22 Dekabr 2025 18:43
292
CƏMİYYƏT
A- A+
“Rəqəmsallaşma, süni intellekt və media savadlılığı” mövzusunda konfrans keçirilib YENİLƏNİB  

“Rəqəmsallaşma, süni intellekt və media savadlılığı” mövzusunda konfrans keçirilib YENİLƏNİB  

Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “Media Savadlılığı” Həftəsinin yekunu olaraq dekabrın 22-də “Rəqəmsallaşma, süni intellekt və media savadlılığı” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, media savadlılığının gücləndirilməsi, rəqəmsal transformasiya şəraitində informasiyanın düzgün dəyərləndirilməsi və süni intellekt texnologiyalarının media mühitinə təsirinin müzakirəsi məqsədilə təşkil olunan konfrans “Rəqəmsal dünyada həqiqi dostların izində” mövzusunda səhnə təqdimatı və media savadlılığına dair qısa videoçarxın nümayişi ilə başlayıb.

Konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov rəqəmsallaşmanın sürətlənməsi və süni intellekt texnologiyalarının geniş yayılması fonunda media savadlılığının əhəmiyyətinin daha da artdığını vurğulayıb. O qeyd edib ki, müasir informasiya mühitində vətəndaşların, xüsusilə gənclərin məlumatı düzgün təhlil etmək bacarığının formalaşdırılması, etibarlı mənbələrə istinadın təşviqi və məsuliyyətli paylaşım mədəniyyətinin gücləndirilməsi prioritet istiqamətlərdəndir.

Sonra il ərzində media savadlılığının artırılması istiqamətində görülən işlərə dair qısa videoçarx nümayiş olunub və Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova tərəfindən “Media Savadlılığı” Həftəsi çərçivəsində həyata keçirilən fəaliyyətlərə dair təqdimat edilərək media savadlılığının təşviqi məqsədilə təşkil olunan maarifləndirici tədbirlər, infosessiyalar, rəqəmsal platformalar üçün hazırlanan məzmunlar və müxtəlif regionları əhatə edən layihələr barədə ətraflı məlumat verilib.

Konfrans müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:17
12 Yanvar

Azərbaycan zirvələrini fəth edən alpinist dünya rekordçusu olub  

17:49
12 Yanvar

Pakistanlı ekspert: Azərbaycan yaşıl enerjidə liderlik üçün bütün ilkin şərtlərə malikdir  

17:48
12 Yanvar

ANAMA yanında İctimai şura baş verən ardıcıl mina hadisələri ilə bağlı açıqlama yayıb  

17:36
12 Yanvar

IRENA Assambleyasının 17-ci sessiyasının vitse-prezidentliyinə Azərbaycanın namizədliyi təqdim olunub

17:18
12 Yanvar

Donald Tramp Kubanı hədələdi: " Gec olmamış razılaşma əldə edin!"

17:14
12 Yanvar

Doqquz rayonda suvarma və məişət suyu təminatını yaxşılaşdıracaq “Qarabağ” kanalı yenidən qurulur    

17:08
12 Yanvar

Rusiyanın Kiprdəki diplomatının cəsədi tapılıb  

17:03
12 Yanvar

Qar yağacaq, temperatur 5-10 dərəcə enəcək, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ  

16:57
12 Yanvar

Rəsədxana: Bu gün orta səviyyəli geomaqnit qasırğası ehtimal olunur  

16:51
12 Yanvar

Bakıda və Abşeron yarımadasında məhəllədaxili və binadaxili su şəbəkələrinin 80 faizdən çoxunun yenilənməsi nəzərdə tutulur  

16:41
12 Yanvar

Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub  

16:37
12 Yanvar

Bakıda və Abşeron rayonunda su təchizatında fasiləsizlik səviyyəsinin 95 faizə çatdırılması nəzərdə tutulur  

16:33
12 Yanvar

Azərbaycan və Sudan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmə aparılıb  

16:23
12 Yanvar

Futbol tarixinin ən bahalı transferləri: rekordlar, tendensiyalar və bazarda dəyişən balans  

16:12
12 Yanvar

Hindistanda azı 20 nəfəri öldürən filin axtarışları davam edir  

16:07
12 Yanvar

Bakının və Abşeronun su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiqlənib  

15:53
12 Yanvar

NATO-nun Avropadakı üzvləri Alyansın Arktikadakı mövcudluğunun gücləndirilməsini təklif edirlər  

15:42
12 Yanvar

Mil-Muğan zonasında 252 min hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq  

15:39
12 Yanvar

Azərbaycan Prezidenti: Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq  

15:31
12 Yanvar

Prezident: Elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə edib

15:28
12 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!