Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident, Türk dünyasının fəxri və qalib sərkərdəsi!
Sizi doğum gününüz münasibətilə Türk Dünyası Mediatorlar Birliyi adından səmimi-qəlbdən təbrik edirəm. Türkdilli dövlətlərin mediasiya birlikləri və mediatorları adından Sizə, ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram.
Azərbaycan Respublikasında bütün istiqamətlərdə həyata keçirdiyiniz islahatlar, o cümlədən mediasiya sahəsindəki yeniliklər yalnız ölkə daxilində deyil, dünya miqyasında və türkdilli dövlətlərdə də müsbət əks-səda doğurur və öyrənilir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasındakı tarixi imzanız təkcə Türk dünyasının deyil, bütün bəşəriyyətin tarixinə qızıl hərflərlə yazılmışdır.
Türk Dövlətləri Birliyi çərçivəsində gördüyünüz işlərin nəticəsində türkdilli dövlətlər arasında iqtisadi, hüquqi və digər sahələrdə əməkdaşlıq imkanları genişlənmişdir. Sizin siyasi iradəniz və davamlı siyasətiniz bu gün türkdilli dövlətlərin peşə birlikləri üçün böyük motivasiya mənbəyidir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla dostluq münasibətləriniz və Türk dünyası siyasətindəki vahid mövqeyiniz bizim peşə fəaliyyətimizin inkişafına mühüm töhfələr verir. Sizin siyasətinizdə Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyası bu gün də uca tutulur.
Məhz bu işlərin nəticəsidir ki, Türkiyə Respublikasının Prezidenti Türk Dünyası Mediatorlar Birliyinin təsis edilməsi və beynəlxalq səviyyədə fəaliyyət göstərməsi ilə bağlı Sərəncam imzalamışdır.
Möhtərəm cənab Prezident, bu nailiyyətlərin əldə olunmasında Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən hüquqi islahatların mühüm rolu vardır. Xüsusilə Sizin imzaladığınız “Mediasiya haqqında” Qanun bu işlərə əlavə dəyər qatmışdır. Bu Qanun əsasında fəaliyyət göstərən Azərbaycan Respublikasının Mediasiya Şurası Türk dünyasında və beynəlxalq arenada nümunəvi qurum kimi təqdim olunur. Azərbaycanın təcrübəsi artıq Özbəkistan və Qırğızıstan tərəfindən öyrənilərək bu ölkələrin qanunvericiliyində də tətbiq edilmişdir. Türkiyədə isə
45 minlik mediasiya icması Azərbaycan modelini diqqətlə izləyir və gələcəkdə bu təcrübənin Türkiyə qanunvericiliyinə gətirilməsi planlaşdırılır.
Sizin gördüyünüz işlər sayəsində Azərbaycan istinad edilən mərkəzə çevrilmişdir. Bütün tədbirlərimizdə Azərbaycan Türk dünyasının əsas dayaqlarından biri kimi qəbul olunur.
Möhtərəm cənab Prezident, Türk dünyasında belə bir atalar sözü vardır: “Əgər bir insan qızmar Günəş altında bir ağacın kölgəsində rahatlıq tapırsa, deməli yüz il, min il əvvəl bu ağacı kimsə əkmişdir”. Bu hikmətdən çıxış edərək xüsusi vurğulayıram ki, Sizin doğum gününüz bütün Türk dünyası üçün əlamətdardır. Sizin varlığınız və liderliyiniz bütün istiqamətlərdə yol açmış və bu yola işıq salmışdır. Biz hamımız bu işıqla irəliyə doğru addımlayırıq.
Biz Türk dünyasının dahi liderlərindən olan Ulu Öndər Heydər Əliyevin xatirəsini hər zaman uca tuturuq. Onun tarixi xidmətləri bizim üçün nümunədir. Türk Dünyası Mediatorlar Birliyi bütün tədbirlərində Heydər Əliyevin xatirəsini hörmətlə yad edir. Bu, bizim keçmişimizə və dahi şəxsiyyətlərimizə verdiyimiz dəyərin bariz nümunəsidir. Siz qədim türk ənənələrində olduğu kimi, ailəyə, ata vəsiyyətinə, dostluğa verdiyiniz dəyərlə nümunəvi lider, nümunəvi ata və ailə başçısısınız. Qarabağın işğaldan azad olunması ilə ata vəsiyyətini yerinə yetirməyiniz bizi hər zaman duyğulandırır.
Fürsətdən istifadə edərək, Sizi bir daha əmin etmək istəyirəm ki, biz hər zaman Sizin tutduğunuz yola və apardığınız siyasətə uyğun olaraq fəaliyyətimizi davam etdirəcəyik. Siz təkcə Azərbaycanda deyil, Türk dünyasında və beynəlxalq aləmdə yüzlərlə ilklərin müəllifisiniz.
Sizə möhkəm cansağlığı arzulayıram. Sizin liderliyinizlə irəliləmək hər zaman bizim üçün böyük şərəfdir.
Dərin hörmətlə,
Yakup Erikel
Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri