22 Dekabr 2025 18:49
325
SİYASƏT
A- A+
Komitə sədri: Amnistiya siyasəti xalqın inamını artırır, dövlətin gücünü nümayiş etdirir  

Komitə sədri: Amnistiya siyasəti xalqın inamını artırır, dövlətin gücünü nümayiş etdirir  


Yetmiş illik sovet hakimiyyəti illərində Azərbaycanda cəmi 12 dəfə amnistiya aktı qəbul edilmişdisə, müstəqilliyin 34-cü ilində verilən amnistiya qərarlarının sayı 16-ya çatıb. Göründüyü kimi, milli dövlətimiz daha humanist və ədalətlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc söyləyib.

O bildirib ki, əfv və amnistiya siyasəti yalnız düzgün hüquqi-mənəvi prinsiplərə söykənəndə uğur qazanır, dövlətin və millətin birgə ideallarına xidmət edir. Əks halda siyasi qəsdlərə və təhlükəli əməllərə humanizm nümayiş etdirmək ictimai ədalətə və təhlükəsizliyə zərbə vurur, dövlətin vətəndaşların hüquqlarını, azadlıqlarını və mülkiyyətini qanun vasitəsilə qoruma qabiliyyətini zəiflədir.

"Yalnız Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə dönüşündən sonra həyata keçirilən humanizm siyasəti milli həmrəyliyi təmin etdi, qanunçuluğu gücləndirdi və ölkədə hərbi-siyasi xaosa son qoydu. Diqqət yetirək ki, torpaqlarımızın Ermənistan tərəfindən işğala məruz qaldığı ötən əsrin 90-cı illərində üç dəfə dəyişən hakimiyyətlərin dövründə qəbul edilən amnistiya aktları nəinki dövlətçiliyin möhkəmlənməsinə xidmət etmədi, əksinə ölkədə silahlı birləşmələrə meydan açdı, cinayətkarlığın səviyyəsini artırdı və qanunsuz yolla hakimiyyət dəyişikliklərinə təkan verdi.

Ulu Öndərin yaratdığı 30 yaşlı "əfv institutu"nun sayca 71-ə çatan fərmanları ilə azadlığa qovuşan 10 min 162 vətəndaş təkrar cinayət törətməməklə dövlətimizin qərarının düzgünlüyünü təsdiqləyib, bağışlanma yolu ilə islah olunmağın mümkünlüyünü göstərib.

Prezident İlham Əliyevin 2025-ci ilin "Bütövlük və Suverenlik" amnistiyası isə mühüm hüquqi-siyasi akt olmaqla Qələbəmizi gücləndirməyə xidmət edir. Bir vaxtlar ərazilərimizin itirilməsinə görə çıxarılan cəza qərarları indi Qələbə amnistiyaları ilə əvəz olunub. Son 30 ildə baş verən ağır cinayətlərin sayı azalmaqla yanaşı, onların xarakteri, törədilmə üsulları və ağırlıq dərəcələri sabitlik və təhlükəsizliyin xeyrinə dəyişib. Məsələn, son 10 ildə qəsdən adam öldürmə hadisələrinin ümumi tendensiyası aşağı düşüb: əhalinin 100 min nəfərinə düşən ölüm faktları 2014-cü ildə 2,4 nəfər idisə, ötən ilin göstəricisi 1,6 nəfər təşkil edib”, - deyə Z.Oruc bildirib.

Komitə sədri qeyd edib ki, ölkəmiz əhalinin 100 min nəfərinə düşən məhkumların sayına görə, 269 nəfərlik göstərici ilə beynəlxalq indekslərdə sabit və təhlükəsiz ölkələr sırasında 56-cı yerdədir. Prezident İlham Əliyevin 2017-2019-cu il fərmanları isə cəza siyasətinin daha da humanistləşməsini, azadlıqdan məhrumetmə qərarlarının alternativ cəzalarla əvəz olunmasını nəzərdə tutur. Dekriminallaşma və Probasiya sisteminin yaradılması müsbət nəticələr verir. Buna görə də yeni həbsxanaların tikilməsi deyil, cinayətlərin səbəblərinin aradan qaldırılması prioritet olmalıdır. Hazırkı amnistiya aktı isə Penitensiar sistemdə məhkum sıxlığını azaltmağa xidmət edəcək.

“Eyni zamanda, müharibədə məğlub olan qüvvələrin beynəlxalq ədliyyə, məhkəmə və siyasi orqanlarda insan hüquqları mövzusunda Azərbaycana qarşı apardıqları kampaniyalara baxmayaraq, Prezidentin amnistiya təşəbbüsü həm vətəndaş cəmiyyəti, həm partiyalar, həm sosial media fəalları tərəfindən dəstəklənir", - deyə komitə sədri diqqətə çatdırıb.

Onun sözlərinə görə, İran, Rusiya və Qərbin təsir dairəsində olan 400 nəfərlik məhbus siyahısı ətrafında siyasi kampaniyalar aparanlar isə on minlərlə vətəndaşımızın azadlığa qovuşmasına qarşı gözdənsalma cəhdləri göstərirlər.

“Amnistiyaya əleyhinə çıxan, xaricdən hökmlər çıxarmağa cəhd edən və vətəndaşlarımızın dövlətimizdən deyil, xarici mərkəzlərdən ədalət gözləməsini təşviq edənlər anti-Azərbaycançı şəbəkələrdir. Məhkumlara siyasi mənsubiyyət fərqi qoymadan azadlıq verilməsi və dövlətin qərarını dəstəkləmək milli həmrəyliyin yeganə yoludur. Heç bir beynəlxalq təşkilat və ya məhkəmə qalib Azərbaycan liderinin ədaləti ilə müqayisə oluna bilməz”, - deyə Zahid Oruc qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropada ötən il futbolçu transferi ilə bağlı ən yüksək artım tempi Azərbaycanda qeydə alınıb  

13:27
30 Yanvar

Prezident İlham Əliyev Norveçin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

13:21
30 Yanvar

Prezident İlham Əliyev İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

13:18
30 Yanvar

Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub  

13:15
30 Yanvar

Prezident İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB 

13:13
30 Yanvar

ETX: Ötən il qanunla qadağan edilən informasiyanın yayılması ilə bağlı 429 internet resursuna giriş məhdudlaşdırılıb  

13:07
30 Yanvar

Qorunan əmanətlər üzrə faiz həddi 12 faiz səviyyəsində saxlanılıb  

13:01
30 Yanvar

Prezident İlham Əliyev Avstraliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

12:52
30 Yanvar

Prezident Ərdoğan: Türkiyə problemlərin həlli məkanına çevrilib  

12:51
30 Yanvar

Ötən il “Azərkosmos”un ixrac etdiyi xidmətin dəyəri 18 milyon dolları ötüb  

12:50
30 Yanvar

Ov mövsümünün müddəti martın 1-dək uzadılıb  

12:50
30 Yanvar

“Amazon” ChatGPT-yə 50 milyard dollar sərmayə yatırmaq niyyətindədir  

12:44
30 Yanvar

İnfeksionist: Qrip virusu tez-tez dəyişdiyi üçün hər il mövsümə uyğun yenilənmiş peyvəndlər hazırlanır  

12:42
30 Yanvar

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb  

12:41
30 Yanvar

“AzerGold”un ixrac gəlirləri 35 faiz artıb  

12:36
30 Yanvar

Ötən il DOST mərkəzlərində 900 minə yaxın vətəndaşa xidmət göstərilib 

12:27
30 Yanvar

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Körfəz ölkələrində rəsmi səfərdə olub  

12:25
30 Yanvar

“Reuters”: Tramp Britaniyanın Çin ilə yaxınlaşmasını “təhlükəli” adlandırıb  

12:17
30 Yanvar

Qızıl Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında birinci olub  

12:11
30 Yanvar

Azərbaycan klubları ötən il futbolçu satışlarından 9,5 milyon dollar qazanıb  

12:06
30 Yanvar

Fərid Məmmədov: 2030-cu ilədək 14 regional DOST mərkəzinin və 64 filialın istifadəyə verilməsi nəzərdə tutulub VİDEO  

12:01
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!