12 Yanvar 2026 14:29
173
CƏMİYYƏT
A- A+
Sabah günün ikinci yarısından başlayaraq bəzi yerlərdə hava yağıntılı olacaq  

Sabah günün ikinci yarısından başlayaraq bəzi yerlərdə hava yağıntılı olacaq  


Azərbaycanda yanvarın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yanvarın 13-dən 14-nə keçən gecəyə doğru ayrı-ayrı yerlərdə intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-7, gündüz 7-11 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 756 millimetr civə sütununa enəcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan zirvələrini fəth edən alpinist dünya rekordçusu olub  

17:49
12 Yanvar

Pakistanlı ekspert: Azərbaycan yaşıl enerjidə liderlik üçün bütün ilkin şərtlərə malikdir  

17:48
12 Yanvar

ANAMA yanında İctimai şura baş verən ardıcıl mina hadisələri ilə bağlı açıqlama yayıb  

17:36
12 Yanvar

IRENA Assambleyasının 17-ci sessiyasının vitse-prezidentliyinə Azərbaycanın namizədliyi təqdim olunub

17:18
12 Yanvar

Donald Tramp Kubanı hədələdi: " Gec olmamış razılaşma əldə edin!"

17:14
12 Yanvar

Doqquz rayonda suvarma və məişət suyu təminatını yaxşılaşdıracaq “Qarabağ” kanalı yenidən qurulur    

17:08
12 Yanvar

Rusiyanın Kiprdəki diplomatının cəsədi tapılıb  

17:03
12 Yanvar

Qar yağacaq, temperatur 5-10 dərəcə enəcək, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ  

16:57
12 Yanvar

Rəsədxana: Bu gün orta səviyyəli geomaqnit qasırğası ehtimal olunur  

16:51
12 Yanvar

Bakıda və Abşeron yarımadasında məhəllədaxili və binadaxili su şəbəkələrinin 80 faizdən çoxunun yenilənməsi nəzərdə tutulur  

16:41
12 Yanvar

Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub  

16:37
12 Yanvar

Bakıda və Abşeron rayonunda su təchizatında fasiləsizlik səviyyəsinin 95 faizə çatdırılması nəzərdə tutulur  

16:33
12 Yanvar

Azərbaycan və Sudan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmə aparılıb  

16:23
12 Yanvar

Futbol tarixinin ən bahalı transferləri: rekordlar, tendensiyalar və bazarda dəyişən balans  

16:12
12 Yanvar

Hindistanda azı 20 nəfəri öldürən filin axtarışları davam edir  

16:07
12 Yanvar

Bakının və Abşeronun su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiqlənib  

15:53
12 Yanvar

NATO-nun Avropadakı üzvləri Alyansın Arktikadakı mövcudluğunun gücləndirilməsini təklif edirlər  

15:42
12 Yanvar

Mil-Muğan zonasında 252 min hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq  

15:39
12 Yanvar

Azərbaycan Prezidenti: Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq  

15:31
12 Yanvar

Prezident: Elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə edib

15:28
12 Yanvar

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir

15:24
12 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!