12 Yanvar 2026 16:12
146
İDMAN
A- A+
Futbol tarixinin ən bahalı transferləri: rekordlar, tendensiyalar və bazarda dəyişən balans  

Futbol tarixinin ən bahalı transferləri: rekordlar, tendensiyalar və bazarda dəyişən balans  


Futbolda transfer pəncərələri hər mövsüm azarkeşlərin maraqla izlədiyi əsas hadisələrdən biri olaraq qalır. İllər ərzində yüz milyonlarla avro dəyərində reallaşan transferlər futbol bazarının miqyasını və maliyyə gücünü açıq şəkildə nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, transfer bazarında əsl dönüş nöqtəsi 2017-ci ilin yayında PSJ klubunun iki sensasion keçidi ilə yaşandı. Fransa təmsilçisi əvvəlcə Neymarı “Barselona”dan, ardınca isə Kilian Mbappeni “Monako”dan transfer etdi. Neymarın 222 milyon avroluq keçidi bu gün də futbol tarixinin ən bahalı transferi olaraq qalır. Mbappenin ümumi dəyəri isə bonuslarla birlikdə 180 milyon avroya çatdı və bu məbləğlə yeniyetmə futbolçular arasında rekorda imza atdı.

Bu addımlar transfer bazarında qiymətlərin kəskin artmasına səbəb oldu. Neymarın boşluğunu doldurmağa çalışan “Barselona” ardıcıl olaraq Usman Dembele, Felippe Koutinyo və Antuan Qrizmann üçün doqquzrəqəmli məbləğlər ödəməli oldu. Madrid “Atletiko”su gənc portuqaliyalı Joau Feliksi 126 milyon avroya, “Real Madrid” isə Eden Hazardı 100 milyon avroya heyətinə qatdı.

Pandemiya dövründə transfer bazarında müəyyən durğunluq yaşansa da, xüsusilə İngiltərə Premyer Liqası klubları qısa müddətdə əvvəlki maliyyə gücünü bərpa etdilər. Son illərdə Deklan Rays, Enso Fernandes, Cek Qriliş, Ceydon Sanço, Darvin Nunyes, Antoni, Mixail Mudrik və Moyses Kaysedo kimi futbolçular rekord məbləğlərə transfer olundular.

Avropanın nəhəng klubları da bu prosesdə geri qalmadı. “Real Madrid” Cud Bellinqem və Orelyen Çuameni, “Bavariya” isə adətən ehtiyatlı transfer siyasətindən kənara çıxaraq Harri Keyni heyətinə qatdı. 2023-cü ildən etibarən Səudiyyə Ərəbistanı transfer bazarında yeni güc kimi çıxış etməyə başladı. Səudiyyə Ərəbistanı klubları Kriştianu Ronaldu, Kərim Benzema və Neymar kimi dünya ulduzlarını Avropadan kənara çıxarmaqla futbol bazarında balansı dəyişdilər. Neymarın “Əl-Hilal”a 90 milyon avroya transferi Avropa xaricində ən bahalı keçid kimi tarixə düşdü.

Fərdi kateqoriyalar üzrə də maraqlı rekordlar qeydə alınıb. Deklan Rays 2023-cü ildə “Vest Hem”dən “Arsenal”a 116 milyon avroya transfer olunaraq futbol tarixinin ən bahalı britaniyalı oyunçusu oldu. Müdafiəçilər arasında isə Harri Maquayr “Mançester Yunayted”ə keçidi ilə zirvədədir. Qapıçılar sırasında ən bahalı transfer Kepa Arrisabalaqanın payına düşür. “Çelsi” 2018-ci ildə ispaniyalı qolkiper üçün 80 milyon avro ödəyərək tarixə düşüb.

Mütəxəssislərin fikrincə, futbol bazarında maliyyə axını və yeni sərmayəçilərin gəlişi fonunda mövcud transfer rekordlarının yaxın illərdə yenilənməsi mümkündür. Hələlik isə Neymar futbol tarixinin ən bahalı transferi olaraq zirvədə qalmaqda davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:17
12 Yanvar

Azərbaycan zirvələrini fəth edən alpinist dünya rekordçusu olub  

17:49
12 Yanvar

Pakistanlı ekspert: Azərbaycan yaşıl enerjidə liderlik üçün bütün ilkin şərtlərə malikdir  

17:48
12 Yanvar

ANAMA yanında İctimai şura baş verən ardıcıl mina hadisələri ilə bağlı açıqlama yayıb  

17:36
12 Yanvar

IRENA Assambleyasının 17-ci sessiyasının vitse-prezidentliyinə Azərbaycanın namizədliyi təqdim olunub

17:18
12 Yanvar

Donald Tramp Kubanı hədələdi: " Gec olmamış razılaşma əldə edin!"

17:14
12 Yanvar

Doqquz rayonda suvarma və məişət suyu təminatını yaxşılaşdıracaq “Qarabağ” kanalı yenidən qurulur    

17:08
12 Yanvar

Rusiyanın Kiprdəki diplomatının cəsədi tapılıb  

17:03
12 Yanvar

Qar yağacaq, temperatur 5-10 dərəcə enəcək, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ  

16:57
12 Yanvar

Rəsədxana: Bu gün orta səviyyəli geomaqnit qasırğası ehtimal olunur  

16:51
12 Yanvar

Bakıda və Abşeron yarımadasında məhəllədaxili və binadaxili su şəbəkələrinin 80 faizdən çoxunun yenilənməsi nəzərdə tutulur  

16:41
12 Yanvar

Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub  

16:37
12 Yanvar

Bakıda və Abşeron rayonunda su təchizatında fasiləsizlik səviyyəsinin 95 faizə çatdırılması nəzərdə tutulur  

16:33
12 Yanvar

Azərbaycan və Sudan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmə aparılıb  

16:23
12 Yanvar

Futbol tarixinin ən bahalı transferləri: rekordlar, tendensiyalar və bazarda dəyişən balans  

16:12
12 Yanvar

Hindistanda azı 20 nəfəri öldürən filin axtarışları davam edir  

16:07
12 Yanvar

Bakının və Abşeronun su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiqlənib  

15:53
12 Yanvar

NATO-nun Avropadakı üzvləri Alyansın Arktikadakı mövcudluğunun gücləndirilməsini təklif edirlər  

15:42
12 Yanvar

Mil-Muğan zonasında 252 min hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq  

15:39
12 Yanvar

Azərbaycan Prezidenti: Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq  

15:31
12 Yanvar

Prezident: Elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə edib

15:28
12 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!