31 Mart 2024 08:40
601
SİYASƏT
A- A+
Türk dünyasına qarşı törədilən soyqırımları və onların acı nəticələri

Türk dünyasına qarşı törədilən soyqırımları və onların acı nəticələri

 

XX əsrin əvvəllərindən etibarən çar Rusiyası və onun varisi olan bolşevik Rusiyasının işğalında olan türk bölgələrində həyata keçirilən müstəmləkəçilik siyasəti nəticəsində türk dövlətçilik sisteminə, etno-siyasi təsisatlarına, sosial-mədəni həyatına qarşı bir soyqırımı siyasəti həyata keçirilmişdir. Lakin XX əsrin əvvəllərində Rusiya imperiyasında baş verən siyasi, inqilabi dəyişikliklər imperiya tərkibində yaşayan türk xalqlarında da milli oyanışa səbəb olmuş və bu oyanış çar Rusiyasına qarşı milli azadlıq hərəkatına çevrilmişdir.
Çar Rusiyası və onun siyasi varisi olan bolşevik Rusiyası türk xalqlarının milli azadlıq hərəkatını yatırmaq üçün ənənəvi metodlarından məharətlə istifadə edərək özünün imperiya xislətini bütün gücü ilə ortaya qoymuşdur. Bir tərəfdən hərbi-siyasi gücündən istifadə edərək bu oyanış hərəkatını yatırmağa cidd-cəhdlə təşəbbüs etməklə bərabər, digər tərəfdən türk xalqlarına qarşı digər xalqlardan etnik münaqişə vasitəsi kimi istifadə etmişdir.
XIX əsrdən etibarən Cənubi Qafqaza - Azərbaycana, həmçinin Türküstan bölgəsinə köçürülərək yerləşdirilən və türk xalqlarına qarşı hərbi-siyasi alət kimi istifadə olunan ermənilər bu imkandan yararlanaraq mifoloji mahiyyət daşıyan və gerçək tarixdən tamamilə uzaq olan sərsəm "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək təşəbbüsünə cəhd etmişlər. Təsadüfi deyil ki, təkcə 1914-1921-ci illərdə Şimali və Cənubi Azərbaycanda, Anadolu bölgəsində, Türküstan ərazisində on minlərlə günahsız türk-müsəlman əhalisi qətlə yetirilmişdir.
1914-cü ildən başlayaraq Şərqi Anadoluda Osmanlı dövlətinə xəyanət edərək Rusiya və digər dövlətlərlə əməkdaşlıq edən ermənilər kütləvi şəkildə cinayətlər törətmişlər. Türk-müsəlman əhalisinə qarşı ermənilərin həyata keçirdiyi soyqırımlarını sübut edən çox sayda qiymətli sənədlər bu gün Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində (BOA) qorunub saxlanılır. Arxivdən əldə olunan sənədlərdəki faktiki materiallar sübut edir ki, təkcə 1918-1920-ci illərdə ermənilər Şərqi Anadoluda (Qars, İğdır, Bəyazit, Muş, Van, Ərzurum, Trabzon, Kağızman və s.) on minlərlə dinc, silahsız türk-müsəlman əhalisini, o cümlədən uşaqları, qadınları məhz türk olduqlarına görə amansızlıqla qətlə yetirmişlər.
Arxiv sənədlərinə istinadən qeyd etmək olar ki, 1914-1921-ci illərdə ermənilər Qars və Ərdahanda 30 min əliyalın əhalini məhv etmişlər. 1919-cu ilin əvvəllərində təkcə Qarsa məxsus kəndlərdə ermənilər tərəfindən 3945 nəfər, 1915-ci ildə Van və ətrafından 5200 nəfər türk acınacaqlı işgəncələrlə soyqırımına məruz qalmışdır. 1916-cı ildə isə Van və kəndlərindən 44233 nəfər türk ermənilər tərəfindən görünməmiş vəhşiliklə məhv edilmişdir.
1915-ci ildə Muşun kəndlərində 300, Muş və ətrafında 800 nəfər acınacaqlı şəkildə, Anak monastırı qarşısında 10, Akçan kəndində 19 nəfər canlı-canlı quyulara doldurularaq ermənilər tərəfindən məhv edilmişdir. Alman səfiri Volff Metternix qraf fon Şülenburq 1916-cı il 5 mart tarixində Almaniya Xarici İşlər Nazirliyinə Ərzincandan göndərdiyi teleqramdan "Bitlisin ruslar tərəfindən işğal edildiyi, erməni qüvvələrinin ətraf bölgədəki müsəlman xalqa qarşı böyük bir qətliam törədərək bölgəni qan gölünə çevirdikləri, məhv edilənlərin 2-3 min nəfərə qədər olduğu haqqında məlumat vermişdir.
Ermənilər havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə XX əsrdə Cənubi Qafqazda azərbaycanlılara qarşı da kütləvi qırğınlar və soyqırımları törətmiş, deportasiyalar həyata keçirmişlər. Həmin soyqırımlarının ilkin mərhələsi 1905-1906-cı illəri əhatə edir. Tarixə ilk olaraq "erməni-müsəlman qırğınları" kimi düşən bu qanlı faciələri hüquqi-siyasi baxımdan azərbaycanlılara qarşı soyqırımı adlandırmaq onun mahiyyətinə tam uyğun gəlir. Dövrün qaynaqları bu qətliamlar nəticəsində Cənubi Qafqazın 7 şəhərinin böyük dağıntılara məruz qaldığını, 12 qəzada 252 kəndin yandırıldığını və viran qoyulduğunu, 100 min ailənin qəzalardan, bir neçə min nəfərin şəhərlərdəki ev-eşiklərindən didərgin düşdüyünü, 10 min nəfərin məhv edildiyini göstərir.
Çar Rusiyası dövründə kütləvi qətliama məruz qalan türk xalqlarından biri də qırğızlar olmuşdur. 1916-cı ildə Çar Rusiyası tərəfindən məcburi surətdə hərbi səfərbərliyə alınan qırğız türklərinin etirazları zamanı baş verən qırğınlarda ruslar kütləvi şəkildə dinc əhalini qətlə yetirmişlər.  "Ürkün qətliamı" adı ilə tarixə düşən bu faciədə 100 min qırğız türkü çar Rusiyası tərəfindən soyqırımına məruz qalmışdır.
Fevral inqilabının (1917-ci il) öndərlərindən biri, Müvəqqəti hökumətin baş naziri olmuş Aleksandr Kerenski üsyanın yatırılmasını bu şəkildə təsvir etmişdir: "Cəza dəstələri hərbi bölüklərdən, piyadalardan, süvari və topçulardan ibarət idi. Kəndlərdə rus hərbçilərinin qarşısına çıxan bütün insanlar, yaş və cinsiyyətinə fərq qoyulmadan, qundaqdakı körpələr, qocalar, yaşlı qadınlar da daxil olmaqla qəddarcasına məhv edilmişdir".
Bu soyqırımı siyasətinin davamı olaraq 1918-1920-ci illərdə ermənilər on minlərlə Azərbaycan türkünü də qətlə yetirmişlər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakıda 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Onların çoxunun meyitləri tapılmamışdır.
Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı qəzası üzrə apardığı təhqiqatlarda 53 kənddə tərtib olunmuş yekun aktlarda öldürülənlərin sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilmişdir. Bu aktlarda olan rəqəmlərə əsasən, Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur.
Daşnak Amazaspsın quldur dəstələrinin vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox Azərbaycan türkü və tat əhalisi öldürülmüşdür. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, onlardan 35-i hazırda mövcud deyil.
Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində deyildiyi kimi, həmin dövr Lənkəran bölgəsində erməni və rus birləşmələri tərəfindən 2 min insanın həyatına son qoyulmuşdur. Zəngəzur qəzasında isə 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır.
1918-ci ildə İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan edilmişdir. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində tarixi Azərbaycan şəhəri İrəvanda və onun çevrəsində 88 kənd dağıldılmış, 1920 ev yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdir.
1917-1918-ci illərdə erməni daşnak hərbi birləşmələri silsilə cinayətlərini davam etdirərək aysorlarla birlikdə  Cənubi Azərbaycanda - Urmiya, Salmas, Xoy, Maku, Dilməqan şəhərlərində də kütləvi qırğınlar törətmişlər. 1918-ci ilin iyununda, Kazım Qarabəkir Paşa rəhbərliyindəki Osmanlı ordusunun Cənubi Azərbaycana daxil olmasından sonra bu qırğınların qarşısı alınmışdır. 1917-1918-ci illəri əhatə edən bu hadisələr zamanı erməni daşnakları tərəfindən 190 minə yaxın Cənubi Azərbaycan türkünün qətlə yetirildiyi təxmin olunur.
Bütün türk dünyasını öz çənginə alan yüz minlərlə günahsız türkün qətlinə səbəb olmuş bu qırğınlar Türküstan bölgəsində də öz acı izlərini buraxmışdır. Rəsmi arxiv sənədlərinin məlumatlarına görə, ermənilər tərəfindən 1918-1919-ci illərdə Fərqanə vadisində 180 yaşayış məntəqəsi əhalisi ilə birlikdə yandırılmışdır. Kokandda 3 günə 10000, Mərgilanda 7000, Əndicanda 6000, Namanqanda 2000, Kokand yaxınlığındakı Bazarkurqanda 4500, Oşda 2000, Çustda 1500 insan vəhşicəsinə qətlə yetirilmiş və cinayətin izini itirmək məqsədilə daşnaklar bütün meyitləri yandırmışlar. 3 ay ərzində Fərqanə vadisində erməni daşnakları tərəfindən 35000 nəfər qətlə yetirilmişdir. 10 il davam edən bolşevik terroru nəticəsində isə Türküstanda 1 milyon 700 min nəfər günahsız insan vəhşicəsinə məhv edilmişdir.
Bunlardan əlavə, 1927-1933-cü illərdə bolşevik hakimiyyəti tərəfindən mal-mülkləri əlindən alınaraq aclığa məhkum edilmiş qazax türklərinin kütləvi şəkildə məhvi prosesi baş vermişdir. Arxiv sənədlərinə görə, 1927-1933-cü illərdə acından və kütləvi repressiyalardan ölən qazax türklərinin sayı 2 milyon 300 min nəfərə çatmışdır. Bu dövrdə məhv edilən qazaxlar ümumi Qazaxıstan əhalisinin 54 faizinə bərabər idi. Qətliamlara qədər 4 miliyona yaxın olan Qazaxıstan əhalisinin 65 faizi qazax əhalisi olduğu halda, bu qətliamlardan sonra yerli kökənli əhalinin say nisbəti 38 faizə enmişdir. Ümumiyyətlə, statistik məlumatlara görə, 1905-1930-cu illərdə türk dünyasında ən azı 5 milyon nəfər günahsız türk-müsəlman əhalisi rus-bolşevik-daşnaklar tərəfindən bu və ya digər formada vəhşicəsinə qətlə yetirilmişdir. 
XX əsrin sonlarına doğru sovet imperiyasına qarşı baş qaldıran milli azadlıq hərəkatı zamanı türk respublikalarında həyata keçirilən repressiv tədbirlər, qətl hadisələri, xüsusilə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı məlum düşmənlərimizin və onların əlaltılarının türk dünyasına qarşı cinayətinin davamı idi. Bəli, ürək ağrısı ilə qeyd etmək lazımdır ki, ortaq dil, dünyagörüşü, mədəni və mənəvi dəyərlərlə bir-birinə bağlanan türk xalqlarını, təəssüflər olsun ki, eyni zamanda ortaq faciə - türk xalqlarına qarşı soyqırımı faciəsi də birləşdirir. 

Mübariz AĞALARLI,
tarix üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəfər Günü münasibətilə Xankəndidə bayram konserti və atəşfəşanlıq olub  

22:19
08 Noyabr

Füzulidə Zəfər Gününə həsr edilən atəşfəşanlıq olub 

22:18
08 Noyabr

Bakıda möhtəşəm Zəfər atəşfəşanlığı

22:16
08 Noyabr

Şuşada Zəfər Günü münasibətilə konsert keçirilib 

22:14
08 Noyabr

Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin ifasında nümunəvi çıxışlar olub  

22:13
08 Noyabr

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda təntənəli bayram konserti keçirilir  

22:03
08 Noyabr

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib  

22:01
08 Noyabr

Zəfər Günündə son qərinənin qəhrəmanları minnətdarlıqla anılıb YENİLƏNİB VİDEO  

22:00
08 Noyabr

COP29-un media tərəfdaşları açıqlanıb 

21:56
08 Noyabr

Vətəndaşlar Zəfər parkını ziyarət ediblər YENİLƏNİB 

21:53
08 Noyabr

Füzulidə Zəfər Günü münasibətilə konsert olub 

21:50
08 Noyabr

Füzulidə Zəfər Gününə həsr edilən rəsm sərgisi açılıb 

21:47
08 Noyabr

Şəki-Zaqatala bölgəsində Zəfər Günü silsilə tədbirlərlə qeyd olunub  

21:44
08 Noyabr

Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri: Qarabağ Azərbaycandır!  

19:14
08 Noyabr

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb YENİLƏNİB

19:13
08 Noyabr

Azərbaycan Könüllüləri Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak ediblər

18:59
08 Noyabr

Psixologiya Elmi-Tədqiqat İnstitutunda Zəfər Günü tədbiri

18:55
08 Noyabr

Bakıda Olimpiya mükafatçıları və dünya çempionlarının iştirakı ilə fləş-mob keçirilib

18:46
08 Noyabr

Hava Limanından paytaxtın 2 istiqamətində ödənişsiz ekspres xətlər fəaliyyət göstərəcək  

18:44
08 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

18:43
08 Noyabr

Dövlət Sərhəd Xidməti ağacəkmə aksiyası keçirib

18:26
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!