15 Fevral 2023 02:25
1072
Mədəniyyət
A- A+
Türk mədəniyyətinin Şuşa zirvəsi

Türk mədəniyyətinin Şuşa zirvəsi

 

Bütün türk dünyası Qarabağın incisi Şuşanı özünün qürur, fəxarət ünvanı sayır. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı qələbəni öz zəfərləri kimi dəyərləndirən qardaş xalqların nümayəndələrinin də xalqımızla bərabər milli qürur və birlik coşqusu yaşamaları hamımızın xatirindədir. 
Prezident İlham Əliyevin siyasi iradəsi və əzmi sayəsində ölkəmizin qazandığı bu parlaq qələbə türk xalqlarının da taleyində bilavasitə mühüm rol oynayıb, türk birliyinin, həmrəyliyinin daha da güclənməsinə mühüm töhfə verib. 
Azərbaycan Prezidentinin şəxsi səyləri nəticəsində bu gün türk birliyi ən yüksək əməkdaşlıq zirvəsinə qalxıb. Elə bu baxımdan türk dövlətləri  dünyada baş verən bütün qlobal siyasi proseslərə, təbii böhranlara qarşı güclü birliklə sinə gərirlər. 
Xüsusi vurğulayaq ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin başçılarının Türk Dünyasının Ali Ordeninin Azərbaycan Prezidenti İlham Əliyevə  verilməsi ilə bağlı qərarları da məhz bu ümumi mənafelərə xidmət edən reallıqlar nəzərə alınaraq qəbul edilib.

 

Mədəni birlik  

 

Türkdilli ölkələr siyasi, iqtisadi sahələrdə olduğu kimi, mədəni sahədə də güclərini birləşdiriblər. Qeyd edək ki, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun mədəni irsinin bərpa olunması istiqamətində türkdilli ölkələr daim Azərbaycana dəstəklərini göstərirlər. Bu qardaşlıq dəstəyinin daha bir nümunəsi isə Şuşa şəhərinin 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı seçilməsidir. 
Bu barədə qərar ötən il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunub. 
Təşkilatın yeni Baş katibi Sultanbay Raev jurnalistlərə ilk açıqlamasında əminliklə bildirib ki, 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı seçilən Şuşa şəhərinin bütün dünyada geniş tanıtdırılması və sevdirilməsi üçün strateji mədəniyyət layihələri həyata keçiriləcək.

 

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə töhfə

 

Baş nazir Əli Əsədov "Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Mədəniyyət Nazirliyi müəyyən edilib.
Tədbirlər planında "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023" ilinin rəsmi açılışının mart, "Xarıbülbül" VI Beynəlxalq Folklor Festivalının keçirilməsi isə may ayına planlaşdırılıb. Cari il ərzində "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı" ili ilə bağlı internet resurslarının və xatirə materiallarının hazırlanması: - "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023" ili ilə əlaqədar poçt markalarının və xatirə nişanının, Şuşa şəhərinin elektron xəritəsinin və mobil tətbiqinin hazırlanması, "Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa" portalının yaradılması da nəzərdə tutulub.
May-iyun ayları ərzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun təşkili və bu çərçivədə: - Beynəlxalq Türk Akademiyası ilə birgə türk dünyasında ortaq mədəni irsin, tarix-memarlıq abidələrinin qorunması, bərpası və tanıdılmasına həsr olunmuş tədbirin, TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu Toplantısının, Türk Dünyasının Mədəni Marşrutu layihəsinin təqdimatının, Türk dünyası mədəniyyət paytaxtlarının Şuşa şəbəkəsinin yaradılması və ilk görüşünün, TÜRKSOY Muzeylər Birliyinin toplantısının keçirilməsi nəzərdə tutulub.

 

"Qorqud Ata Türk Dünyası" 

 

İyunda Şuşa şəhərində beynəlxalq uşaq yaradıcılıq festivalının, sentyabrda türk dünyası diaspor gənclərinin görüşünün, oktyabrda TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbəti iclasının keçirilməsi və mədəni tədbirlərin təşkili: - "Four seasons of Shusha" layihəsi çərçivəsində ilin dörd fəslində xarici fotoqraflar tərəfindən Şuşada lentə alınmış fotolardan ibarət sərginin təşkili, türk dünyası musiqiçilərindən ibarət yığma orkestrin konserti, həmçinin "Qorqud Ata Türk Dünyası" Film Festivalının keçirilməsi nəzərdə tutulub. 
İyul-sentyabr ayları ərzində Şuşada türk dünyasının tanınmış şair və yazıçılarının iştirakı ilə ədəbi-bədii tədbirlər baş tutacaq. Məsələn, Vaqif Poeziya Günləri çərçivəsində TÜRKSOY-a üzv ölkələrin şairlərinin görüşü, Mir Möhsün Nəvvab Qarabağinin 190 illiyinə həsr olunmuş sərginin təşkili və "Mir Möhsün Nəvvab Qarabağinin silah kolleksiyası" adlı kitab-kataloqun təqdimatı, "Məclisi-üns" ədəbi məclisinin təşkili həyata keçiriləcək. 
Həmçinin il ərzində TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası ilə birgə layihələr keçiriləcək. 
Cari il ərzində Şuşada TÜRKSOY fotoqraflar və rəssamlar, "Wonderland Şuşa 2023" beynəlxalq skaut, "Şuşa yaradıcılıq emalatxanası" beynəlxalq gənclər düşərgələri təşkil olunacaq. 

 

"Xarıbülbül əfsanəsi"

 

TÜRKSOY Media Mükafatının (2022-ci ilin yekunlarına dair) təqdimatı, türk dünyası xalqlarının adət və ənənələrini özündə əks etdirən tədbirlərin təşkili: - Türk dünyası xalqlarına məxsus qədim idman növlərinin nümayiş etdirilməsi, türk dünyası xalqlarının kulinariya günlərinin keçirilməsi, türk dünyası dövlətlərinin aktiv və mədəni turizm sahəsində səyahətçi, bloqçu və digər şəxslərin Şuşaya səfərlərinin təşkili, "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı" ili çərçivəsində beynəlxalq konfrans, elmi seminar və digər tədbirlərin keçirilməsi, "Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış", "Əhməd bəy Ağaoğlu və Türk dünyası", "Şuşa Türk dünyası tarixində" mövzusunda beynəlxalq konfranslar, "Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa" mövzusunda elmi seminar, "Xarıbülbül əfsanəsi" sənədli filminin təqdimatı 2023-cü il ərzində həyata keçiriləcək.
Noyabr-dekabr aylarında isə "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023" ilinin rəsmi bağlanışı olacaq. 
Göründüyü kimi, artıq tarixi yurdumuz Şuşa əzəli şan-şöhrətini də bərpa edib. 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa bu il də türk dünyasının mədəniyyət paytaxtı kimi mədəni irsinin möhtəşəmliyini dünyaya sərgiləyəcək, türk dünyasını qürurlandıracaq. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!