08 Dekabr 2025 12:35
178
SİYASƏT
A- A+
Türk politoloq: ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycan mərkəzli yeni bir regional sülh modelinin başlanğıcıdır  

Türk politoloq: ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycan mərkəzli yeni bir regional sülh modelinin başlanğıcıdır  

ATƏT-in Minsk qrupunun rəsmi şəkildə ləğv edilməsi təkcə funksiyasını itirmiş bir vasitəçilik mexanizminin bağlanması deyil. Bu qərar beynəlxalq ictimaiyyətə Cənubi Qafqazda otuz ilə yaxın davam edən dondurulmuş status-kvonun geri dönüşsüz şəkildə sona çatdığını bəyan edən tarixi bir mərhələdir. Bu gün həm beynəlxalq hüquq, həm regional reallıqlar, həm də strateji güc balansı eyni həqiqəti təsdiqləyir: Azərbaycanın ərazi bütövlüyünü sahədə bərpa edən iradə artıq diplomatik müstəvidə də qəti şəkildə tanınıb. Bu, sadəcə bir münaqişənin başa çatması deyil. Bu, Cənubi Qafqazda qərarvermə və həll mexanizmlərinin artıq xaricdən diktə olunan formatlarla deyil, bölgə ölkələrinin öz iradəsi və təhlükəsizlik arxitekturası ilə formalaşacağının açıq bəyanıdır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat sahədə real sabitlik yaratdığı kimi, Minsk qrupunun ləğvi də bu yeni sabitlik modelini beynəlxalq müstəvidə hüquqi və siyasi fakta çevirdi. Artıq Cənubi Qafqazın gələcəyini müəyyən edən bölgədənkənar aktorlar deyil, Bakının formalaşdırdığı yeni geosiyasi nizamdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında türkiyəli politoloq Nur Tuğba Aktay söyləyib.

O bildirib ki, Azərbaycanın son dövrdə əldə etdiyi nailiyyətlər yalnız hərbi üstünlüklə məhdudlaşmır. Suverenlik məkanının tam şəkildə bərpası artıq beynəlxalq hüquq müstəvisində mübahisəsiz qəbul olunub. Bununla yanaşı, Bakı regional nəqliyyat və enerji xətləri üzərində əsas oyunçuya çevrilərək həm iqtisadi inteqrasiyasını gücləndirən, həm də siyasi manevr imkanlarını artıran yeni strateji dərinlik qazanıb. Artıq bir çox elmi və analitik araşdırmalar Azərbaycanın Cənubi Qafqazda “regional norma müəyyən edən aktor” kimi yüksəlişini orta güc nəzəriyyəsi çərçivəsində qiymətləndirməyə başlayıb.

“Yeni dövrün ən kritik məsələsi, şübhəsiz ki, Zəngəzur dəhlizidir. Bu dəhliz yalnız texniki bir nəqliyyat xətti deyil, Türk dünyasının coğrafi əlaqəliliyini təmin edən, Mərkəzi Asiyadan Anadoluyadək uzanan yeni bir geostrateji dayağıdır. Bu xətt Bakı ilə Ankara arasındakı inteqrasiyanı daha da dərinləşdirir və uzun müddət nəzəri səviyyədə müzakirə olunan türk dövlətləri birliyinin konkret infrastrukturuna çevrilir. Dəhlizin açılması Cənubi Qafqazın ticarət, enerji və logistika şəbəkələrini Avrasiyanın əsas arteriyaları ilə birləşdirərək regionun geoiqtisadi mənzərəsini yenidən formalaşdıracaq. Zəngəzur boyunca həyata keçiriləcək müasirləşmə layihələri yaxın dövrdə tranzit ticarətini artıracaq, orta perspektivdə isə Türkiyə-Azərbaycan-Mərkəzi Asiya xəttini Avrasiyanın əsas marşrutlarından birinə çevirəcək.

Beynəlxalq aktorların bu prosesə münasibəti də artıq aydındır: böyük güclər daxil olmaqla bütün tərəflər Minsk Prosesinin sona çatdığını və yeni reallığı qəbul etməli olduqlarını görürlər. Bəzi aktorlar Bakının artan gücünü balanslaşdırmağa çalışarkən, digərləri regional əməkdaşlığın açdığı iqtisadi imkanlara yönəlirlər. Bu mürəkkəb mənzərəyə baxmayaraq, Azərbaycan çoxvektorlu diplomatiyası ilə Rusiya, Qərb və region dövlətləri arasında çevik, tarazlı və rasional xətt izləyərək öz strateji avtonomiyasını qorumağı bacarır.

Bu mərhələdə Ermənistanın seçimi həlledici olacaq. Minsk prosesinin bitməsi heç bir boşluq yaratmadı, əksinə İrəvan reallıqları düzgün dəyərləndirərsə həm normallaşma, həm də iqtisadi inkişaf üçün yeni bir imkan pəncərəsi açılıb. Lakin bu pəncərənin açıq qalması Ermənistanın təcrid və təxribat siyasətindən imtina etməsindən, regional sülh modelinin təqdim etdiyi imkanlara yönəlməsindən asılıdır. Əks halda bu, İrəvanın daha da kənarda qalmasına və Cənubi Qafqazda formalaşan güc nizamında passiv müşahidəçiyə çevrilməsinə gətirib çıxaracaq”, - N.T.Aktay vurğulayıb.

Türkiyəli politoloq bildirib ki, bu dövrdə Türkiyə-Azərbaycan əlaqələrinin qazandığı strateji dərinlik isə regionun gələcəyini formalaşdıran əsas sütundur. Ankara ilə Bakının həmrəyliyi təkcə iki dövlətin qardaşlıq münasibətlərindən deyil, həm də Türk dünyasının yüksələn geosiyasi vahidliyindən güc alır. Bu etimad və koordinasiya, Cənubi Qafqazda yaranan yeni nizamın ən möhkəm dayağıdır. Bütün bu inkişaflar fonunda, ATƏT-in Minsk qrupunun ləğv edilməsi bir sonluq deyil, Azərbaycan mərkəzli yeni bir regional sülh modelinin başlanğıcıdır. Bu model ideologiyaya deyil, faktlara, hüquqa, reallığa və ortaq maraqlara əsaslanır. Cənubi Qafqazın gələcəyi artıq masa arxasında qurulan sxemlərlə deyil, bölgə ölkələrinin iradəsi və Türk dünyasının yüksələn strateji şəbəkəsi ilə formalaşır. Azərbaycanın qətiyyətli mövqeyi və dəyişən geosiyasi reallığı düzgün oxuyan siyasəti sayəsində Cənubi Qafqaz ilk dəfə bu qədər konkret, bu qədər real və bu qədər öz daxili dinamikaları ilə formalaşan bir sülh perspektivinə yaxınlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İtaliya şirkəti ilə yaşıl keçid sahələrində reallaşdırılan layihələr üzrə birgə fəaliyyət müzakirə olunub  

16:21
10 Dekabr

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında gələn il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb  

16:20
10 Dekabr

Azərbaycanla Türkiyə Cənubi Qafqazda ədalətli və dayanıqlı sülh üçün çalışır  

16:15
10 Dekabr

Azərbaycan ilə Çin nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib  

16:13
10 Dekabr

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə dekabr ayının pensiyaları ödənilib  

15:41
10 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlığa əsaslanır  

15:32
10 Dekabr

Mərakeşin Fes şəhərində iki yaşayış binasının çökməsi nəticəsində 19 nəfər ölüb  

15:28
10 Dekabr

SOCAR “Saipem S.p.A.” şirkəti ilə potensial əməkdaşlıq imkanlarını müzakirə edib  

15:23
10 Dekabr

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq məsələləri müzakirə edilib  

15:21
10 Dekabr

Cari ildə 57 milyard manatlıq sənaye məhsulu istehsal edilib  

15:17
10 Dekabr

FHN-in birgə təşkilatçılığı ilə III Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilib  

15:15
10 Dekabr

Bu il ölkədə orta aylıq əməkhaqqı 1086 manat təşkil edib  

15:02
10 Dekabr

Azərbaycanda 11 ayın iqtisadi artımı açıqlanıb  

15:02
10 Dekabr

Dövlət Xidmətində Özbəkistan nümayəndə heyəti ilə müzakirələr aparılıb  

15:01
10 Dekabr

Panel sessiya: Mədəniyyət və Hüquq  

14:59
10 Dekabr

Türkiyə XİN nümayəndəsi: Ankara tərəfdaşlarına Cənubi Qafqaza obyektiv yanaşmanın əhəmiyyətini çatdırır  

14:56
10 Dekabr

Paşinyan: “Tramp marşrutu”nun tikintisinə 2026-cı ildə başlanılacaq  

14:55
10 Dekabr

Bakıda tıxacın həlli yolu nədir?  

14:54
10 Dekabr

Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş Azərbaycan vətəndaşları saxlanılıblar 

14:53
10 Dekabr

“Gürcüstan buğda mədəniyyəti: adət-ənənələr və rituallar” UNESCO-nun siyahısına daxil edilib  

14:52
10 Dekabr

Yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

14:42
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!