01 Noyabr 2024 16:37
436
COP29
A- A+
Türkiyəli ekspert: COP29 iqlim böhranı ilə mübarizədə yeni mərhələ olacaq  

Türkiyəli ekspert: COP29 iqlim böhranı ilə mübarizədə yeni mərhələ olacaq  

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim böhranı ilə mübarizədə yeni mərhələ və dayanıqlı dünya quruculuğunda sanballı addım olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ankaradakı Böhran Vəziyyətləri və Siyasətlərinin Araşdırılması Mərkəzinin (ANKASAM) eksperti Ekin Güllüoğlu deyib. Onun sözlərinə görə, “Yaşıl dünya naminə həmrəylik” devizi altında təşkil edilən COP29-un tematik tədbirlərinin gündəliyini və proqramını nəzərə alaraq əminliklə deyə bilərik ki, iştirakçı ölkələr dünya ictimaiyyətinə Paris İqlim Sazişi öhdəliklərinin qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün atılan addımlar barədə məlumat vermək imkanı əldə edəcəklər.

“Bakıdakı müzakirə platforması həm də istixana qazlarının emissiyasının azaldılması və yaşıl texnologiyaların tətbiqi nəzərə alınmaqla ölkələrin inkişaf strategiyalarının müəyyən edilməsi baxımından yaxşı imkan yaradacaq və bizə ərzaq təhlükəsizliyinin təmin edilməsi yollarını müzakirə etməyə, iqlim maliyyəsi kontekstində ümumi dil tapmağa imkan verəcək”, -deyə ekspert bildirib.

Güllüoğlu diqqəti havanın çirklənməsinə ən az cavabdeh olan, lakin iqlim dəyişikliyindən ən çox əziyyət çəkən inkişaf etməmiş ölkələrin problemlərinə çəkib. “Alimlər hesab edirlər ki, qlobal istixana qazı emissiyalarının yalnız 4 faizi Afrikadan gəlir. Üstəlik, iqlim dəyişikliyinin mənfi nəticələrinə ən çox həssas olan da məhz bu qitədir. Ətraf mühitin çirklənməsinin cəmi 1 faizini təşkil edən, lakin su altında qalmaq təhlükəsi ilə üzləşən ada dövlətləri də oxşar problemlərlə qarşılaşır”, -deyə ANKASAM-ın analitiki bildirib.

Öz iqtisadi inkişafı naminə inkişaf etməkdə olan ölkələrin iqlim böhranının nəticələrinə məhəl qoymayan dövlətlərə yönəlmiş tənqidlərə haqq qazandıran ekspert bildirib ki, bütün bunlar dünyada “iqlim ədaləti” anlayışının olmaması fikrini yaradır.

Analitik Azərbaycanın ekoloji sahədə müəyyənləşdirdiyi hədəflərə də toxunub: “COP29-a ev sahibliyi edən ölkə 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağı planlaşdırdığını açıqlayıb. Eyni zamanda, Bakı respublikanın enerji ehtiyacının 30 faizini bərpaolunan mənbələr hesabına təmin etməyi planlaşdırır”.

Güllüoğlu sağlam mühitdə yaşamaq imkanının hər bir insanın təməl hüquqlarından biri olduğunu vurğulayıb.

“Əsasən mədən yanacaqlarının yanması nəticəsində atmosferdə istixana qazlarının konsentrasiyasının artması bir çox ölkələrdə artıq hiss olunmağa başlayan ciddi mənfi nəticələrə malikdir. Yaxın gələcəkdə zərərin sürəti və miqyası durmadan artacaq. Bizim ekoloji sahədə ölkələr arasında birgə addımlara və sıx əməkdaşlığa ehtiyacımız var. Bu isə o deməkdir ki, COP29 kimi tədbirlər xüsusilə vacibdir”, -deyə türkiyəli ekspert bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran səfiri İtaliya XİN-ə çağırılıb

22:23
02 Yanvar

Sahibə Qafarova Monteneqro Parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb

20:44
02 Yanvar

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

18:08
02 Yanvar

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

18:05
02 Yanvar

Ağdam sənaye parkında günlük 900-1100 cüt ayaqqabı istehsal olunur 

18:03
02 Yanvar

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Tarif Şurası əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi ilə bağlı qərar qəbul edib

13:01
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!