01 Fevral 2025 08:05
441
SİYASƏT
A- A+
Türk dövlətləri arasında münasibətlər güclənir

Türk dövlətləri arasında münasibətlər güclənir


Ankara Bəyannaməsində çox vacib məsələlər əksini tapıb


"Türk dövlətləri arasında münasibətlər daha da güclənməkdədir. Türk Dövlətləri Təşkilatında (TDT) birləşən ölkələr həm də müxtəlif platformalar çərçivəsində əməkdaşlıq edirlər. Onlardan biri də Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşüdür". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. Bu formatda ilk görüşün 2022-ci il avqustun 2-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutduğunu xatırladan deputat bildirib ki, artıq bu müstəvidə ikinci görüş də reallaşıb. Bu il yanvarın 29-da Ankarada  Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü keçirilib. Görüşdə nazirlər gündəlikdə duran mövzular, o cümlədən xarici siyasət və regional əməkdaşlıq məsələləri, ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrini inkişaf etdirməklə nəqliyyat və kommunikasiya sektorunda əməkdaşlığın gücləndirilməsi mövzuları üzrə çıxış ediblər. Görüşün nəticəsi olaraq imzalanmış Ankara Bəyannaməsində vacib məqamlar əksini tapıb. "Bəyannamədə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi, habelə suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı birgə fəaliyyətə dəstək ifadə olunub. İqtisadiyyat, ticarət, investisiyalar, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə istiqamətləri üzrə mövcud potensialdan tam istifadə olunması, bu istiqamətdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, xüsusilə Orta dəhlizin səmərəliliyi və rəqabətə davamlılığının artırılmasının vacibliyi qeyd edilib. Növbəti üçtərəfli görüş isə Azərbaycanda keçiriləcək", - deyə S.Fətəliyeva əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycan bu il TDT-nin növbəti sammitinə evsahibliyi edəcək. 16 il əvvəl Naxçıvanda bu təşkilat yaranandan keçən dövr ərzində TDT səmərəli fəaliyyət göstərib. Bu müddət ərzində mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və bu ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Türk dünyasının 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini nəzərə alsaq, bu böyük ailənin inteqrasiyasının, birliyinin nə dərəcədə möhtəşəm nəticələr verə biləcəyini təsəvvür edə bilərik. Türk birliyi dünyada artıq qlobal güc rolunu oynamaqdadır. Bu fakt qloballaşan dünyada türk faktoru ilə hesablaşmağı beynəlxalq birlik üçün zərurətə çevirəcək. Artıq bu istiqamətdə liderlər siyasi iradə nümayiş etdirirlər. 

S.Fətəliyeva vurğulayıb ki, birgə həyata keçirilən planlar, layihələr türk dünyasının qarşıya qoyduğu hədəflərə tam nail olacağına deməyə əsas verir. Azərbaycan bu təşkilatın yaranmasında yaxından iştirak edib, hər zaman türk dünyasının sıx birləşməsinə çalışıb. Şübhəsiz ki, ölkəmiz TDT-nin 12-ci sammitinə də yüksək səviyyədə evsahibliyi edəcək.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2030-cu ilədək 4SIM Azərbaycanda 650 müəssisənin rəqəmsal transformasiyasını dəstəkləyəcək  

15:18
05 Mart

Filippin Hərbi Hava Qüvvələrinin iki pilotu təyyarə qəzasında həlak olub

15:16
05 Mart

Xocavənd rayonunda hərbi sursat partlayıb, xəsarət alan var

15:15
05 Mart

Media: Vaşinqton Londona kəşfiyyat məlumatlarını Kiyevlə ötürməyi qadağan edib

15:14
05 Mart

Müdafiə Nazirliyi: Mövqelərimiz atəşə tutulub

15:13
05 Mart

Fərid Qayıbov: Azərbaycanda idmana dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı var  

15:12
05 Mart

ÜST: Qəzzada 12-14 min insanın tibbi təxliyəyə ehtiyacı var

15:11
05 Mart

Politico: Brüssel Ukrayna sammitinin pozulacağından ehtiyatlanır

15:11
05 Mart

Azərbaycan-Türkiyə qardaşlığı: Tarixi dostluqdan strateji müttəfiqliyə gedən yol TƏHLİL 

15:09
05 Mart

Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları azalıb  

15:08
05 Mart

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

15:07
05 Mart

Sabahın hava proqnozu açıqlanıb

13:31
05 Mart

Dövlət Xidməti: Ötən ay dövlət qurumlarına 120 kiberhücum olub

13:30
05 Mart

Tramp Konqres qarşısında ən uzun çıxış rekordunu yeniləyib

13:30
05 Mart

Britaniya parlamentində Azərbaycana həsr olunmuş tədbir təşkil edilib

13:29
05 Mart

Tramp Konqresdəki çıxışında Zelenskidən məktub aldığını təsdiqləyib

13:28
05 Mart

Hazırda 75 min ailə ünvanlı yardımla təmin olunur

13:27
05 Mart

Bakı-Qroznı reysinin həlak olmuş ekipaj heyətinə Mülki Aviasiya Muzeyində şəxsi fond yaradılıb  

13:26
05 Mart

İstifadəyə yararsız döyüş sursatları Goran Təlim Mərkəzində məhv ediləcək  

13:25
05 Mart

Azərbaycan diaspor təşkilatları kanadalı parlamentarilərə Xocalı soyqırımı ilə bağlı məktub ünvanlayıblar  

13:24
05 Mart

Bakıda keçirilən əmək yarmarkasında işsiz və işaxtaran şəxslərə 450 vakansiya təqdim edilib

13:22
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!