07 Noyabr 2025 15:16
696
CƏMİYYƏT
A- A+
Türk Akademiyası Azərbaycanın Vətən müharibəsi haqqında qazax dilində kitab nəşr etdirib  

Türk Akademiyası Azərbaycanın Vətən müharibəsi haqqında qazax dilində kitab nəşr etdirib  


Azərbaycanda Zəfər Günü münasibətilə Türk Akademiyası qazax dilində “Azərbaycanın Vətən müharibəsinin tarixi. Şəxsiyyət amili (27 sentyabr - 10 noyabr 2020)” adlı kitab nəşr etdirib.

AZƏRTAC Türk Akademiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, nəşrdə 44 günlük İkinci Qarabağ müharibəsinin sənədli xronikası əhatə olunur və Azərbaycan xalqının ədalətli mübarizəsi hərtərəfli şəkildə işıqlandırılır.

Kitabda, həmçinin Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin səbəbləri, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli səyləri, Milli Ordunun yaradılması və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qələbə strategiyasının əsas aspektləri araşdırılır.

Xüsusilə İkinci Qarabağ müharibəsinin diplomatik aspektlərinə, Azərbaycanın tarixi Qələbəsinin geosiyasi nəticələrinə və İlham Əliyevin Qarabağın müharibədən sonra həyata keçirdiyi sosial-iqtisadi dirçəliş strategiyasına diqqət yetirilir.

Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev nəşrə ön sözündə qeyd edib ki, Qarabağdakı Qələbə təkcə Azərbaycan xalqının Zəfəri deyil, həm də bütün Türk dünyası üçün ortaq sevinc və qürur mənbəyidir.

“Türk Akademiyası adından Azərbaycan xalqının böyük Qələbəsi haqqında etibarlı mənbə olan bu əsəri Qazaxıstan oxucularına təqdim etməkdən məmnunam. Əminəm ki, bu kitab türk xalqlarının ortaq taleyi, vahid missiyası və gələcək əməkdaşlığı kontekstində mühüm töhfə olacaq”, - deyə Şahin Mustafayev vurğulayıb.

Kitabın tam versiyası Türk Akademiyasının rəsmi saytında yerləşdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada hibrid qatar idarəetmə modeli hazırlanıb  

20:46
13 Oktyabr

Alimlər adi buzdan 10 dəfə möhkəm yeni material hazırlayıblar  

20:17
13 Oktyabr

Azərbaycan–Kamboca münasibətlərinin inkişafı daha da sürətlənəcək  

19:52
13 Oktyabr

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

19:45
13 Oktyabr

  Papa XIV Lev əməliyyata hazırlanır

19:35
13 Oktyabr

Laos Prezidenti Milli Məclisdə olub  

19:28
13 Oktyabr

Kosmetik vasitələrin gözlərdə ciddi zədələnmələrə səbəb olduğu üzə çıxıb   

19:18
13 Oktyabr

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

19:03
13 Oktyabr

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

18:53
13 Oktyabr

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya genişlənir  

18:42
13 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

18:31
13 Oktyabr

Kredit tarixçəsi olmayanlara da şans  

18:30
13 Oktyabr

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

18:19
13 Oktyabr

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub  

18:17
13 Oktyabr

Alimlər hüceyrələrin cavanlaşdırılmasına nail olublar  

18:13
13 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb  

18:07
13 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib  

18:01
13 Oktyabr

İqtisadi Şuranın növbəti iclası olub

17:58
13 Oktyabr

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

17:56
13 Oktyabr

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

17:56
13 Oktyabr

Panamada 6 maqnitudalı zəlzələ baş verib  

17:52
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!