31 May 2024 08:05
419
SİYASƏT
A- A+
Torpaqlarımızın minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyi lazımdır

Torpaqlarımızın minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyi lazımdır

 

Ermənistanın otuz ilə yaxın davam etmiş işğalına 2020-ci ildə 44 günlük Vətən müharibəsində son qoyuldu. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlub edərək ölkəmizin ərazilərini işğaldan azad etdi. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində isə bütün Qarabağ bölgəsi işğalçı ölkənin silahlı qüvvələrinin tör-töküntülərindən və separatçılardan təmizləndi. Suverenliyimiz tam bərqərar edildi.
Vətən müharibəsi başa çatdıqdan qısa müddət sonra işğaldan qurtulmuş Qarabağ və  Şərqi Zəngəzur ərazilərimizdə genişmiqyaslı tikinti-quruculuq işlərinə başlanıldı. Hazırda bu proses uğurla davam etdirilir. Uzun illər doğma yurdunun həsrətini çəkmiş keçmiş məcburi köçkünlər tədricən yenidən qurulan yaşayış məskənlərinə geri dönür, yeni tikilmiş evlərində könül rahatlığı ilə yaşamağa başlayırlar. Ancaq bu möhtəşəm işlər asanlıqla icra edilmir. Prosesin həyata keçirilməsində ən böyük əngəllərdən biri isə Ermənistan tərəfindən yalnız otuz ilə yaxın davam etmiş işğal müddətində deyil, hətta Vətən müharibəsindən sonra da basdırılmış minalardır. 
İşğaldan azad edilmiş və hazırda geniş tikinti-quruculuq işləri həyata keçirilən ərazilərimizdən olan Zəngilan şəhərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə keçirilən ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransında bu barədə danışılıb. Mayın 30-31-də "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının ilk günü bu şəhərdə - Zəngilanda baş tutdu. Respublikamızın mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədilə təşkil olunan beynəlxalq tədbirə ümumilikdə 75 ölkədən 300-dən çox nümayəndə qatılıb. Bir sıra ölkələrin yüksəkvəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, eləcə də ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri konfransda təmsil olunublar.
Tədbir dünya ictimaiyyətinə mina partlayışı nəticəsində zərər çəkmiş Tamam Cəfərovanın mina qurbanları adından müraciəti ilə başlayıb. Konfrans iştirakçılarını salamlayan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bu beynəlxalq tədbirin Zəngilanda işə başlamasının böyük rəmzi məna daşıdığını diqqətə çatdırıb. Qeyd edilib ki, Zəngilanın Ağalı kəndi yenidən qurulan və keçmiş məcburi köçkünlərin qayıtdığı ilk yaşayış məskənidir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə diqqətə çatdırılıb ki, bu gün mina və partlamamış hərbi sursatlar hələ də dünyanın bir çox ölkəsində insan təhlükəsizliyini təhdid edən kəskin problemlərdən biridir, müharibə bitdikdən on illər sonra belə insanların həyatını təhlükəyə atmaqla yanaşı, minalar sosial-iqtisadi inkişafa, ətraf mühitə, mədəni irsə, münaqişədən sonrakı bərpa və inkişaf təşəbbüslərinə və nəticə etibarilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərinə ciddi şəkildə mane olur. Vurğulanıb ki, mina partlayışları insanların həyatına təhlükə yaratmaqla və ümumiyyətlə, yaşamaq hüququnu sual altına qoymaqla bərabər ətraf mühitə də böyük ziyan vurur. 
Azərbaycan dünyada minalanmadan ən çox əziyyət çəkən ölkədir. Ərazisinin 12 faizi minalarla və partlamamış sursatlarla çirklənib. Bu, kənd təsərrüfatı üçün yararlı torpaq fondunun 28 faizi deməkdir.
Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində Azərbaycanın 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkdiyi və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasında olduğu vurğulanıb: "Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə, 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib".
Müraciətdə bu faktlar da nəzərə çatdırılıb: "Müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olmuş, onlardan 68-i həlak olmuş, 293-ü isə ağır yaralanmışdır. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkmişdir, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir". Qeyd olunub ki, mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir: "2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılmış, yenidən Azərbaycanın ərazisinə minalar basdırılmışdır. Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür", - deyə müraciətdə qeyd olunub.
Dövlət başçısının müraciətində minaların təmizlənməsində üzləşdiyimiz çətinliklər, eyni zamanda yenidənqurma və bərpa işlərinə əngəl yaratdığı, 800 min keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasına ciddi maneə törətdiyi vurğulanıb: "Ölkəmiz humanitar minatəmizləmə fəaliyyətini, demək olar ki, tam şəkildə öz resursları hesabına həyata keçirir. Minaların humanitar fəsadlarının aradan qaldırılması, torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyi mühüm əhəmiyyət kəsb edir"
Müraciətdə Azərbaycanın öz mina probleminə paralel olaraq, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək üçün çoxsaylı təşəbbüslərlə çıxış etdiyi də diqqətə çatdırılıb.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan BDT-nin 84-cü sessiyasında təmsil olunub

19:07
08 May

“Apple”dan yubiley sürprizi

19:01
08 May

Robot rahib təqdim olunub

18:53
08 May

Cənub-Şərqi Asiya üçün 70 milyard dollarlıq yeni inkişaf planı

18:51
08 May

ABŞ texnologiya sektorunda yeni mərhələ

18:45
08 May

McDonald’s Çində fəaliyyətini genişləndirir

18:34
08 May

 Ekransız “Fitbit Air” cihazı təqdim edilib

18:29
08 May

Trampdan Avropa İttifaqına ticarət ultimatumu

18:19
08 May

2100-cü ilə qədər on minlərlə bitki növü yox ola bilər  

18:15
08 May

Yaponiya milli kəşfiyyatı mərkəzləşdirir

18:07
08 May

Yuxu və yemək arasında gizli əlaqə aşkarlandı

17:59
08 May

İsveçdə uşaq cinayətkarlığına qarşı elektron nəzarət   

17:51
08 May

ABŞ-də alimentlə bağlı yeni qayda

17:46
08 May

 Sahibkarlığın inkişafına dəstək 

17:40
08 May

Rusiya 9 may paradı üçün xarici jurnalistlərin akkreditasiyalarını ləğv edib

17:39
08 May

Türkiyə Prezidenti: “SAHA Expo 2026”-da 8 milyard dollarlıq ticarət həcminə nail olunub  

17:33
08 May

İqtisadi Şuranın iclasında turizmin inkişafı ilə bağlı qərarlar qəbul olunub

17:22
08 May

Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob 

17:03
08 May

Myanmada 2,2 kiloqram ağırlığında yaqut tapılıb

16:53
08 May

“Qarabağ”ın futbolçusuna 8, məşqçisinə 6 oyunluq cəza verilib

16:41
08 May

Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələr investorlar üçün əlverişli biznes mühiti formalaşdırır  

16:38
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!