13 Yanvar 2026 15:24
393
SİYASƏT
A- A+
Azərbaycanın «yaşıl» enerji gündəliyi qlobal səviyyədə təqdir olunur  

Azərbaycanın «yaşıl» enerji gündəliyi qlobal səviyyədə təqdir olunur  


Çağdaş dövrümüzün əsas qlobal çağırışlarından biri bərpaolunan enerjiyə keçiddir. Qürur hissi ilə qeyd etməliyik ki, respublikamızda bu çağırış zamanında dəyərləndirilir, bərpaolunan və “yaşıl enerji” istehsalı ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Bir neçə gün əvvəl “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı da göstərdi ki, Azərbaycanda bu sahədə işlər sürətlə və keyfiyyətlə aparılır. 

“Xızı-Abşeron” Külək Elektrik Stansiyası ölkəmizin enerji potensialını gücləndirəcək, bu sahədə qarşıya qoyulan məqsədlərin  təmin olunmasına böyük töhfələr verəcək. Ən əsası, 4 il ərzində ərsəyə gələn stansiyanın dayanıqlı şəkildə işləməsi ölkəmizin iqtisadi inkişafına mühüm təkan verəcək. “Xızı-Abşeron” stansiyası Azərbaycanın “yaşıl enerji” siyasətinə uyğun olaraq, enerji balansını daha da artırır. Külək enerjisi həm də ekoloji cəhətdən təmiz olduğundan atmosferə karbon emissiyalarını azaldacaq və ətraf mühitə mənfi təsiri minimuma endirəcək. Bu cür layihələr həm də xarici investorlarla əməkdaşlığı gücləndirir, yeni layihələrin reallaşmasına imkan yaradır.

Bu gün dünyadakı geosiyasi vəziyyət enerji təhlükəsizliyinin zəruriliyini, ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu təsdiqləyir. Azərbaycanda bu sahədə görülən işlər respublikamızın enerji siyasətinin əhəmiyyətini daha da artırır.

Azərbaycan qazının təchizat coğrafiyası genişlənməkdədir və əhatəsinə görə ölkəmiz bu gün dünya miqyasında qabaqcıl yerlərdən birini tutur. Yaxın vaxtlarda respublikamızdan təbii qaz idxal edən dövlətlərin sayı daha da artacaq.

Eyni zamanda ölkəmizdə 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənib.  “Yaşıl enerji” mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır.  Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonası elan edilib. 

Onu da qeyd edək ki, ötən illər ərzində ölkəmizdə enerji sistemi müasirləşdirilib. 2025-ci ildə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyasının, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında su elektrik stansiyalarının istismara verilməsi nəticəsində ölkəmizdə enerjisistemin qoyuluş gücü 15.6 faiz artıb. “8 Noyabr” Elektrik Stansiyası hesabına şərti yanacaq sərfiyyatının kəskin aşağı düşməsilə təbii qaza qənaət etmək imkanı yaranır. Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. 

Daha çox təbii qaza qənaət etmək imkanı verən “yaşıl  enerji” gündəliyi Azərbaycanı enerji təhlükəsizliyi baxımından daha cəlbedici edir. Təsadüfi deyil ki, Azərbaycanın “yaşıl  enerji” gündəliyi qlobal səviyyədə təqdir olunur. Günəş və külək enerji stansiyalarına aid sərmayədarlarla imzalanmış müqavilələr isə  2030-cu ilə qədər 6 qiqavat günəş və külək enerjisi təmin etməyə imkan verəcək. İşğaldan azad olunmuş ərazilərin potensialı hesabına növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalını 2 dəfə artırmaq mümkün olacaq. Beləliklə, Azərbaycanın atdığı addımların nə dərəcədə düzgün olduğu bir daha təsdiqini tapır.

Cənab Prezident bəyan edib ki, növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bu potensial, eyni zamanda investisiya və müsbət proqnozu olan reytinq səviyyəsində olması xarici invertorların Azərbaycana sərmayə yatırmaq marağını artırmaqdadır.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib 

17:36
03 Aprel

Zelenski və Roma Papası “Pasxa eskalasiyası” haqqında

17:31
03 Aprel

Küveytdə elektrik enerjisi stansiyasına hücum olub

17:19
03 Aprel

Azərbaycan və Dünya Bankı arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir  

17:09
03 Aprel

Azərbaycan və Efiopiya arasında investisiya əməkdaşlığı genişlənir  

16:58
03 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında  

16:52
03 Aprel

Makron Trampın İran müharibəsinə yanaşmasını tənqid etdi  

16:46
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar  

16:45
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

16:45
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb  

16:44
03 Aprel

Donald Tramp Kir Starmeri yenidən tənqid edib

16:43
03 Aprel

TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü yüksək qiymətləndirilib  

16:42
03 Aprel

Baş prokuror Tərtərdə vətəndaşların müraciətlərini dinləyib  

16:41
03 Aprel

MDB İqtisadi Şurasında bir neçə sənəd qəbul edilib

16:40
03 Aprel

Ədliyyə naziri Xaçmazda vətəndaşların müraciətlərini dinləyib

16:39
03 Aprel

Azərbaycan və Çinin banklar assosiasiyaları əməkdaşlıq memorandumu imzalayacaqlar  

16:38
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!