanvarın 12-15-də Vyana şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) və təşkilata üzv dövlətlərin BMT-nin Vyana Ofisindəki nümayəndəliklərinin birgə təşkilatçılığı ilə “Türk həftəsi” keçirilir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, “Türk həftəsi” BMT-nin Vyana Bölməsində “İpək yolu üzərində Türk dünyası” adlı sərginin təntənəli açılış mərasimi ilə başlayıb.

Azərbaycanın Vyanada yerləşən Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilmiş sərginin açılış mərasimində TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov, BMT-nin Vyana bölməsindəki bir sıra beynəlxalq təşkilatların rəhbər şəxsləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Açılış mərasimində hazırda TDT-yə sədrlik edən ölkəni - Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini Samir Şərifov Türk Dövlətləri Təşkilatında Azərbaycanın sədrliyinin prioritetləri haqqında məlumat verib, adıçəkilən təşkilatın yaradılması məqsədilə imzalanmış Naxçıvan sazişindən, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 12-ci Zirvə görüşündə imzalanmış Qəbələ Bəyannaməsindən, habelə Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə qəbul edilmiş bəyannamənin mahiyyətindən bəhs edib. O, türk dövlətlərinin əməkdaşlığının iqtisadi potensialına toxunaraq, Orta Dəhlizin Şərqlə Qərb arasında oynadığı rolu vurğulayıb. S.Şərifov, həmçinin türk dövlətləri arasında mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığın aktual məsələlərinə toxunaraq, ortaq türk mədəni irsinin və dilinin öyrənilməsinə həsr edilmiş ilk Türkoloji Qurultayın 100 il öncə Bakıda keçirildiyini və cari ildə 2-ci Türkologiya Konqresinin də Bakıda keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.

Sərginin açılışı zamanı TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNDOC), BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) rəhbər şəxsləri də çıxış ediblər.

Tədbirdə türk xalqlarının zəngin mədəni irsini və qədim tarixini özündə əks etdirən fotolar və eksponatlar nümayiş etdirilib.

Xarici işlər nazirinin müavini Samir Şərifov və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev səfər çərçivəsində, həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) baş direktoru Rafael Mariano Qrossi, BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin (UNOOSA) direktor müavini Driss El-Hadani və BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) baş direktorunun müavini Fatu Haydara ilə görüşüb, TDT ilə bu təşkilatlar arasında potensial əməkdaşlıq məsələləri müzakirə olunub.

Bundan əlavə, “Türk həftəsi” çərçivəsində ATƏT-in mənzil qərargahında “İpək Yolundan Orta Dəhlizə: Nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə əlaqəliliyin təşviqi” adlı dəyirmi masanın, türk dövlətlərinin mədəniyyət nümayəndələrinin iştirakı ilə qala konsertin və TDT-nin diaspor potensialının artırılması üzrə üçüncü təlim proqramının keçirilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarına neft nəqli üçün alternativ variantlar müzakirə olunur

16:08
03 Aprel

Ağ Ev 1,5 trilyon dollarlıq müdafiə büdcəsini təqdim edəcək

16:01
03 Aprel

Türkiyə jandarmeriyası C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın gedişatı barədə  

15:49
03 Aprel

DİN: Növbəti əməliyyat zamanı 43 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb   

15:48
03 Aprel

Gözlənilən yağışların şəhərətrafı subasmaya meyilli olan ərazilərə təsir göstərəcəyi ehtimal olunur – XƏBƏRDARLIQ

15:41
03 Aprel

Azərbaycan və Türkiyə süni intellekt sahəsində əməkdaşlığı nəzərdən keçirib

15:32
03 Aprel

Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər? – Ali Məhkəmə izah edib  

15:27
03 Aprel

Peskov Ukraynada döyüş əməliyyatlarının dayandırılması şərtini açıqlayıb  

15:21
03 Aprel

Bakı metrosunun pik vaxtlarında qatarlar arasında interval azaldılıb

15:13
03 Aprel

Rusiya banklarının işində genişmiqyaslı sistem nasazlığı  

15:09
03 Aprel

Fransaya məxsus təyyarədaşıyan gəmi Aralıq dənizinə yerləşdirilib

15:01
03 Aprel

“Freelander”in təqdimatı  

14:57
03 Aprel

“iPhone” smartfonlarının rəng strategiyası  

14:47
03 Aprel

Azərbaycan Beynəlxalq Bankı 8 nominasiyada mükafat qazandı

14:38
03 Aprel

Ev təsərrüfatları və biznes üçün kreditlər: mart ayındakı artım davam edir   

14:33
03 Aprel

ISO 20121 standartının milli səviyyədə adaptasiyası WUF13-ün ən mühüm irs komponentlərindən biridir  

14:16
03 Aprel

Türk şəhid övladları Diasporla İş üzrə Dövlət Komitəsində olublar  

13:53
03 Aprel

Sabah hava yağıntılı olacaq

13:41
03 Aprel

AFFA prezidenti: Legioner limitinin ləğvindən sonra rəqabət və oyun keyfiyyəti artıb  

13:35
03 Aprel

Qırğızıstan İrana 129 tonluq humanitar yardım göndərir

13:26
03 Aprel

Azərbaycan Ordusunda Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunub  

13:19
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!