04 Sentyabr 2024 17:37
458
COP29
A- A+
Türkiyəli ekspert: Dövlətlər COP çərçivəsində götürdükləri öhdəlikləri yerinə yetirməlidir

Türkiyəli ekspert: Dövlətlər COP çərçivəsində götürdükləri öhdəlikləri yerinə yetirməlidir

 

Dövlətlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyaları (COP) çərçivəsində üzərinə götürdükləri öhdəlik və proqramların reallaşdırılması üzrə effektiv praktik addımlar nümayiş etdirməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) nəzdində İstixana Qazları Emissiyaları üzrə üçüncü İşçi komissiyasının sədr müavini, Ankaradakı Yaxın Şərq Texniki Universitetinin dosenti Şiir Kılkış Azərbaycanda COP29-dan gözləntiləri bölüşərkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, COP-un hər sessiyasında hökumətlər getdikcə daha iddialı hədəflər səsləndirir, lakin onların hamısı arzuolunan nəticədən uzaqdır. Belə ki, ətraf mühitin qorunmasında problemlər qalmaqdadır və səylərin təsiri də yetərli deyil.

Ekspert diqqəti 2024-cü ilin iyulunda atmosferdə karbon qazının miqdarının 425 ppm (milyonda bir hissə - havanın çirklənməsinin ölçülməsi üçün istifadə olunan ölçü vahidi - red.) həddini keçərək davamlı artmasına yönəldib. O xatırladıb: “Müqayisə üçün deməliyəm ki, keçən il yayın ortalarında atmosferdə CO2 səviyyəsi 420 ppm idi”.

Türkiyə universitetlərindən birinin dosenti vurğulayıb: “Atmosferdə istixana qazlarının miqdarının artması, digərlər fəsadlarla yanaşı, buzlaqların əriməsini stimullaşdırır və nəticədə bütün planetə təsir edir. İqlim dəyişikliyinin nəticələri artıq Yer kürəsinin bütün guşələrində hiss olunur. Ona görə də dövlətlərin iqlim sektorunda birgə addımlar atması vacibdir”.

BMT səviyyəsində 2030-cu ilə qədər dövr üçün açıqlanan iqlim hədəflərindən danışan Kılkış bərpaolunan enerji mənbələrinin gücünün üç dəfə artırılmasının vacibliyinə diqqət çəkib.

“IPCC-nin son dəhşətli proqnozları qlobal istiləşmənin 3,2 dərəcəyə çatmasını göstərir ki, bu da Paris Sazişinin öhdəliyindən iki dəfə çoxdur. Normadan artıq yağıntılar, quraqlıq və meşə yanğınlarında artım müşahidə olunur. Dünyamız həyat və davamlı inkişafa getdikcə daha az uyğunlaşır”, -deyə ekspert bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

Smartfonların radiasiya təhlükəsindən necə qorunmaq olar

09:25
15 Yanvar

Alman partiyaları seçkilərə nə ilə gedir?

09:20
15 Yanvar

Sənət ocağının uğurlu layihələri davam edir 

09:15
15 Yanvar

Xalq rəssamının yaradıcılıq sehri

09:10
15 Yanvar

Orta dəhliz ortaq maraqlar marşrutudur

09:05
15 Yanvar

"Yaşıl sənaye"yə yaşıl işıq

09:00
15 Yanvar

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

08:55
15 Yanvar

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

08:50
15 Yanvar

Azərbaycanın yeganə istəyi, məramı sülhdür

08:45
15 Yanvar

Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil

08:40
15 Yanvar

Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir

08:35
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!